Erməni elə erməni kimi danışır...

 

Ermənilərin prezidenti Serj Sarqsyan bir bəyanat verib. İki gündür ki, məmləkətin politoloqları media ekspertləri baş sındırırlar ki, erməni başbiləni nədən bu bəyanatı səsləndirib. Bəs, erməni deyib ki, aləm qarışıb bir-birinə. Əslində Sarqsyan təzə bir şey deməyib, sadəcə bir daha dilə gətirib ki, bu gün erməni hakimiyyətinin əsas vəzifəsi Dağlıq Qarabağın müstəqilliyinə nail olmaqdır onlar bu istiqamətdəki fəaliyyətlərini davam etdirirlər.

Politoloqlarımızın əndişələrinə müqabil yadıma hayların Yuxarı Qarabağda separatizm hərəkatına başladıqları ilk vaxtlar düşür. Ermənilər həm sözdə, həm əməldə Yuxarı Qarabağı Azərbaycandan qoparmaq üçün çeşidli gedişlər edir, müxtəlif bəyanatlar verir, ardınca da terror açıq hücumlarla Qarabağda geniş cəbhə açırdılar. Moskva da onları dəstəkləyərək hər gün məkrli şəkildə guya münaqişənin qarşısını almaq üçün ya bir fərman imzalayır, Qarabağ ermənilərinin könlünü almaq üçün onlara maliyyə yardımları edir, ya da şeytani bir qurum yaradıb vəziyyəti daha da dolaşdırırdı. O zaman da bizim dəyərli politoloqlarımız ekrana, mediaya çıxıb bu sənədləri müxtəlif rakurslardan prizmalardan təhlil edərək "dahiyanə" fikirlər söyləyirdilər. Sonda da şəstlə elan edirdilər ki, Qarabağ bizimdir heç kəsin onu bizdən almağa həddi çatmaz. Erməni isə bildiyini eləyir, Yuxarı Qarabağı kənd-kənd, oba-oba işğal edirdi.

İndi Sarqsyanın budəfəki bəyanatı da qeyri-adi bir addım deyil. Erməni siyasətçisinin sıradan bir gedişidir. Sadəcə bizim politoloqları şoka salan o məqamdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı ciddi danışıqların getdiyi bir məqamda erməni prezidentinin bu açıqlaması danışıqlar prosesini poza bilər. Bu məqamda da dəyərli ekspertlərimizin yaddaşlarına bir balaca ipucu vermək istərdim. Məgər Qarabağ münaqişəsinin başladığı 20 ildən artıq bir zaman kəsiyində bu birinci erməni jestidirmi?

Zaman hadisələr dəfələrlə sübut edib ki, ermənilər istənilən danışığı razılaşmanı istənilən vaxtda da heç bir beynəlxalq qınaqdan utanıb-çəkinmədən pozmağa hazırdılar. Onlar bunu da yaxşı başa düşürlər ki, bu həyasızlıqları üçün Qərbdə, Avropada onlara gözün üstə qaşın var deyən olmayacaq. ATƏT-in Minsk Qrupu illərdir ki, Qarabağ münaqişəsinin nizamlanması üçün keçirdiyi rəsmi qeyri-rəsmi danışıqların sayını da itirib. Əvəzində isə gəlin yada salaq görək Minsk Qrupunun üzvü olan ölkələrdən birinin - Rusiyanın növbəti dəfə Ermənistana bir milyard dollarlıq hərbi sursat texnika verməsi münaqişəni nizamlamağa yönəlib, yoxsa yenidən alovlandırmağa? Eləcə digər həmsədr ölkələrin-Fransa ABŞ-ın sözdə bir, əməldə isə tamam başqa hərəkətləri nəyin göstəricisidir?

Digər məqama diqqət yetirək: Ter-Petrosyanın prezidentliyi dönəmində ATƏT rəsmiləri bəyan edirdilər ki, münaqişə nizamlanmaq ərəfəsindədir. Əvəzində baş verdi, Petrosyan getdi, hakimiyyətə Qarabağ qulduru Köçəryan gəldi. On il Köçəryan "sevimli qonaqlarını-sülh elçilərini" İrəvanda qarşılayıb-yola saldı. İndi Köçəryan gedib, onun digər quldur yoldaşı Sarqsyan gəlib. O da görüşlərdə bir bəyanat verir, dalısınca da başqa. Qərb Avropa da iki ayağını bir başmağa soxub ki, münaqişə yalnız danışıqlar sülh yolu ilə nizamlanmalıdır. Ermənistanda isə Sarqsyan kimi quldur əli azərbaycanlıların qanına batmış cəlladlar çoxdur. Qısası, Avropanın sürdürdüyü bu sayaq "sülh danışıqları" hələ çox illər davam edə, İrəvanda da erməni quldurları hakimiyyətdə bir-birilərini əvəzləyə bilər.

Mənimsə sevimli politoloqlarımıza demək istədiyim sözümün qənbərqulusu budur ki, əzizlərim, erməni elə erməni kimi danışır, sizlər təzə görmüsünüz ki, heyrətlənmisiniz. Əgər Sarqsyan desəydi ki bəli, biz Azərbaycan torpaqlarını işğal etmişik, bax buna heyrətlənməliydiniz. Tarix həm ibrət dərsidir, axı!

 

 

Məmmədli İlham

 

Üç nöqtə.-2009.-10 fevral.-S.6.