İsmayıl Ömərov
yenidən İTV-nin baş direktoru seçildi
"BİZ BÖLGƏNİN 1-ci KORPORASİYASINI
YARADACAĞIQ"
İSMAYIL Ömərov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRYŞ) baş direktoru vəzifəsinə seçildi. Bununla bağlı ötən gün şirkətin Milli Teleradio Şurasının ofisində xüsusi yığıncağı keçirildi. İTRYŞ-ni Yayım Şurasının sədri Cahangir Məmmədli ilk çıxış edərək gündəlikdə duran əsas məsələnin İTV-nin baş direktoru vəzifəsinə seçimlə bağlı olduğunu bildirdi. O, 4 il əvvəl bu vəzifəyə seçilən İsmayıl Ömərovun səlahiyyət müddətinin 16 aprel tarixində başa çatdığını xatırlatdı:
"Vəzifə uğrunda mübarizə aparmaq üçün əvvəlcə
3 nəfər sənədlərini
təqdim etsə də, sonradan Bəhruz Məhərrəmov
namizədliyini geri götürdü. Buna görə
də, seçim 2 nəfərin - İsmayıl
Ömərovla İTV-nin
"Carçı" informasiya
buraxılışı departamentinin
direktoru Azad Məmmədovun
arasında aparıldı.
Qeyd edək ki, qanunvericiliyə görə,
səlahiyyət müddəti
başa çatan şəxsin yenidən bu vəzifəyə seçilmə hüququ
var. Seçim Yayım Şurasının 9 üzvü
tərəfindən həyata
keçirildi".
C.Məmmədli üzvlərdən birinin - Ağacan Əbiyevin Türkiyədəki yarışlarda iştirak etməsi səbəbindən yığıncağa gələ bilmədiyini bildirdi. Onun səsi isə özü tərəfindən yazılmış möhürlü məktubda təqdim olundu və səsin nəzərə alınacağı qeyd edildi. Daha sonra Azərbaycan Elmlər Akademiyanın müxbir üzvü Vaqif Abbasovun rəhbərliyi ilə komissiya təşkil olundu. Şura üzvləri öz səslərini verdikdən sonra komissiyanın nəzarəti altında səslər açıldı. Məlum oldu ki, şura üzvlərinin 9-u İsmayıl Ömərovun lehinə, 3 nəfər isə Azad Məmmədovun əleyhinə səs verib. Protokol tərtib oldunduqdan sonra İ.Ömərovun növbəti 4 ilə yenidən İTV-nin baş direktoru vəzifəsinə seçildiyi elan olundu. C.Məmmədlinin sözlərinə görə, 4 il bundan əvvəl İ.Ömərovun bu vəzifəyə seçilməsi ilə əlaqədər olaraq onda bir narahtıçılıq da yaranıb. Bu isə İ.Ömərovun sovet televiziya sistemindən çıxması ilə əlaqədar olub: "Amma qısa zaman kəsiyində o, bu vəzifənin öhdəsindən çox bacarıqla gəldi. Demokratiya və plüralizmin təminində, azərbaycançılığın təbliğində, fəaliyyətin peşəkar şəkildə təşkilində, eləcə də inzibati-quruculuq işlərində onun müstəsna xidməti oldu". MTRŞ sədri Nuşirəvan Məhərrəmli də öz çıxışında şuranın seçmininin doğru olduğunu vurğuladı. İTV-yə hər cür dəstək verməyə hazır olduqlarını bildirən sədr televiziyanın öz rəngarəng verilişləri ilə teleməkanda özünə məxsus yer tutduğunu diqqətə çatdırdı.
İ.Ömərov isə çıxışında fəaliyyəti
ilə bağlı fikirlərini ifadə etdi: "Dörd il bundan əvvəl
22 namizəd arasında
Yayım Şurası
məni baş direktor seçib. Onda Şura mənim özümə səs vermişdi.
Bu gün hesab edirəm ki, Şuranın verdiyi səs bizim kollektivin əməyinə verilən qiymətdir. 100 günə TV qurduq, dörd ilə Azərbaycan TV məkanında 1-ci kanal yaratdıq. Kollektivə inandığıma görə deyirəm ki, biz bölgənin 1-ci korporasiyasını yaradacağıq".
Afaq
Üç nöqtə.- 2009.- 17 aprel.- S. 5.