"Azərbaycan xalçası" Kann Festivalına qəbul edilib

 

BU ilin əvvəlində "Yaddaş" studiyasının istehsal etdiyi "Azərbaycan xalçası" sənədli filmi Kann Festivalına qəbul olunub. Bu barədə məlumatı "Üç nöqtə"yə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidməti verib. Məlumata görə, qısametrajlı filmlər müsabiqəsinə qəbul edilən filmin rejissoru Şamil Əliyev, ssenari müəllifi Aydın Talıbzadədir. Qeyd edək ki, "Azərbaycan xalçası" filmi "Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009" layihəsinə hazırlıq proqramı çərçivəsində istehsal olunub.

 

 

Üç nöqtə.- 2009.- 29 aprel.- S. 13.