"İran-Ermənistan əlaqələri Azərbaycanın mövqeyinə ziddir"

 

ZAHİD ORUC: "RUSİYA İRAN VASİTƏSİLƏ BEYNƏLXALQ SİYASƏTƏ TƏSİR ETMƏK NİYYƏTİ GÜDÜR"

 

ERMƏNİSTAN prezidenti Serj Sarqsyanın İrana səfəri bölgədə Rusiya, İran Ermənistan üçlüyünün yaradılmasına yönələn addım kimi önə çəkilir. Ekspertlərə görə, Ermənistanın İranla iqtisadi, siyasi, texniki əlaqələri bu dövlətin dünyaya çıxışını tənzimləməklə yanaşı, Rusiyanın maraqlarını da təmin edir. İran Ermənistan rəsmilərinin görüşünün məhz Rusiyanın diqtəsi ilə baş tutduğu deyilir. Bunun Rusiyanın bölgədəki mövqelərinə dərəcədə təsir edəcəyi isə birmənalı qarşılanmır. Ümumiyyətlə, bu dövlətlərin üçlükdə formalaşmasının proseslərə təsir imkanları da istisna edilmir.

Milli Məclisin Müdafiə təhlükəsizlik məsələləri komitəsinin üzvü Zahid Oruc bölgədəki vəziyyəti regionda gedən siyasi dəyişikliyin tərkib hissəsi saydı. O, hazırda İranın proseslərə fəal müdaxilə etmək niyyətinin üzə çıxdığını qeyd etdi. Onun qənaətinə görə, Rusiya İran vasitəsilə beynəlxlaq siyasətə təsir etmək niyyətini güdür. İran da öz növbəsində Rusiya vasitəsilə bir sıra məsələlərdə müdafiə olunur. Z.Oruc hesab edir ki, hazırda İran Ermənistanın rəsmi dairələri Azərbaycanın türk dünyası, beynəlxalq aləm regional siyasətə qatılmasına alternativ olaraq əks mövqelərini hazırlamaqdadırlar: birincisi, burada müxtəlif iqtisadi münasibətlər qurmaqla Ermənistanı ayaqda saxlamaq niyyəti güdülür. Faktiki olaraq Ermənistanın hər hansı bir xarici məkana çıxışı məhz İrandan keçir. İkinci tərəfdən, İranla qurulan ticari münasibətlər Ermənistanın əsas iqtisadi sferalarını ayağa qaldırmaq məqsədi ilə həyata keçirilir. Məsələn, qaz xətti, dəmir yolunun çəkilməsi ilə bağlı əldə olunan razılaşmaların əsasında məhz İran, Ermənistan Rusiya dayanır. Belə olan təqdirdə həmin "üçbucaq" yaranmış olur. Bu məsələdə Rusiya kifayət qədər ehtiyatlı addım atır. Nəzərə alır ki, Türkiyə ilə münasibətlərini saxlamaq hələlik onlara gərəkdir. Bu üçlüyün birbaşa Türkiyənin əleyhinə olduğu iddia edilsə , hələ ki, bunun sübuta yetirilməsi çətindir". Millət vəkili bütövlükdə İran - Ermənistan münasibətlərinin Azərbaycanın maraqlarına zidd olduğunu dedi. O, bildirdi ki, İran islam ölkəsi kimi ədalətin təminatçısı olmağı öz konstitusiyasında əks etdirsə , onun yürütdüyü siyasət deyilən prinsiplərə ziddir: "Məsələn, bir tərəfdən İran Azərbaycanın ərazi bütövlüyünü tanyır, o biri yandan da Ermənistanın Qarabağda möhkəmlənməsi üçün lazım olan bütün işləri görür". Z.Oruc ötən parlamentin iclasında İranın regionda yürütdüyü siyasətin təhlili yönündə söylədiyi tənqidi fikirlərin üzərində dayandı. Millət vəkili İranın din amili ilə Azərbaycandan yararlandığını, Azərbaycanın xarici siyasətini, iqtisadi əlaqələrini özünün maraqlarının əleyhinə saydığını dedi. "Halbuki, Azərbaycan bu yöndə hər hansı addım ataraq, İranın mövqelərini aşağılamayıb, İranın təhlükəsizliyinin əleyhinə hər hansı hərbi bloklarda iştirak etməyib. İran Xəzərin statusu məsələsində Azərbaycanla hələ mövqelərini uzlaşdırmamaqla bizim xarici-iqtisadi siyasətmizə təsir etmək istəyir. İran televiziyaları, xüsusilə "Səhər-2" kanalı bizə qarşı dayanmaqda Ermənistan kanallarını keçir. İran bu siyasətində ciddi dəyişikliklər etməldir". Millət vəkili hesab edir ki, Ermənistanın İranla əməkdaşlıq sazişləri onu iqtisadi blokadadan qurtara bilməyəcək. Onun sözlərinə görə, İran Ermənistanın iqtisadiyyatına müəyyən səviyyədə müsbət təsirlər göstərməkdədir. Amma fundamental səviyyədə Ermənistanı iqtisadi izolyasiyadan çıxarmaq mümkün deyil: "Çünki Ermənistanın daxili-iqtisadi sistemi elə qurulub ki, Türkiyə Azərbaycan olmadan inkişaf edə bilməz. Ermənistan qədər ki, ərazi iddialarından əl çəkməyəcək, həmin ölkənin iqisadiyyatı indiki vəziyyətdən ağır olacaq".

Z.Oruc hesab edir ki, Rusiyanın öz himayəsində olan Ermənistanı İranla danışıqlara sövq etməsi qaçılmazdır. Onun fikrincə, burada razılaşdırılmış addımlar olsa da, üç dövlətin birliyi sona qədər yarana bilməz: "Təbii ki, Rusiyanın razılığı var. Amma İranın Ermənistanı öz tərəfinə çəkməklə Rusiyanın təsirindən azad etməsi absurddur.

Çünki İranın bir sıra beynəlxalq məsələlərdə Rusiyaya ehtiyacı var. Amma bu cür siyasətlə Ermənistanı iqtisadi izolyasiyadan çıxarmaq mümkün deyil. Çünki bu ölkələrin beynəlxalq siyasətdə ciddi problemləri var. Hesab edirəm ki, bu ölkələr antiamerika, antiqərb bloku kimi formalaşarsa, üzərilərinə gələn zərbə daha çox olar".

 

   

Tahirə QAFARLI

 

Üç nöqtə.- 2009.- 17 aprel.- S. 6.