"Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009"

 

MƏDƏNİYYƏT İLİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK

 

FEVRALIN 18-də Heydər Əliyev Sarayında "Bakı -İslam Mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə məlumatı "Üç nöqtə"yə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva verib. Onun sözlərinə görə, tədbirdə Avropa və islam dövlətlərinin şəhərlərinin merləri və mədəniyyət nazirlərinin iştirakı gözlənilir. Tədbirin birinci və ikinci günü paytaxtın mərkəzi küçələrində şənliklər təşkil olunacaq, "Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009" veb saytının və "Qədim Bakı" kitabının təqdimatı keçiriləcək. Ümumiyyətlə, il ərzində paytaxtda silsilə şəklində milli və beynəlxalq tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci ildə Liviyanın Tripoli şəhərində keçirilmiş 5-ci konfransının nəticələrinə görə, Bakı 2009-cu ildə İslam Mədəniyyəti paytaxtı elan edilib.

 

 

Üç nöqtə.-2009.- 6 fevral.- S.5.