Səyyar vergi yoxlamaları dayandırılıb
ƏLƏKBƏR MƏMMƏDOV: "FİZİKİ VƏ
HÜQUQİ ŞƏXSLƏRDƏN EYNİ VERGİ TUTULMASI
DÜZGÜN DEYİL"
BÖHRANIN təsirinin azaldılmasında
vergi siyasətinin təkmilləşdirilməsi vacib
hesab olunur. Ekspertlər
bu sahədə həyata keçirilən
siyasətin sahibkarlığın
inkişafını stimullaşdıra
biləcəyini vurğulayırlar.
Onlar Vergilər Nazirliyinin səyyar yoxlamaların 2009-cu ilin sonunadək dayandırılması
ilə bağlı qərarını təqdirəlayiq
hal kimi dəyərləndirirlər. Azərbaycan
Sahibkarlar Konfederasiyasının
prezidenti Ələkbər
Məmmədov bununla bağlı bildirdi ki, bu sahədə
atılan hər bir addım qlobal böhranın təsirini azaldacaq:
- Bu sahədə oxşar tədbirlərin davam etdirilməsi olduqca vacibdir. Böhran dövründə
vergi siyasətinin fiksal xarakterindən daha çox inkişafın stimullaşdırılması
funkiyası öndə
olmalıdır. Bu isə təbii ki, sahibkarların sərəncamında daha çox vəsaitin qalmasına xidmət etməlidir.
- Böhran şəraitində
vergi dərəcələrinin azadılması
dəfələrlə təklif olunsa da, bu məsələ
öz həllini tapmayıb...
- Vergi dərəcələrinin
sahibkarlığın inkişafında
rolu əvəzsizdir. Aparılan araşdırmalara
görə, böhran
dövründə yüksək
vergi dərəcələri
sahibkarların sərəncamında
qalan vəsaitlərin
həcmini azaldır və onların likvidliyini aşağı
salır. Artıq nəinki bəzi keçid ölkələrində
hətta bir sıra inkişaf etmiş ölkələrdə
də vergi dərəcələrinin azaldılması
həyata keçirilib.
Bu baxımdan təklif olunur ki, vergi dərəcələrinə
1 il müddətində
bu və digər formada azalmalar tətbiq olunsun. Biz də
təklif etmişik ki, mənfəət vergisi 22 faizdən 20 faizə, ƏDV isə 18 faizdən 16 faizə endirilsin. Sosial sığorta ayırmasının
həcmi işəgötürənlərdən
tutulan hissəsi 22 faizdən 18 faizə qədər aşağı
salınmalıdır.
- Sadələşdirilmiş vergi
sistemində hansı dəyişiliklər mümkündür?
- Sadələşdirilmiş
vergi subyektləri üçün nəzərdə
tutulan rüblük maksimum məbləğin
22 500 manatdan 36 min manatadək
artırılması məqsədəuyğundur.
Hesab edirik ki, sadələşdirilmiş
vergi dərəcələri
1 il müddətinə
Bakıda 4 fazidən
2 faizədək, regionlarda
isə 2 faizdən 1 faizədək aşağı
salınmalıdır. Bu
sahədə əsas yenilik sadələşdirilmiş
vergi sisteminin tətbiq edilməsi meyarının fiziki və hüquqi şəxslər üçün
fərqləndirilməsindən ibarət olmalıdır. Bir pəncərə sisteminin uğurla tətbiq edilməsinə baxmayaraq hələ də qeydiyyatdan keçən sahibkarlıq
subyektlərinin böyük
əksəriyyəti fiziki
şəxslərdir. Ötən
il bu fərq
6 dəfədən çox
olub. Buna görə də sadələşdirilmiş vergi
subyektləri olan hüquqi şəxslər
üçün bu rəqəm 75 min manat müəyyənləşsə,
faydalı olar.
- Bəzi
ekspertlər təklif
edirlər ki, xarici investorların ölkəmizə cəlbediciliyini
artırmaq üçün
onlara tətbiq edilən vergilər müəyyən müddətə
dondurulsun. Bu əlavə problem yaratmaz ki?
- Bu təklif iqtisadiyyatda müəyyən canlama yaradar. Nəticədə güzəştdən istifadə
etmək hüququ olacaq müəssisələrin
sərəncamında əlavə
vəsaitlərin qalmasına
və təbii ki, onların inkişafını stimullaşdırmağa
xidmət edəcək.
Yerli təkrar
istehsalçıları dəstəkləmək
üçün təkrar
məhsulların istehsalı
və təkrar ixracı üçün
xaricdən alınan xammala hesablanan ƏDV-nin ödənilməsinə
1 il müddətinə
güzəşt tətbiq
edilməsini təklif
edirik. Xarici banklardan kredit almış müəssisələrə
isə kredit geri qaytarıldıqda ödənilən 10 faizlik
rüsuma da güzəşt olmalıdır.
Bu baxımdan 1 illik güzəşt sahibkarların sərəncamlarında
qalan vəsaitin həcminin artmasına gətirib çıxara bilər.
Digər bir vacib məsələ isə müəssisələrin
verdiyi dividentlərin
1 il ərzində
vergidən azad edilməsi ilə bağlıdır. Bunun
hesabına dividentlərin
bir hissəsinin nizamnamə kapitalına yönəldilməsi son nəticədə dövriyyədəki
pul vəsaitlərinin
artırılmasını stimullaşdıracaq.
İnvestisiya qoyuluşu ilə bağlı mənfəət vergisinə güzəştlərin tədbiqi də öz müsbət rolunu oynaya bilər. Mən vergilərin bəzi növlərinin müəyyən dövr üçün dondurulmasının ciddi problem yaratmayacağına və onun müəssisələrin inkişafına təkan verəcəyinə inanıram.
Əfsun
Üç nöqtə.- 2009.- 17 aprel.- S. 10.