Kişilər də atalıq məzuniyyətinə göndəriləcək

 

ƏMƏK MƏCƏLLƏSİNƏ 120-yə YAXIN DƏYİŞİKLİK EDİLƏCƏK

 

 Dünən Dövlət İdarəçilik Akademiyasında "Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirib ki, uzun müddət ölkədə əmək qanunvericiliyi ilə bağlı monitorinq aparılıb: "Təxminən 5 il davam edən bu proseslə sosial siyasət daimi komissiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olub. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi Sahibkarlar Konfederasiyası bu prosesdə iştirak ediblər". 1998-ci ildə Əmək Məcəlləsinin qəbul olunduğunu bildirən komissiya sədri deyib ki, ötən dövr ərzində ölkədə əmək münasibətlərində xeyli fərqlər yarandığını vurğulayıb: "Ona görə Əmək Məcəlləsinə yenidən dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb. Əmək Məcəlləsinə 120- yaxın əlavələr dəyişikliklər edilməsi təklif olunur".

   Komissiya sədri vurğulayıb ki, qanunvericilik aktında minimum məzuniyyətin 21 gündən 28 günə çatdırılması qadınların analıq məzuniyyətində orta aylıq əməkhaqqının saxlanması məsələsinin 6 ay müddətinə uzadılması nəzərdə tutulur. Məcələnin 114-cü maddəsinə təklif olunan 5-ci hissədə göstərilir ki, mövsümi işdə çalışan şəxslərə əsas məzuniyyət bir qayda olaraq hər ayın sonuna görə 2 təqvim günü müddətində verilir. Eyni zamanda "Hamiləliyə doğuşa görə məzuniyyətlər"i nəzərdə tutan 125-ci maddənin yeni redaksiyasında qeyd olunur ki, hamiləlik dövründə doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdən birində göstərilir ki, hamiləlik dövründə yaxud doğuşdan sonrakı müddətdə arvadının arzusu ilə onun həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququ verilir. Digər əlavəyə görə, yaxın qohumlarının yas toy mərasimində iştirak etmək üçün işçiyə 5 gün müddətinə məzuniyyət veriləcək. Layihədə işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin dairəsi genişlənib. Sağlamlıq imkanları məhdud olan 18 yaşında uşağı olan işçilərə 30, ailə, məişət başqa sosial məsələləri təxirəsalmadan həll etmək məqsədilə işçiyə 14 təqvim günü ödənişsiz məzuniyyət verilə bilər.

   Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, havanın hərarəti 41 dərəcə olduğu halda, qeyri-iş günü elan ediləcək. Mövcud Əmək Məcəlləsinə görə, 45 dərəcə istilik qeydə alındığı halda qeyri-iş günü olacaq. Təklif olunan digər dəyişikliklə Azərbaycanda səsvermə günü qeyri-iş günü elan ediləcək. Müstəsna hallarda vətəndaş səsvermə günü könüllü işləmək istədiyi halda ona əlavə əmək haqqı ödəniləcək yaxud vətəndaşın istəyi ilə başqa vaxtda istirahət günü veriləcək.

 

 

Üç nöqtə.-2009.-6 fevral.-S.10.