Türkiyə ilə Rusiya arasında bəyannamə imzalandı
ADULLAH GÜL: "REGİONAL VƏ BEYNƏLXALQ MƏSƏLƏLƏRDƏ
MOVQELERİMİZ EYNİDİR"
DMİTRİ MEDVEDYEV: "TÜRKİYƏNIN QAFQAZDA
SABİTLİK VƏ ƏMƏKDAŞLIQ PLATFORMASI İLƏ
BAĞLI TƏŞƏBBÜSÜNU DƏSTƏKLƏYİRİK"
TÜRKİYƏ
prezidenti Abdullah Gülün Rusiya səfəri davam edir. Dünən
o, Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevlə
görüşüb. Prezidentlər arasında əvvəlcə
təkbətək, sonra isə dövlət
başçıları nümayəndə heyətlərinin
(xarici işlən nazirləri Əli Babacan və Sergey Lavroada
da daxil olmaqla) iiştirakı ilə geniş tərkibdə
müzakirələr aparıblar. Bu günkü Kreml
danışıqları iki ölkə arasında münasibətlərin
yeni mərhələyə irəliləməsi, dostluq və
hərtərəfli tərəfkeşliyin dərinləşdirilməsi
haqda bəyanatın imzalanmasıyla başa çatıb. Abdullah
Güllə Dmitri Medvedyev dostluq və tərəfdaşlığa
dair birgə bəyannamə imzalayıblar.
Bəyannamədə
bildirilir ki, Türkiyə və Rusiya iki ölkə
arasında hərbi-texniki əməkdaşlığı
inkişaf etdirmək və bununla bağlı ortaya
çıxan problemləri sürətləndirmək niyyətindədirlər.
Sənəddə qeyd olunur ki, Rusiya və
Türkiyə hərbi-texniki əməkdaşlıq
və müdafiə sənayesi sahəsində
əməkdaşlıq üzrə
birgə hökumətlərarası
komissiyanın səmərəli
fəaliyyətinin təmin
olunmasına böyük
önəm verirlər.
Bəyanamədə tərəflərin
qısa müddətdə
əmtəələrin, xidmət
və kapitalların iki ölkə ərazisində sərbəst
yerdəyişməsini təmin
edən qanunvericilik tətbirlərini işləyib
hazırlayacağı da
göstərilir.
Soçidə
2014-cü ildə keçiriləcək Qış
Olimpiadasına hazırlıq mərhələsində bir
sıra layihələrin həyata keçirilməsi də nəzərdə
tutulur. "Avroasiya regionun stabilliyi və təhlükəsizliyi
Cənubi Qafqazın stabilliyindən birbaşa asılıdır.Tərəflər
Cənubi Qafqazda sabitliyin pozulmasında önəmli rol oynayan donmuş münaqişələrin həlli
istiqamətində effektli
tədbirlərin həyata
keçirilməsinin vacib
olması ilə razıdırlar", - bəyanaməddə bildirilib. Sənəddə qeyd olunur ki, tərəflər bu konteksdə Türkiyə tərəfindən
irəli sürülən
Qafqazda əməkdaşlıq
və sabitlik platformasının yaradılması
ideyasını konstruktiv
və artıq mövcud beynəlxalq mexanizmləri tamamlayan təşəbbüs kimi
qiymətləndirirlər. Bu təşəbbüs dondurulmuş münaqişələrə
cəlb edilən ölkələr arasında
olan etibarsızlığın
aradan qaldırılmasına
yardım göstərəcək.
Bəyanamənin
imzalanmasından sonra mətbuat konfransı keçirən
dövlət başçıları Qara dəniz regionunda əməkdaşlıq
məsələsinə toxunduqlarını, bu regionun
müdafiə nazirlərinin və ya qərargah rəislərinin
müntəzəm görüşlərinin keçirilməsi
barədə təklifi dəstəklədiklərini bildiriblər.
"Regional və
beynəlxalq məsələləri
müzakirə etdik və bu məsələlərdə
eyni mövqedən çıxış etdiyimizi
görmək bizi sevindirdi", - deyə Gül bildirib. Gül onu da
əlavə edib ki, Türkiyə-Rusiya əlaqələri çoxtərəflidir və
bu əlaqələrin
daha da yaxşılaşdırılması
üçün addımlar
atılacaq. Türkiyə prezidenti Rusiya
və Türkiyənin
regionun iki önəmli ölkəsi
olaraq əməkdaşlığa
böyük əhəmiyyət
verdklərini və iki ölkə arasında 30 milyard dollar olan ticarət
həcmini 50 milyarda dollara qədər yüksəltmək istədiklərini
bildirib. O, bildirib ki, hər il
Rusiyadan Türkiyəyə
3 milyon turist gəlir. "Onların
sayısının artmasından
həmişə məmnunluq
duyacağıq",-Gül deyib.
Moskvaya səfərinin
iki ölkə arasında yeni bir səhifə
açacağına inandığını deyən Gül,
Rusiya prezidentini Türkiyəyə dəvət edib.
Mətbuat konfransında Dmitri
Medvedyev isə deyib ki, iki ölkə arasında çox
böyük həcmdə iş birliyi var. O, "bu sənəd
qətiyyən formal xarakter daşımır",- deyib. "Bu bəyannamə iki ölkə arasında xarici siyasət, ticarət, iqtisadi əlaqələr və humanitar sahələrdə
əməkdaşlığın dərinləşdirilməsinin əsasını təşkil
edəcək. Biz Türkiyənin
bəzi təşəbbüslərini,
məsələn, Qafqazda
Sabitlik və Əməkdaşlıq Platformasıyla
bağlı təşəbbüsü
dəstəkləyirik. Biz bu təklifin həyata keçirilməsi
imkanını görürük,
biz daha sıx və bəzən qeyri-formal dialoqun aparılması mümkünlüyünü
görürük, bu bölgədəki iqtisadi,
nəqliyyat, enerji problemlərinin həllinə
kömək edə bilər", - prezident Medvedyev söyləyib.
Onun sözlərinə
görə, Rusiya ilə Türkiyə arasında ticarət
dövriyyəsi 10 ildə 35 dəfə artıb. Qarşılıqlı sərmayə yatırımlarına
diqqət çəkən
Medvedyev, Türkiyə
ilə Rusiya arasında enerji layihələrinin həyata
keçirilməsi sahəsində
bir təcrübənin
olduğunu bildirib. Medvedyev bu
təcrübə çərçivəsində
elektrik və atom enerjisi sahələrində
əlaqələrin inkişaf
etdirilməsini isdədiklərini
söyləyib. Rusiya prezidenti
görüşmədə beynəlxalq və bölgə məsələlərinə
toxunlduqlarını və
beynəlxalq terrorizm kimi məsələləri
müzakirə etdiklərini
deyib. "Bu məsələlərdə
ortaq iş birliyi imkanları var",- o deyib.
Dmitri Medvedyev ötən ilin avqustunda Gürcüstanla müharibəyə və
Yaxın Şərqdəki
vəziyyətə də
toxunduqlarını söyləyib.
"Müzakirə etdiyimiz bir çoz
məsələdə mövqeyilərimizin
oxşar olduğunu məmuniyyətlə gördük".
Medvedyev Gülə Türkiyə ilə Rusiya arasındakı əlaqələrin
və işvirliyinin inkişafı məsələsindəki
görüşləri paylaşdığı
üçün təşəkkür
edib.
Ceyhun
Üç nöqtə.-2009.-14 fevral.-S.3.