Anqola Azərbaycana
yeni səfir təyin edib
TİTU ARMANDO ÖLKƏSİNİN 2008-ci İLDƏKİ
MÖVQEYİNİN ANLAŞILMAZLIQDAN İRƏLİ GƏLDİYİNİ
DEYİB
XARİCİ işlər naziri Elmar Məmmədyarov Anqolanın Azərbaycana yeni təyin olunmuş səfiri Samuel Titu Armandonun etimadnaməsinin surətini
qəbul edib. Görüşdə Azərbaycan-Anqola münasibətlərinin
cari vəziyyəti müzakirə edilib.
İki ölkə arasında əlaqələrin inkişaf
etdirilməsi istiqamətində
atılacaq addımlar
ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Azərbaycanın xarici siyasətində ən prioritet məsələ kimi ölkəmizin ərazi bütövlüyünün bərpa
olunmasını vurğulaıb.
Azərbaycanın işğal olunmuş
ərazilərindəki vəziyyətlə
bağlı qətnaməyə
dair BMT Baş Assambleyasında 2008-ci ildə
keçirilmiş səsvermədə
Anqolanın qətnamənin
əleyhinə səs
verməsinin ölkəmizdə
təəccüb doğurduğunu
və bu faktın münasibətlərimizə
kölgə saldığını
bildirib.
Anqola Prezidenti Jose Eduardo dos Santuşun
Bakıda Neft Akademiyasında təhsil aldığını bildirən
səfir ölkəsinin
Azərbaycanla münasibətlərin
inkişafında maraqlı
olduğunu vurğulayıb. Anqolanın
qeyd olunan qətnaməyə dair səsvermə zamanı tutduğu mövqeyinin anlaşılmazlıqdan irəli
gəldiyini deyən səfir bu faktın
münasibətlərə xələl
gətirməməsi üçün
müvafiq iş aparacağını bildirib.
Üç nöqtə.-2009.-6 fevral.-S.5.