Dmitri Medvedyev: "Əsas məsələ əməkdaşlığı qoruyub saxlamaqdır"

 

İLHAM ƏLİYEV: "RUSİYA AZƏRBAYCANIN STRATEJİ ORTAĞIDIR"

 

"BAKI QARABAĞ MÜNAQİŞƏSİNİN KONSTRUKTİV YOLLA, BEYNƏLXALQ HÜQUQA VƏ TARİXİ GERÇƏKLİYƏ UYĞUN ŞƏKİLDƏ HƏLLİNƏ ÇALIŞIR"

 

 AZƏRBAYCAN Prezidenti İlham Əliyevin Rusiya səfəri davam edir. Dünən Moskvada iki ölkənin prezidentləri arasında görüş keçirilib. Görüşdən öncə qısa bir açıqlama verən Rusiya prezidenti Dmitri Medvedyev Rusiya-Azərbaycan münasibətlərinin pozitiv meyilli olduğunu bildirib. Onun sözlərinə görə, 2008-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 40 faiz artıb. "Ancaq cari ildə bu nəticəyə nail olmaya bilərik. Hədəfimiz ən azından mövcud vəziyyəti qorumaqdır. Ticarət həcmi təkcə enerji daşıyıcılarının hesabına deyil, digər sahələrdə genişləndirilməlidir", -Dmitri Medvedyev deyib.

Medvedyev habelə humanitar məsələrdə əlaqələrin möhkəmləndiyini qeyd edib. O, Moskvada Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin açılmasını bu qəbildən növbəti addım sayıb.

Qlobal böhranın iki ölkə arasında ticarət dövriyyəsinə təsir etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev, "Böhrana baxmayaraq dinamik iqtisadi əlaqələr sayəsində 2009-cu ildə ümumi ticarətin həcminin 3 milyard dollara çatacağına inanıram", deyib. Rusiya ilə Azərbaycanın əlaqələrinin müsbət istiqamətdə olduğunu deyən Əliyev, "Rusiya Azərbaycanın dostudur, qonşusudur, strateji ortağıdır. Bu çərçivədə biz ikili münasibətlərimizi daha da inkişaf etdirmək istəyirik",- söyləyib.

Sonra hər iki ölkənin dövlət başçısının görüşü baş tutub. Görüşdə iki ölkə arasında münasibətlər Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedyevlə birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsində tərəfləri ortaq mövqeyə yaxınlaşdırmaq cəhdlərinə görə ona təşəkkür edib. İlham Əliyev bu münaqişənin tezliklə həll olunacağına ümid etdiyini deyib: "Doğrudur, müsbət nəticənin olmaması bizi sevindirə bilməz. Amma biz danışıqlar prosesində olan müəyyən irəliləyişlərə göz yuma bilmərik. Son vaxtlar bizim mövqelərimiz yaxınlaşıb, əvvəllər həll edə bilmədiyimiz bir neçə çətin məsələ üzrə razılıq əldə olunub bu, danışıqların davam etdirilməsi üçün çox yaxşı bazadır".

Bəzi məsələlərdə hələ fikir ayrılığının qaldığını bildirən İlham Əliyev qeyd edib ki, rəsmi Bakı Qarabağ münaqişəsinin konstruktiv yolla, beynəlxalq hüquqa tarixi gerçəkliyə uyğun şəkildə həllinə çalışır: "Biz ümid edirik ki, yaxın aylarda hər iki ölkənin maraqlarına cavab verən, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qərarın qəbuluna nail olacağıq. Bundan bütün region ölkələri faydalanacaq o zaman biz Cənubi Qafqazda artıq tammiqyaslı regional əməkdaşlıqdan danışa biləcəyik".

Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın bundan sonra da cəhdlər edəcəyini vurğulayıb. O, 2008-ci ilin noyabrın 2-də imzalanmış Moskva bəyannaməsini xatırladıb bu işin davam etdiriləcəyinə ümid etdiyini deyib.

Mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedev iki ölkə arasında qaz sahəsində əməkdaşlığı da müzakirə etdiklərini bildirib. "Hazırda şirkətlərimiz birbaşa danışıqlar aparırlar. Tammiqyaslı sazişin əldə edilməsi imkanları yüksəkdir. Bu, energetika sahəsindəki əməkdaşlıqda yeni səhifə aça bilər. Əgər belə bir saziş hazır olsa, o zaman biz onun imzalanması üçün görüşə bilərik. Bu özü-özlüyündə ölkələrimiz arasındakı münasibətlərdə əhəmiyyətli bir hadisə olardı."

D.Medvedyev NATO-nun Gürcüstanda keçirəcəyi hərbi təlimlərə münasibət bildirib. D.Medvedyev deyib ki, bununla NATO regionda əzələ nümayiş etdirir: "Bu, Abxaziya Cənubi Osetiya xalqlarına müsbət emosiya gətirməyəcək, çünki bu cür hərəkətlər açıq şəkildə əzələ nümayişi hərbi kontingentin genişləndirilməsinə yönəlib. Qafqazda vəziyyətin kifayət qədər gərgin olduğu bir vaxtda, NATO-nun Gürcüstandakı təlimlər barədə qərarı uzaqgörən qərar deyil Rusiya ilə tərəfdaşlıq münasibətlərinə ziddir. Bu cür qərarlar insanları məyus edir Rusiya ilə NATO arasında hərtərəfli əlaqələrin bərpa olunmasına kömək etmir. Biz təlimləri yaxından izləyəcəyik vəziyyətdən asılı olaraq müvafiq qərar qəbul edəcəyik".

 

RUSİYA    AZƏRBAYCANA SİLAH,    ERMƏNİSTANA İSƏ KREDİT VERMƏYƏ HAZIRDIR

 

        Qeyd edək ki, Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycan prezidentlərinin növbəti görüşü ilə bağlı Rusiya tərəfi fəaliyyətini genişləndirib. Artıq bununla bağlı Ermənistan prezidenti Serj Sarqsyana da məlumat verilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Yerevanda keçirilən 20-ci toplantısında Ermənistanın dövlət rəhbərini Rusiyaya dəvət edib. Serj Sarqsyanın aprelin 23-də Moskvaya səfəri gözlənilir. Onun burada üçlü zirvə görüşünə razılıq verəcəyi bildirilir. Rusiya tərəfi bununla da Dağlıq Qarabağ probleminin həllində vasitəçilik rolunu gücləndirmək istəyir. Ümumiyyətlə, bu problemin həllində Ermənistan deyil, Rusiya önəmli rol oynayır. Üçlü görüşlərin isə bu ilin iyun ayında Sankt- Peterburq şəhərində iqtisadi forum çərçivəsində baş tutacağı ehtimal edilir. Azərbaycanla Ermənistan arasında yaxınlaşmanı təmin etmək üçün Rusiya hər iki tərəfə müəyyən güzəştlər etmək niyyətindədir. Məsələn, Ermənistana kredit verilə bilər. Rusiya onun istədiyi 2 milyard dollar kredit əvəzinə 500 milyon dollar ayıracaq.

      Bu vəsait az olarsa, Ermənistana AvrAzİB çərçivəsində yaradılmış "Antiböhran fondu"ndan istifadə etməyə köməklik göstərəcək. Azərbaycana isə Rusiya tərəfi silah sata bilər. Rusiyanın silah şirkəti "Rosoboroneksport"dan bildirilib ki, hərbi əməkdaşlıqda Azərbaycan önəm verilən ölkələr arasındadır.

   

 

Ceyhun

 

Üç nöqtə.- 2009.- 18 aprel.- S.1,3.