sahədir bu "Sahə"?

 

Sən, ey sayğıdəyər oxucum!

 

səbəblərdənsə Azərbaycandan inciyib-küsmüş çox istedadlı iranlı kino rejissoru hirsini mən zavallıya töküb , söyləmiş, görəlim, söyləmiş. Deyir: "Sizdə kino sahəsi yoxdur olmayacaq!" İki qonşu ölkə arasında münaqişə yaratmaq istəməyib dedim: "Baba, sizdə isə kino sahəsi həmişə olub, var bu dünya durduqca olacaq!" Bir dedim ki, bəs bizdə, misalçün, "Bakılılar" filmi çəkiləndə sizdə heç kamera nəmənədir bilmirdilər, halbuki bunu deməyə bilərdimg

... Ki, elə bilmə ki, yuxarıdakı mükalimə dava-dalaşla nəticələndi, əsla! Mən həmsöhbətimin xətrini çox istəyirəm, çünki o, dediyim kimi, istedadlı, yüksək peşəkarlıqla seçilən, qeyrətli əqidəli bir sənətkardır. Özü azəridir, müsəlmandır, həm yumor hissi yerindədir. Misalçün, çeşidli mübahisələr zamanı o coşub da, özündən xəbərsiz fars dilinə keçir. Mən həmən keçirəm rus dilinə. Bir neçə dəqiqə bir-birimizi anlamadan, "gərgin mübahisə" edirik; o deyir, mən deyirəm, o farsca, mən rusca ki, nəhayət həmsöhbətim ayılır ... ləzzətlə gülməyə başlayır. Dili acı olsa da, təbrizlilər demişkən, çox şirinsifətdir...

Amma lakin məqsədim Azərbaycan İran kino sahələrinin müqayisəli analizi deyil tem bolee "məhəlli vətənpərvərliyimi" bəyan etmək fikrindən çox uzağam. Misalçün, acıdil, şirinsifət həmsöhbətim qızışıb da, deyəndə ki, gəlin İrana - bizdən öyrənin, mən ona təzim qılıb da: " çeşm, ağa, nökərinəm!" deyirəm problem həll olunur.

Sayğıdəyər oxucuma "həmşəri" rejissorla eyni sahədə çalışan, həmkarı həmyaşıdı olan İlqar SAFAT adlı kinorejissorumuzdan bəhs etmək istəyirəm.

İlqar Safat bu gün "Nərimanfilm" studiyasında Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, "Gürcüstanfilm" "Baqiya" kompaniyası ilə birlikdə çəkilmiş "Sahə" adlı tammetrajlı bədii filmin rəqəmsal (dijital) formatının montajı ilə məşğuldur ki, sonrakı mərhələdə (ki, ona postprodakşn deyirlər...) bunun əsasında əsl montaj səsləndirmə işləri aparılsın.

Ssenari müəllifi quruluşçu rejissoru özü olduğundan İlqar Safat rəqəmsal montaj kimi müşkül bir işdən hələ ki, usanmayıb əməliyyat qaydası ilə getməkdədir.

Təbii sual: sahədir bu "Sahə"? Cavabı bəlli səbəbdən qısa natamam olasıdır: çox məşhur, xaricdə tanınan fotoqraf nişanlısı ilə avtomobil qəzasına uğradıqdan sonra xəstəxanaya deyil, polis Sahəsinə düşür. Burada baş verən əcaib, müəmmalı, birmənalı izahı olmayan "istintaq"ın sonucunda qəhrəman çox şeyləri anlayır, bir sıra yanlışlıqlardan qurtulur, Z a m a n s ı z l ı q S a h ə s i n i n hikmətlərini dərk edir ...

Çəkdiyi filmin ssenarisi üzərində İlqar Safat 3 ildən çox işləyib hətta ssenarinin təsdiqlənmiş sonuncu variantını da köklü surətdə, deyərdim ki, amansızcasına redaktə edib. Bunu mən dəqiq bilirəm, çünki ssenarini iki (!) dəfə azəri türkcəsinə tərcümə etmişəm İlqarın peşəkar tələbkarlığına yaxşı bələdəm. Baş prodüser Nəriman MƏMMƏDOV filmin hər mənada uğurlu taleyinə inanır Azərbaycan kino sahəsində aparılan işlərə nikbinliklə baxır, bizə bu nikbinliyə qoşulmaqdan başqa bir şey qalmır...

 

...Ki, sözügedən istedadlı iranlı rejissor dostum növbəti mübahisəmizin zil nöqtəsində deyəndə ki, bəs, kino sahənizi düzgün yönəltmirsiz, ona cavab olaraq dedim ki, sənə qalmayıb, bu sahə bizim sahəmizdir, özümüz bilərik, halbuki bunu deməyə bilərdim...

 

 

Vaqif İBRAHİMOĞLU

 

Üç nöqtə.-2009.-7 fevral.-S.7.