Yuğ Teatrı
"Albalı bağı"nı təqdim etdi
YUĞ Teatrı Çexovun "Albalı bağı" pyesi əsasında "Birinci akt" tamaşasını hazırlayıb. Teatrın mətbuat xidmətindən "Üç nöqtə"yə verilən məlumata görə, tamaşada inqilabi sarsıntılar, mənəvi meyarlar sisteminin sərt şəkildə dəyişməsi faciə mövzusuna çevrilir. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur. Rolları Mətanət Abbasova, Natəvan Qeybani, Vidadi Həsənov, Məmməd Səfa Kamran Yunis, Qasım Nağı, Oqtay Mehdiyev, Fərhad İsrafilov, Yaqut Paşazadə, Ruslan Şöhrətoğlu ifa edirlər.
Üç nöqtə.- 2009.- 29 aprel.- S. 13.