Parlamentdə türkiyəli azərbaycanlı deputatlar görüşdülər

 

ŞÜKRÜ ƏLƏKDAĞ: "İNDİKİ MƏQAMDA SƏRHƏDLƏR AÇILARSA, QARABAĞI AZAD ETMƏK MÜMKÜN OLMAYACAQ"

 

MİLLƏT VƏKİLLƏRİ BİRGƏ BƏYANAT QƏBUL ETDİLƏR

 

DÜNƏN Milli Məclisdə Azərbaycan Türkiyədən olan deputatların iştirakı ilə "Türkiyə-Azərbaycan: ortaq maraqlar problemlər" mövzusunda forum keçirildi. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri - Cümhuriyyət Xalq Partiyasından (CHP) Yılmaz Atəş, Şükrü Ələkdağ, Şahin Mengü, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Atilla Kaya, Turan Çirkin, MHP baş katibinin müavini Bülənt Didinməz Məhəmməd Azəri iştirak etdilər. Azərbaycan tərəfdən isə toplantıya Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş Ədalət partiyalarının rəhbərləri, habelə Yeni Azərbaycan Müsavat partiyalarından olan bitərəf millət vəkili qatıldı.

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, forum Azərbaycanla Türkiyə arasında soyuqluq yaradan məsələlərlə bağlı müzakirələr aparmaq məqsədi ilə təşkil edilib. O, qeyd etdi ki, işğal altında olan Azərbaycan torpaqları azad olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, o zaman Azərbaycan üçün Türkiyənin İran Rusiyadan fərqi olmaz: "Qarabağ azad olunmayana kimi Cənubi Qafqazda sabitlikdən danışmaq mümkün deyil".

TBMM-in CXP-dən olan millət vəkili Şükrü Ələkdağ çıxışında Türkiyənin Cənubi Qafqazda sülh, əmin-amanlıq güvənlik istədiyini bildirdi. Türkiyə-Ermənistan sərhədlərinin Qarabağın işğal olunmasına görə 1993-cü ildə bağlandığını xatırladan TBMM üzvü bildirdi ki, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT qətnamələr qəbul etsə , Ermənistan geri çəkilməyib: "İndiki məqamda sərhədlər açılarsa, Qarabağı azad etmək mümkün olmayacaq. Türkiyə bunu edə bilməz. Türkiyə ictimaiyyətinin 95 faizi bunu istəmir".

Ş.Ələkdağ Ermənistanın təkcə Azərbaycanla deyil, bölgədəki bütün ölkələrlə probleminin olduğunu, İrəvanın Gürcüstana, Türkiyəyə torpaq iddiası irəli sürdüyünü qeyd etdi.

TBMM-in MHP-dən olan üzvü Atilla Kaya hər iki ölkə ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etdiyini dedi. İki ölkə arasında dostluğun tarixindən danışan A.Kayanın fikrincə, türk dünyasının bütün problemlərinə eyni səviyyədə yanaşmaq, onların həllində birgə iştirak etmək lazımdır.

Türkiyənin Giresun Universitetinin rektor əvəzi, azərbaycanlı professor Aygün Əttar çıxışında bildirdi ki, AKP təmsilçiləri bu toplantıya qatılmalıydılar. A.Əttar Türkiyə ilə Ermənistan arasında danışıqların getdiyi indiki məqamda belə ermənilərin "soyqırımı" iddialarından əl çəkmədiklərini diqqətə çatdırdı.

Forumun sonunda bəyanat qəbul edildi. Bəyanatı Azərbaycan Türkiyədən tədbirdə iştirak edən 11 partiya imzaladı. Bəyanatda qeyd edilir ki, forumda iştirak edən şəxslər Türkiyə ilə Azərbaycan ictimaiyyətini narahat edən məsələ ətrafında səmərəli müzakirələr aparıblar: "Son zamanlar Türkiyə ilə Ermənistan arasında danışıqların intensiv xarakter alması, diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması mövzusunda spekulyasiyaların genişlənməsi hər iki ölkə cəmiyyətlərində ciddi narahatlıq yaradıb. Bunun əleyhinə olaraq hər iki ölkə cəmiyyətləri birmənalı mövqe nümayiş etdirib. Forum iştirakçıları bundan sonra da Dağlıq Qarabağ, qondarma erməni soyqırımı, PKK terroru, Şimali Kipr kimi məsələlərdə ortaq mövqedən çıxış etməyin məqsədəuyğun olduğunu vacib sayırlar".

Bəyanatda o da qeyd edilib ki, ortaya çıxan problemlərin həlində hər iki dövlətin səlahiyyətli orqanlarının, siyasi partiyalarının qeyri-hökumət təşkilatlarının davamlı olaraq məsləhətləşmələr aparması, birgə toplantılar keçirməsi faydalı hesab olunur.

  

 

Elməddin MURADLI

 

Üç nöqtə.- 2009.- 16 aprel.- S. 3.