SƏMƏD SEYİDOV QURUMU AZƏRBAYCANLA ERMƏNİSTAN
ARASINDA AYRISEÇKİLİK YARATMAQDA İTTİHAM ETDİ
Azərbaycan AŞPA ilə münasibətlərində
dəyişiklik edə
bilər
"AVROPA Şurası
Ermənistana təzyiq
etməməklə yanaşı,
Azərbaycanda görülən
işləri qiymətləndirmir.
Bu qurumun işi Azərbaycanda problemlər
tapmaq və iki ölkəni eyniləşdirməkdir. AŞPA Ermənistandakı siyasi məhbus problemini azadlıqdan məhrum olunmuş insanların problemi kimi qiymətləndirir.
Azərbaycanda isə gedən prosesləri görməyərək ölkəmizə
insan haqlarının pozulması ilə bağlı məruzəçinin
təyin olunmasına cəhd edir.
Ona görə də nümayəndə heyəti həm özünün, həm də Azərbaycan hökumətinin mövqeyini
onların diqqətinə
çatdırıb ki,
belə bir prosses baş verərsə, ölkəmiz
bu təşkilatla münasibətini dəyişdirəcək".
Bu kəskin bəyanatla
dünən Azərbaycanın
AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri,
millət vəkili Səməd Seyidov çıxış edib.
Assambleyanın qış
sessiyasının yekunlarına
dair məlumat verən millət vəkili bəyan edib ki, bu
qurumun məqsədi Azərbaycana yalnız iradlar tutmaqdır: "İndi 47 ölkədən
ibarət olan təşkilatda heç kim deyə bilməz
ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərdə
tam şəkildə yerinə
yetirməməkdə hansısa
bir problem yaradıb. İndiyədək yalnız
"Alternativ xidmət"
haqqında qanun qəbul olunmayıb. Bu qanun da ekspertlərlə
işlənilib. Azərbaycan
müharibə vəziyyətində
olsa da, bu öhdəliyin də yerinə yetirilməsində israrlıdır.
Ancaq ölkəmiz Avropa Şurasından eyni münasibəti gözləyir. AŞPA ilə
eyni münasibətlərin
gözləntilərində olan Azərbaycan isə tamamilə başqa, heç bir normal məntiqə uyğun olmayan münasibətləri və
həqiqətləri görməkdədir".
Onun sözlərinə
görə, heç kimə sirr deyil ki, Azərbaycanda
prezident seçkilərinin
bütün dünya tərəfindən demokratik
və dünya standartlarına uyğun şəkildə keçirildiyi
bəyan edilib. Bu, Avropada fəaliyyətdə
olan millət vəkillərinin sözləridir:
"Bu şəkildə qiymətləndirilən
ölkə nə üçün başqa ölkələrlə bir
araya qoyulur? Harda ki siyasi
məhbuslar, insanların
öldürülməsi, QHT-lərin ölkədən
çıxmaması problemi
yaşanır, Azərbaycan
bu ölkələrlə
bir araya qoyulur. Bu, qeyri-obyektiv və dözülməz bir münasibətdir" deyən deputat bildirib ki, AŞPA-nın yanvar sessiyasında Ermənistan
məsələsi müzakirə
olunub. Ancaq bu ölkəyə heç bir irad tutulmayıb. "Bizim gözləntilərimiz
ondan ibarət idi ki, bu
ölkə daim dəstəkləndiyi halda,
heç olmasa bu dəfə tənqid olunsun. Yaxşı, səsvermə
hüququnu almırsınız,
Ermənistanda gedən
proseslərə göz
bağlayırsınız, bu ölkəni çıxardıb yüxarı
başda otuzdurursunuz, heç olmasa, görüntü üçün
onları tənqid edin. Deyin ki,
Ermənistanda 100-dən artıq
adam heç bir günahı olmadan hazırda həbsdədir. 12 nəfər
seçki zamanı öldürülüb. Bütün
jurnalistlər təzyiq
altındadır. Heç
olmasa bunu deyin, sonra da
isə gücünüz
çatmadığını söyləyin". Qurumun
sessiyası çərçivəsində
bir neçə görüşlər keçirdiklərini
vurğulayan nümayəndə
heyətinin rəhbəri
bildirib ki, oradakı bəzi deputatların mövqeyi Azərbaycan reallıqlarını
görməməkdən ibarətdir.
Çıxışının sonunda S.Seyidov diqqətə çatdırıb
ki, Azərbaycanda keçiriləcək referendumu
izləmək üçün
AŞPA-nın nümayəndələri
ölkəmizə səfər
edəcəklər. Məhz
bundan istifadə edib Azərbaycan bu təşkilatla bundan sonrakı əlaqələrini müzakirə
etməli və öz sözünü deməlidir.
Elməddin
Üç nöqtə.- 2009.- 3 fevral.- S. 6.