Vasif Adıgözəlovun xatirə gecəsi
keçirildi
DÜNƏN 12 saylı
musiqi məktəbində bəstəkar, tanınmış
incəsənət xadimi Vasif Adıgözəlovun xatirəsinə
həsr olumuş tədbir keçirildi. Tədbirdə
çıxış edən bəstəkarın oğlu
Yalçın Adıgözəlov atasının
yaradıcılığına xüsüsi diqqət və
qayğı göstərildiyinə görə, məmnun
olduğunu bildirdi. "Vasif Adıgözəlovun
yaradıcılığı xalq tərəfindən hər
zaman sevilir və yad edilir. O, xoşbəxt bəstəkardır
ki, əsərləri nəinki Azərbaycanda, dünyanın
bir çox ölkəsində səslənir. Bu, o deməkdir
ki, illər keçsə də, onun əsərləri
yaşayacaq".
Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə də
Vasif Adıgözəlovun yaradıcılığına nəzər
salaraq onun sayılıb-seçilən bəstəkarlardan
olduğunu söylədi: "Uzun illər onunla
çiyin-çiyinə Bəstəkarlar İttifaqında
işləmişik. O, həm böyük fitri istedad, həm də
böyük insan idi".
Tədbir konsert
proqramı ilə başa çatdı. Məktəbin tələbələri
bəstəkarın musiqilərindən ibarət mahnılar
ifa etdilər, tarzən Mürvət Müslümov onun əsərlərindən
parçalar səsləndirdi. Qeyd edək ki, Vasif Adıgözəlov
"Natəvan" operası,
"Qarabağ şikəstəsi"
kantatası, "Çanaqqala"
aratoriyası kimi əsərlərin müəllifidir.
Üç nöqtə.-2009.-5 fevral.-S.13.