"Türkiyədə
qalmaq istəyirəm"
RƏŞAD SADIQOV: "KİMƏ
GÖRƏSƏ "NEFTÇİ"yə
NİFRƏT ETMƏRƏM"
Yenidən zədəylə
üzləşən Rəşad özünü həkimə
göstərmək üçün 1 günlük Bakıya
qayıdıb. Sivasa aparılmayan müdafiəçi
"Bakı"nın həkimi Murad Mərdanlı tərəfindən
tibbi müayinədən keçirilib. Türkiyəyə
qayıtmamışdan 1-2 saat əvvəl isə o, bizə
müsahibə verməyə razılıq verdi. Xeyli yorğun
görünən müsafirimizin fikri-zikri yeni klubundadır.
"Neftçi" ilə bağlı suallar könlüncə
olmadı. Onu da başa düşməliyik. 2000-ci ildən
şərəfini qoruduğu Bakı klubundan qalmaqalla
ayrıldı və adına yüz cür söz
çıxarıldı. Bu azmış kimi, 200 min dollar
kompensasiya ödəmək məcburiyyətində qaldı.
Hansı ki, hələ heç bir futbolçu keçmiş
komandasına belə böyük məbləğ
köçürməyib...
- "Gəncərbirliyi" ilə
matçın ertəsi
məşqdə belim
ağrımağa başladı.
Əvvəlki zədənin
yeri deyildi. Belimin yuxarı hissəsi məni incidirdi. Gəldim Bakıya ki, Murad həkim baxsın. Allah üzümə baxıb, ciddi bir şey
yoxdur. Əzələ
dartılıb, "spazma"
da var. Müalicə
keçirəm. Özümü
nisbətən yaxşı
hiss etsəm də, hələ bir neçə gün müalicə kursunu aparmalıyam. Həkimlər nə vaxt lazım bilsə, onda da meydana çıxacam.
Əsas heyətdəki
yerimi itirməkdən
qorxmuram. Müqaviləmdə
yazılmayıb ki, mən hər oyunda meydana çıxmalıyam.
- İkinci dövrənin
ilk turunda böyükhesablı
qələbə qazandınız,
lakin son 2 turda məğlub oldunuz. Bu,
gözlənilən idi?
- "Hacettepe" bizim əsas rəqiblərimizdən biridir. Onlarla oyunda hər şey etdik. "Gənclərbirliyi" isə bizdən yaxşı təsir bağışladı. Bacardığımızı etdik, amma bu, kifayət eləmədi.
- "Gənclərbirliyi" ilə görüşdə də pis təsir bağışlamamışdın.
- Birinci hissədəki oyunumdan çox razı qaldım. Son dəqiqələrdə Kalye ilə toqquşduğumdan, dodağım parçalandı. Fasilədə ora 5 tikiş qoydular. Həkimə dedim ki, saxla, oyundan sonra edərsən. Əl çəkmədi, partlayan yerə iynə vurdu, sonra da tikdi. Bu da mənə çox pis təsir elədi. Fikrim yaranın yanında qalmışdı. Yorğunluq da güc gəldi. Komanda hücuma atıldığından, rəqib bizi arxada az adamla tutdu. "Kocaelispor" ikinci dövrəyə tam hazır deyil. Çempionat başlayanadək normal hazırlıq keçə bilməmişdik. Bunların təsirini hər gün yaşayırıq.
- Klub rəhbərliyinin, məşqçilərin münasibətindən razısan?
- Əla münasibətimiz var. Burdakı söz-söhbətlər
yoxdur. Allaha şükür ki, adam kimi yaşayıram!
Çirkin söhbətlərin
yığışmasına görə qəlbim rahatdır.
- Türkiyəyə gedənədək bir neçə ay idi ki, oyun praktikasının azlığından əziyyət çəkirdin. Ancaq "Kocaelispor"la anlaşan kimi əsas heyətə düşdün. Elə belə də gözləyirdin?
- "Neftçi"nin əsas heyətindən ayrılandan sonra əvəzedici heyətdə oynadım. Yəni, oyun praktikamı tam itirmədim. Həm də bu arada milli oyunlar oldu, hamısında da iştirak elədim. Altın bizə tez-tez ikitərəfli oyunlar verir. Mən müdafiəçiyəm, oyun praktikam nə qədər az olsa da, problem yaşamıram.
- "Koacelispor"da sizə yaradılan şəraitdən razısınızmı?
- Bəli. Komandanın bazasında qalırıq, hərənin öz otağı var.
- Yeni komandada özünü lider kimi hiss edirsən?
- Meydana çıxan 11 oyunçudan
biriyəm. Bütün günü Allaha
dua edirəm ki, komandamız yaxşı çıxış
eləsin, mənim də bunda payım
olsun.
- Baş
məşqçi Erhan
Altınla özün
barədə söhbətin
olub?
- Dəfələrlə. Yaxşı
insandır. Mənə çox inanır.
Zədələnməyimə baxmayaraq, bir
gözü üstümdədir.
Sivasa getməmişdən qabaq neçə gün məşq eləmədim,
yenə istəyirdi ki, meydana çıxım.
Yalnız İstanbulda tibbi
müayinədən keçəndə
bilindi ki, oyunu mütləq buraxmalıyam.
- Altının "Neftçi"də
başına gələnlərdən
xəbəri var?
- Bizdə
bu məsələni belə şişirdirlər.
Bu qış fasiləsində "Kocaelispor"
8-9 futbolçusunu çıxardı.
Heç kim
demədi ki, siz nəyisə qəsdən elədiniz, bilərəkdən uduzdunuz.
Onlara deyildi ki, istədiyimiz
komandanı qura bilmədiyimiz üçün
yeni heyət yığırıq. Futbolçuyla normal ayrılmağın yolları
var.
- Kocaeli təmsilçisinin maddi durumu çox aşağıdır. Hansı şərtlərlə
orda qalmağa razılıq vermisən?
- Maliyyə
vəziyyəti həqiqətən
yaxşı deyil. Yalnız maaşa oynayıram.
Ancaq qarşıdakı 4-5 ayı
fikirləşirəm. Yayadək belə davam edəcək. Puldan da
vacib şeylər var.
Çempionatın sonunadək
özümü göstərib,
Türkiyədə qalmaq,
tanınmaq istəyirəm.
- Klubunu dəyişmək fikrin var?
- Ola bilər.
"Kocaelispor"un Superliqada qalıb-qalmamasından
çox şey asılıdır. Komanda çempionatda
yerini qorusa, birinci növbədə orada qalacağam. İkinci liqada oynamaq fikrim yoxdur. İspaniyaya getmək sonranın işidir. "Valyadolid"ə bir də getməyə hazırlaşmıram. Bütün diqqətim
Türkiyədədir ki,
burda möhkəmlənim.
- "Sivasspor"un baş məşqçisi Bülənt
Uyğun bizə bildirib ki, səni
öz komandasında görmək istəyərdi.
- Türkiyədən
qayıdandan bəri heç əlimə qəzet-filan keçməyib.
Bütün günü dost-tanışla
görüşmüşəm, yaxınlara baş çəkmişəm. Bülənt
Uyğunun fikirləri
ilə
- "Neftçi"nin pulunu ödəmisən?
- Onlardan
vaxi istəmişəm,
bir müddət sonra verməliyəm. "Kocaelispor"da o pulu qazanmıram. Keçmişdə nəsə almışıqsa,
indi onu satıb pulu qaytarmalıyam.
- Ya maşını satacaqsan,
yada evi.
- Onu açıqlamaq istəmirəm.
"Neftçi"nin
pulunu başqa cür qaytara bilmərəm. İndi məndə o imkan
yoxdur. Başqa kluba keçmək üçün vaxt az idi, ona görə də təkliflə razılaşdım. "Neftçi" mənim doğma komandamdır.
Başqa
futbolçu olsaydı,
UEFA-ya şikayət edərdi ki, əsas heyətdən çıxarılandan sonra
əvəzedici komandada
oynasa da, ondan bu qədər
pul istəyirlər.
Bunu özümə sığışdırmadım,
qəbahət bildim.
"Neftçi"dən şikayət etmək, yenə qalmaqala düşmək istəmədim.
- "Neftçi"yə qayıtmaq
variantı var?
- O variant həmişə
gündəmdədir. Mən
"Neftçi"ni hansısa adlara, simalara görə istəməmişəm, onu
adına görə sevmişəm. "Neftçi" Azərbaycan
futbolunun flaqmanıdır,
keçmişidir. Futbolumuzun gələcəyi
də "Neftçi"ylə
bağlıdır. Kimə görəsə
də "Neftçi"yə
nifrət etməyəcəm.
Gələcəkdə yenə böyük
məmnuniyyətlə o komandanın
formasını geyinərəm.
- Bu arada
başqa klublardan təklif gəlməyib?
- Heç
bir dəvət yoxdur. "Sakaryaspor"la
danışıqlar aparmağım
haqda deyilənlər yalandır.
- "Kocaelispor" Superliqanın
həm debütantı,
həm də autsayderidir. Klubun çempionatdan çıxmasına
inanmırsan?
- Sonadək
mübarizə aparacağıq.
Superliqada qalmaq yolunda
əsas 3 rəqibimiz var - "Dənizlispor",
"Ankaragücü" və
"Hacettepe". Hər üçü
bu tur xal
itirdi. Qalan komandalar bir
kənara, adlarını
çəkdiyim 4 komandanın
öz arasında sanki turnir keçirilir.
Onlardan biri qalacaq. Əlimizdən gələni edəcəyik.
Bütün uşaqlar buna
söz verib. Amma bizdən də asılı olmayan səbəblər var. Fasilədə
güclü hazırlıq
keçsəydik, vəziyyətdən
tez çıxardıq.
Heyət
çox dəyişdi,
gəlib-gedənlər oldu.
Pulun azlığına görə
klub gücdən düşdü.
- Səndən
fərqli olaraq, digər futbolçumuz Ramal Hüseynov meydana, ümumiyyətlə,
buraxılmayıb. Bunun səbəbi
nədir?
- Baş
məşqçi Ramalı
ikitərəfli oyunlarda
görüb və bəyənib, ondan razılıq edir. Amma Ramala deyir ki,
fiziki cəhətdən
hələ Türkiyə
superliqasının oyunlarına
hazır deyilsən.
Buna görə də Ramal oyunlara
buxarılmır.
- Hər
açıqlamanda jurnalistlərdən
narazılığını dilə gətirirsən. Mətbuatdan incikliyinin arxasında ciddi səbəb dayanır?
- İncikliyim mətuatdan yox, bəzi insanlardandır. O iki-üç
nəfər də mənim üçün heç kimdir.
- Millini irəlidə Rusiya və Almaniya ilə rəsmi matçlar gözləyir.
- Millidən
kənarda qalmağım
pis oldu. Doğrudan da, Berti Foqtsun
məşqlərindən zövq
alıram. Məşqdə müdafiəçilərə çox vaxt ayırır. Onun gəlişindən
sonra mən xətti müdafiədə
oynamağın bir çox sirlərini öyrənmişəm. Bu
gün həmin sirlər Türkiyə çempionatında normal çıxış
etməyimdə mənə
kömək olur.
Foqtsdan bilmədiyim şeyləri
götürmüşəm. Dubaya getmək istəyirdim, klubdan dedilər ki, qal, oyuna
çıxacaqsan. Bazada bir
günü də boş keçirmirəm.
Ruslarla oyunu səbirsizliklə gözləyirəm.
İlkin
Üç nöqtə.-2009.-10
fevral.-S.15.