Həyatım

 

(əvvəli ötən saylarımızda)

 

İkimiz qaldıqda "Boris, həqiqətən NATO-nun Polşadakı hərbi bazalarından Rusiyaya hücum etməsinə icazə verəcəyimə inanırsanmı" deyə soruşdum. "Xeyr, - dedi, - inanmıram. Amma Rusiyanın Qərbində yaşayan Züqanovu dinləyən xeyli yaşlı adam inanır". Amerikanın əksinə Rusiyanın iki dəfə - Napoleon Hitler tərəfindən - istilaya məruz qaldığnı xatırlatdı. Bu hadisələrin yaratdığı travmanın hələ ölkənin kollektiv psixologiyasını müəyyənləşdirdiyini, siyasətini formalaşdırdığını söylədi. Yeltsinə əgər NATO-nun genişləndirilməsini NATO-Rusiya ortaqlığı yaradılmasını qəbul edərsə, yeni üzvlərin torpaqlarında vaxtından əvvəl əsgər, ya da raket yerləşdirməməyə, Rusiyanın yeni G-8-ə, Dünya Ticarət Təşkilatına digər beynəlxalq təşkilatlara üzvlüyünü dəstəkləməyə söz verəcəyimi söylədim. Razılaşdıq.

Yeltsinlə birlikdə Helsinkidəykən iki silah sınağı məsələsiylə məşğul olmalı idik. Bunlar Rusiya Dumasının nüvə cəbbəxanamızı "soyuq müharibə"nin ən qızğın dövründəkinin üçdə ikisinə endirəcək START II sazişini təsdiqləmək istəməməsi Amerikanın raketdən müdafiə sistemlərini inkişaf etdirməsinin Rusiyanın daxilində qarşılaşdığı müxalifət idi. Rusiya iqtisadiyyatı çöküb, müdafiə xərcləri ciddi ölçüdə azaldıqda, START II sazişi onlar üçün pis nəticə vermişdi. Bu saziş hər iki ölkənin MİRV adı verilən çoxbaşlıqlı raketlərini sökməsini vacibləşdirir, hər iki tərəfin təkbaşlıqlı raket cəbbəxanalarında bərabərliyi təmin edirdi. Rusiya MİRV-lərdən (çoxbaşlıqlı, sərbəst olaraq yenidən hədəflənə bilən vasitə) Amerikadan çox asılı olduğundan, bərabərliyi əldə etmələri üçün rusların xeyli sayda təkbaşlıqlı raket istehsal etmələri lazım idi. Halbuki, Rusiyanın belə məhsula ayıracaq imkanı yox idi. Yeltsinə START II-nin bizə strateji üstünlük verməsini istəmədiyimi söyləyib, ik tərəfin mütəxəssislərinin bir araya gələrək hər iki ölkənin cəmi 2000, ya da 2500 başlığı qalması da daxil olmaqla, yeni hədəflər müəyyənləşdirəcək START-III sazişinin hazırlıqlarına başlamalarını təklif etdim. "Soyuq müharibə"nin ən qızğın dönəmindən 80 faiz daha az olan belə başlıq sayı bizimlə bərabərliyi təmin etmək üçün Rusiyanın yeni başlıq istehsal etməsini vacib etməyəcək qədər kiçik idi. Pentaqonda başlıq sayını bu qədər azaltmağa qarşı müəyyən istəksizlik vardı. Amma general Şalikaşvili bu sayın etibarlı olduğunu söyləyir, Bill Kohen onu dəstəkləyirdi. Qısa müddət sonra START-II-nin hədəf tarixini 2002-ci ildən 2007-ci ilə qədər təxirə salmaq Rusiyanın strateji baxımdan geridə qalmasını önləmək məqsədilə START-III-ü həmin il qüvvəyə mindirmək məsələlərində razılığa gəldik.

İkinci məsələyə gəlincə, Amerika Birləşmiş Ştatları prezident Reyqanın hər cür düşmən raketini vuracaq, beləliklə, dünyanı nüvə müharibəsi təhdidindən qoruyacaq kosmos mərkəzli raketdən müdafiə sistemi yaratmağı nəzərdə tuturdu. Bu fikirlə bağlı iki problem vardı: birincisi, belə bir sistemin iqtisadi cəhətdən həyata keçirilməsi mümkün görünmür; ikincisi, qurulacaq Milli Raketdən Müdafiə Sistemi (MRMS), əgər bir ölkənin əlində MRMS olmasına rəğmən, digərlərində yoxsa, olmayan ölkənin əlindəki nüvə cəbbəxanası MRMS sahibi ölkə üçün artıq boyunqaçırıcı olmayacağından hərəkətlə belə sistemləri qadağan edən Antiballistik Raket Sazişinin birbaşa pozulması mənasına gəlirdi.

 

 

(ardı var)

 

Bill Klinton

 

Üç nöqtə.-2009.-13 fevral.-S.14.