Avropa Azərbaycanlıları
Konqresinin III qurultayı
keçirilib
ƏVVƏLKİ TƏRKİBDƏ I
VİTSE-PREZİDENT OLAN BAŞAR KÖMÜR AAK-ın PREZİDENTİ SEÇİLİB
ALMANİYANIN
Frankfurt şəhərində Avropa Azərbaycanlıları
Konqresinin (AAK) III qurultayı
keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən
"Üç nöqtə"yə verilən məlumata görə, qurultaya Avropanın 25 ölkəsindən 79 nümayəndə
və qonaq qatılıb. Tədbirdə
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı
səfiri Pərviz Şahbazov və digər nümayəndələr
iştirak ediblər. Qurultayın qətnaməsi
qəbul olunub. Qətnamədə konqresin
növbəti qurultaya
qədər fəaliyyət
proqramının qəbul
olunması qeyd edilib. Qətnaməyə uyğun olaraq AAK-ın strukturunda dəyişiklik edilib. Qurumun iki birinci
vitse-prezident və beş vitse-prezident vəzifələri təsis
edilib. Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının sədri
Bilal Dündar və Benilüks Azərbaycanlıları Konqresinin
fəxri prezidenti Sahil Qasımov I vitse-prezidentlər, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Ukrayna Azərbaycanlıları
Konqresinin sədri Akif Gülməmmədov,
Srtasburq Azərbaycan Evinin rəhbəri Mustafa Alınca, Almaniya Azərbaycanlılarının
Koordinasiya Mərkəzinin
rəhbəri Samirə
Patzer-İsmayılova
isə vitse-prezident seçildilər. Sonra 27 nəfərdən ibarət
İcraiyyə Komitəsinin
tərkibi təsdiqlənib.
Mayns-Azərbaycan Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, əvvəlki tərkibdə I vitse-prezident olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilib. Qeyd edək ki, qətnaməyə görə, Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı 2011-ci ildə Şərqi Avropa ölkələrinin birində keçiriləcək.
Afaq
Üç nöqtə.- 2009.- 16 aprel.- S. 6.