Həyatım
Mən də antiballistik
sazişin də icazə verdiyi və Yeltsinə də söylədiyim
kimi, Balkanlarda, ya da hansısa başqa bölgədə hər
iki ölkəni, ya da ortaq döyüş
meydanımızı qoruya biləcək TRM proqramını mənimsəyirdim.
Rusiyanın əsl problemi, raket müdafiəsi ilə
sazişin yasaqladığı daha əhatəli sistem
arasındakı xəttin qeyri-müəyyən
olmasıydı. TRM üçün inkişaf etdirilmiş
yeni texnologiyalar daha sonra sazişi pozacaq və antiballistik raketlərə
qarşı tətbiq edilə biləcək sahələrdə
istifadə edilə bilərdi. Sonda hər iki tərəf də
izn verilən proqramlarla qadağan edilənlər
arasındakı ayırıcı xətt haqqındakı
texniki təriflərdə razılığa gəlməyi
bacardılar. Yeltsinin Rusiyanın böyüklüyünü
torpaq sahəsindən fərqli meyarlarla sübut etməsi, fərqli
gələcək arzulama qabiliyyəti, Dumada və bəzən
öz hakimiyyəti içində ortaya çıxan təzyiqediyi
fikirlərə qarşı durma qətiyyəti sayəsində,
Helsinki zirvəsi gözlənilməz ölçüdə
uğurlu oldu. Dumanın START II-ni təsdiqləməməkdə
israr etməsi ucbatından cəhdlərimiz
bütünlüklə nəticələnməmiş olsa da,
Madriddə uğurlu NATO zirvəsi və birləşmiş
Avropa uğrunda hərəkətə keçməyimiz
üçün səhnə hazır idi. Vaşinqtona
qayıtdıqda reaksiyaların ümumiyyətlə müsbət
görünməsinə rəğmən, Henri Kissincer və
bəzi respublikaçılar məni Rusiyaya daha yaxın
bölgələrdə, yeni üzv ölkələrin
torpaqlarında nüvə silahı və hərbi birlik yerləşdirməməyi
qəbul etdiyim üçün tənqid etdi. Yeltsin də
mühüm məsələlərdə mənə
müqavimət göstərmədiyini iddia edən
keçmiş kommunistlər tərəfindən topa tutuldu.
Züqanov Yeltsinin "dostu
Billə gəlib ayağına təpik atması
üçün icazə verdiyini" irəli sürdü. Halbuki Züqanovun ayağına təpiyi dünənin Rüsiyası yerinə sabahın Rusiyası üçün mübarizə
apararaq, seçkidə
Yeltsin atmışdı.
Bu fırtınayla da başa çıxacağımızdan
əmin idim. Hillari və Çelsi Afrika səyahətindən qayıdıb,
danışdıqları əhvalatlarla
məni şənləndirdilər.
Afrika Amerika üçün mühüm idi və lap əvvəl
Cənubi Afrika səfərində olduğu
kimi, Hillarinin Afrika səyahəti də sülh, rifah və müstəqillik
axtaran və AİDS xəstəliyinin qarşısını
almağa çalışan
liderlər və xalqlara yönəlik dəstəyimizin davam edəcəyini vurğulayırdı.
Ayın son günü
general Corc Jülvinin yerinə ABŞ Avropa
komandanlığının baş komandanı və
Avropadkı NATO qüvvələrinin müttəfiq baş
komandanı olaraq Ves Klarkı təyin etdiyimi
açıqladım. Hər ikisini də bəyənirdim. Jülvinin
NATO-nun Bosniyada işlərini dəstəkləmiş,
Klark isə Dik Holbrukun heyətinin
ayrılmaz üzvü
olmuşdu.
Bill Klinton
Üç nöqtə.-2009.-14 fevral.-S.19.