Əhalinin sosial müdafiəsi diqqət
mərkəzindədir
NAZİRLİYİN KOLLEGİYA
İCLASI KEÇİRİLDİ
DÜNƏN Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollegiya iclası keçirildi. İclası giriş sözü ilə açan nazir Füzuli Ələkbərov əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb.
Ünvanlı sosial yardımların məbləğinin 60 manata
çatdırıldığını və 2009-cu ildə yardım alacaq şailələrin sayının
170-180 min arasında olacağını
deyən nazir 2008-ci ildə 163 min 409 ailənin
yardım aldığını
bildirdi. Hər ailəyə düşən
yardımın orta məbləği 100,96 manat olub.
YUNİSEF-in Azərbaycandakı nümayəndəsi
Məhəmməd Alaminin
bu sahədə əməkdaşlığını yüksək qiymətləndirdi.
Nazir müavıini İlqar Rəhimov əhalinin sosial müdafiəsinin üç istiqamətdə
(sosial yardım, sosial müavinət və sosial xidmət) aparıldığını
deyib. Neqativ hallardan danışan nazir muavini 43 rayonda əhalinin sosial müdafiəsi mərkəzində yoxlamanın
nəticəsi olaraq 5
nəfərin işdən
çıxarıldığını,
39 nəfərə isə
töhmət verildiyini
diqqətə çatdırdı.
Tibbi Sosial Ekspertiza və Əlillərin Reabilitasiya
Xidmətinin işlərindən
danışan nazirliyin
şöbə müdiri
Rəfail Novruzov ötən il 215306 nəfər 18 yaşdan yuxarı şəxsə əlillik dərəcəsi
verildiyini, bunlardan
24770-nin ilk dəfə müəyyən
edildiyini bildirdi.
Məğrur AĞSU
Üç nöqtə.-2009.-7 fevral.-S.6.