"Aqrar sahənin inkişafı yetərli deyil"
SADIQ MURTUZAYEV: "SUBSİDİYALARIN VERİLMƏSİNDƏ
BİR SIRA NÖQSANLAR MÜŞAHİDƏ
EDİLİB"
QLOBAL maliyyə böhranının təsirinin azaldılmasında və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının rolu əvəzedilməz hesab olunur. Ancaq ölkə iqtisadiyyatı üçün prioritet seçilən bu sahənin inkişafı qənaətbəxş deyil. Ötən il kənd təsərrüfatında cəmi 7 faizdən çox artım müşahidə edilib.
Lakin kənd
təsərrüfatındakı builki inkişaf nə qədər təqdirəlayiq olsa da, neqativ cəhətlər
də müşahidə
olunub. Belə ki, ümümi məşğul əhalinin
40 faiznin çalışdığı
sektorun ÜDM-dəki
payı 5,9 faiz ətrafında dəyişir
ki, bu da
o qədər də böyük rəqəm deyil. Azərbaycan Fermerlər İttifaqının sədri
Sadıq Murtuzayev bildirir ki, Azərbaycanın
aqrar məhsullara olan tələbatının
daxili istehsal hesabına ödənilməsi
mümkündür. Bu
isə həm ölkəmizin aqrar təhlükəsizliyi baxımından,
həm də idxaldan asıllığın
azaldılması baxımından
əhəmiyyətlidir. Bunun
üçün isə
sahənin inkişafına
diqqətin artırılması
çox vacibdir:
- Bütün
ölkələrdə qlobal
iqtisadi böhranın
ən çox təsir göstərdiyi sektorlardan biri məhz kənd təsərrüfatıdır. Bu baxımdan Azərbaycan Respublikasında da aqrar sektorda antiböhran tədbirlərinin
həyata keçirilməsi
olduqca vacibdir.
- Sadıq
müəllim aqrar sektorda hansı tədbirlərin həyata
keçirilməsini təklif
edirsiniz?
- İlk növbədə, kənd təsərrüfatı müəssisələrinin ixrac qabiliyyəti artırılmalıdır. Çox təəssüf ki, Azərbaycanın illik ixracının 1 faizdən azı kənd təsərrüfatı məhsullarının payına düşür. Böhranın mümkün təsirlərini və ölkə iqtisadiyyatının dünya bazarındakı neftin qiymətinin konyukturasından asılılığını azaltmaq üçün, məhz ölkə prezidentinin də qeyd etdiyi kimi, qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatında ixracın stimullaşdırılması üçün onun məhsuldarlığının, elmi araşdırma işlərinin artırılması və xüsusilə məhsulların reallaşdırılması üçün mövcud bazarların tədqiq edilməsi çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış vəsaitlərin necə istifadə edilməsi ilə bağlı hesabat sisteminin işlənib hazırlanması və maliyyə nəzarətini gücləndirməklə məqsədsiz xərcləmələri minimallaşdırmaq lazımdır. Çünki bu sahədə vəsaitlərin qeyri-şəffaf xərclənməsi diqqəti cəlb edir.
- Bəs,
fermer təsərrüfatlarına
verilən subsidiyaların
məbləği sizi
qane edirmi?
-Dəfələrlə
qeyd etmişəm ki, fermer təsərrüfatına
verilən subsidiyaların
həcmi artırılmalıdır.
İndiki məbləğ
onların xərclərinin
yarısını qarşılamır.
Eyni zamanda subsidiyaların verilməsinə
nəzarətin gücləndirilməsi
də vacib məsələrdəndir. Taxıl
istehsalçıları ilə
yanaşı, pambıqçılara
da əlavə ödənişlərin həyata
keçirilməsi məqsədəuyğundur.
Sözügedən strateji
məhsul istehsalçılarına
hər hektara 120 manat, digər aqrar məhsul istehsalçılarına isə
hər hektara 60 manat verilməsi səmərəli olardı.
Paralel olaraq subsidiyaların və eləcə də güzəştli gübrələrin
təyinatı üzrə
verilməsi, ünvanına
dəqiq çatmasına
nəzarət gücləndirilməlidir.
Heç kəsə sirr deyildir ki,
subsidiyaların verilməsində
bir sıra rayonlarda nöqsanlar müşahidə edilib və bəzi sahibkarlar onlara təklif edilən gübrələrin qiymətindən
razı deyillər. Ölkə başçısının
ötən il imzaladığı fərmana
əsasən, gübrələr
50 faiz güzəştlə
sahibkarlara təklif edilməlidir. Həm fərmanın icrasına,
həm də subsidiyaların verilməsi
mexanizminə nəzarətin
gücləndirilməsi olduqca
vacibdir.
- Yerli torpaq istehsalçıları
min bir əziyyətlə
yetişdirdikləri məhsulu
reallaşdıra bilmədiklərindən
narazıdırlar. Bu haqda
nə deyə bilərsiniz?
- Kənd
təsərrüfatı məhsullarının
paytaxt bazarlarına çıxarılmasındakı süni maneələr aradan qaldırılmasa, onların giley-güzarı
azalmayacaq. Monitorinqlər
göstərir ki, yerli kənd təsərrüfatı istehsalçılarının
paytaxt bazarlarına çıxışında müəyyən
maneələr var. Bunlar
həmçinin bazarlarda
anbarların çox olmaması ilə bağlıdır.
Problemin aradan qaldırılmasında, məhsulların
qiymətlərinin aşağı
salınmasında bu istiqamətdə görülən
tədbirlər önəmli
rol oynaya bilər. Yaxşı olar ki, kənd
təsərrüfatı anbarlarının
tikintisi sürətləndirilsin.
1996-cı ildən başlayaraq
Kənd Təsərrüfatı
Nazirliyinin tabeçiliyində
olan anbarların hamısı özəlləşdirilib.
Hal-hazırda nazirlik heç bir anbara malik deyildir.
Uzun illərdir bölgələrdə müvafiq
saxlanma kameraları olmadığından, fermerlər
istehsal etdikləri məhsulları saxlamaqda çətinlik çəkirlər.
Tez-tələsik dəyər-dəyməzinə
satırlar. Yaxud da saxlama kameralarının
olmaması üzündən
məhsullar tam sıradan
çıxır və
bu son nəticədə
istehsalçının ziyanla
işləməsinə gətirib
çıxarır. Ölkədə
mövcud olan anbarların sayı və tutumu da Azərbaycanın ərzaq tələbatını
ödəmək üçün
yetərli deyildir. Ölkə üzrə anbarların həcmi cəmi 43 997 tondur, bu isə 1 il
ərzində istehsal edilən meyə-tərəvəz,
üzüm və başqa kənd təsərrüfatı məhsullarının
saxlanması üçün
yetərli ola bilməz.
Problemin digər
tərəfi ondan ibarətdir ki, regionlarda yerləşən
kənd təsərrüfatı
məhsullarının saxlanması
üzrə anbarlar özəlləşdirildiyindən, onların real vəziyyəti
ilə bağlı
tam təsəvvür yoxdur.
Buna görə də
böhran dövründə
kənd təsərrüfatı
müəsissələrinin gəlirlərinin artırılması
və eləcə də ərzaq təhlükəsizliyinin təmin
edilməsi üçün
yeni anbarların tikintisi vacibdir.
Əfsun
Üç nöqtə.- 2009.- 15 aprel.- S. 10.