Millət vəkilinizi tanıyırsınızmı?
SEÇİCİ: "FUAD
MURADOVU TANIMAQ ÜÇÜN, GƏRƏK, YOL KƏSƏYMİŞİK"
SEÇİCİLƏR
SEÇDİKLƏRİNİN ADLARINI BELƏ XATIRLAMIRLAR
MİLLƏT
vəkillərinin parlamentdə
səlahiyyət müddətlərinin
bitməsinə 1 ildən
az vaxt qalıb.
Bu müddətdən
sonra hazırkı deputatların səlahiyyət
müddəti bitəcək
və yenidən seçki keçiriləcək.
Bununla belə, parlamentdə bu 5 il ərzində bir dəfə də olsun danışmayan,
ümumiyyətlə, Milli
Məclisin iclaslarında
iştirakı hiss olunmayan xeyli deputatımız var. Elə deputatlar var ki, bu
müddətdə parlamentin
iclaslarında bir kəlmə belə danışmayıblar. Hətta
iş o yerə çatıb ki, əhali səs verib seçdiyi deputatını
yaddan çıxarıb,
onu tanımır. Biz də "millət vəkilinizi tanıyırsınızmı" sualı ilə sorğu keçirdik.
Şəfəq Kərimova (Xətai rayonu): - Tanımıram.
Bundan sonra tanımaq da istəmirəm. Şəhərin mərkəzinə göstərilən diqqət
burada yoxdur.
Vüqar Əliyev (Sabunçu rayonu): - Millət vəkili
kimdir ki, mən heç qonşularımı tanımıram. Özüm Kəlbəcər rayonundanam,
bu rayondan seçilmiş Cavid Qurbanovu tanıyıram. O, da
rayon əhalisinin problemləri
ilə həmişə
maraqlanıb.
Nüşabə Allahverdiyeva (Səbail rayonu): - Hə, tanıyıram. Fuad Muradovdur. Xeyli şikayətlərdən sonra bir dəfə
üzünü gördük.
Əhali
yolu kəsdiyinə görə o, cavab verməli oldu. Axırda su problemimiz həll olundu. Millət vəkilini biz yalnız bu qədər şikayətdən, baş
ağrısından sonra
görə bildik.
Onu tanımaq üçün
yol kəsməliymişik.
Bu gün də
küçələr işıqsız
qalıb, qaranlıqda
heç yolu görə bilmirik.
Arzu Səlimova (Binəqədi rayonu): -Xeyr, tanımıram. Bir dəfə
də olsun üzünü görməmişəm.
Vəfa Allahverdiyeva (Nizami rayonu): - Xeyr, öz deputatımızı
tanımıram. Adam öz
qohumunu 5 il
görməyəndə yadından
çıxarır. Deputatlardan ancaq
İqbal Ağazadəni
tanıyıram. Amma haradan
seçilib, bilmirəm.
Arif Kərimov (Nəsimi rayonu): - Mən bilən, bizim rayonun iki
deputatı var. Amma onların adlarını bilmirəm. Eşitmişəm ki, biri idmançıdır, digəri
isə partiyada işləyir.
Vaqif Səfərli (Xətai rayonu): - Xeyr, Xətainin
deputatının kim olduğunu bilmirəm. Bura yeni köçmüşəm. Özüm cəlilabadlı
olduğum üçün
bu rayonun millət vəkilini tanıyıram. Aydın müəllim
(Aydın Həsənov),
arabir gəlib bizə baş çəkirdi.
Rəfiqə İmanova (Səbail rayonu): - Mən
deputatımızın nə adını bilirəm, nə də
özünü görmüşəm. Amma qonşular deyir ki, cavan adamdır. Orada oturanlardan
(Milli Məclis) Aydın Mirzəzadəni,
bir də Zahid Orucu arabir
televiziyada görürük
deyə, tanıyıram".
İmran İsayev (Səbail rayonu): -Mən
deputatları tanımıram, tanımaq istəmirəm də.
Onlar məni tanıyır ki, mən də tanıyam?
Lətifə Əliyeva (Sumqayıt şəhəri 2-ci
mkrn.): "Millət vəkilini bu neçə ildə görməmişəm,
adını da eşitməmişəm. Bundan sonra da görməyəcəyimizə
əminəm.
Sorğumuzu bu yerdə dayandırırıq. Çünki
adlar dəyişsə
də, cavabların məzmunu təxminən eynidir: deputatımızı
tanımırıq, bundan
belə tanımaq da istəmirik, verdikləri vədə belə əməl etməyiblər. Millət vəkillərindən gözləntilər, onlara
bəslənilən ümidlər
hara, seçicilərin
dedikləri hara.
Bu dönəmi sayqısızlıqla başa
vuracağımız şübhəsizdir.
Ümidlər ölmədiyindən, növbəti seçkini gözləyək. Ancaq necə?
Bu necəlik hər
birimizdən asılıdır.
Seçən qərarını
qətiləşdirməli, seçilən vəzifəsinə
və işinə məsuliyyətlə yanaşmalıdır
ki, yenə də sayqısızlıq
yaşanmasın
Afaq.
Üç nöqtə.-2009.-7 fevral.-S.11.