Həyatım
Klarkın Balkan
sülhünə olan qətiyyətli
bağlılığımızı davam etdirəcək ən
düzgün seçim olduğunu
düşünürdüm.
Apreldə sülh
prosesinin sona çatmasını önləmə cəhdləri
çərçivəsində baş nazir Netanyahu və Kral
Hüseyni qəbul etdim. Şərqi Qüdsün ətrafında
yer alan İsrail yaşayış mərkəzi Har Homada yeni
ev tikmə qərarının ardından münaqişələr
yenidən baş qaldırmışdı. Əl Xəlil
sazişində olduğu kimi, Netanyahunun hər
addımından sonra hakimiyyətdəki koalisiya baş naziri
İsrail və fələstinlilər arasındakı
uçurumu daha da gücləndirəcək bir şey etməyə
məcbur edirdi. Eyni dönəmdə iordaniyalı əsgər
ruhi sarsıntı keçirdiyi vaxt 7 israilli uşağı
öldürdü. Kral Hüseyn vaxt keçirmədən
İsrailə gedib üzr istədi. Bu hərəkət
İsrail ilə İordaniya arasındakı gərginliyi
yumşaltdı. Halbuki Ərəfat Amerika və İsrail tərəfindən
müntəzəm olaraq təzyiq altında saxlanılır,
görüşlərlə həll olunacaq problemləri
meydanda dəyişdirməyi qadağan edən İsrail vədiylə
ziddiyyət təşkil etdiyini düşündüyü Har
Homa layihəsinə göz yumarkən, terrorla mübarizə
etməsi istənilirdi.
Kral Hüseyn bizə
qonaq gəldikdə Netanyahunun qanundankənar siyasi məcburetmələr
səbəbilə Rabin dönəmində tətbiq olunan
addım-addım sülh prosesinin daha çox işləməyəcəyindən
qayğılıydı. Eyni narahatlıq Netanyahuda da vardı.
Gündəmdəki son status məsələlərini dərhal
həll edib, sülh prosesini sürətləndirməyə
çalışmaq istədiyini bildirmişdi. Hüseyn də əgər bu tətbiq edilərsə, ən azından təcrübədən keçirməyimizin
vacibliyi fikrində idi. Netanyahu bir neçə
gün sonra Ağ Evə gəldikdə təşəbbüsünü
dəstəkləyəcəyimi söyləməklə birlikdə,
Ərəfatın da razılığını ala
bilməyimiz üçün
Qəzza Hava limanının açılması,
Qəzza və Qərb sahilində Fələstin bölgələri
arasında təhlükəsizlik və
iqtisadi yardım kimi fələstinlilərə
əvvəl söz verilən addımların
atılmalı olduğunu
bildirdim.
Ayın mühüm hissəsini
Kimyəvi Silahlar Konvensiyasını təsdiqləmələri
üçün Senatı razı salmağa
çalışaraq keçirdim. Konqres üzvlərinə zəng
elədim. Bəziləriylə görüşdüm.
Müxalif olduğu Kimyəvi Silahlar Konvensiyasının lehinə
səs verməsinin əvəzində Silah Nəzarəti və
Silahsızlanma Agentliyinin, ABŞ İnformasiya Agentliyinin Xarici
İşlər Nazirliyinin çərçivəsinə
salınması barədə Cessi Helms ilə
razılığa gəldim. Helms, Kaspar Veynberq və Donald
Ramsfeld mühafizəkar respublikaçı etirazlarına cavab
vermək üçün Kolin Pauel və Ceyms Beker kimi
görkəmli respublikaçılar və saziş tərəfdarı
olan hərbçilərin iştirakıyla Cənub çəmənliklərində
tədbir keçirdim. Bütün komandirlər Kimyəvi
Silahlar Konvensiyasının tərəfdarı olduqları
üçün mühafizəkar müxalifət məni təəccübləndirirdi.
Amma bu müxalifət sağın beynəlxalq işbirliyini və
ABŞ-ın artıq dünyanın yeganə supergücü
olduğu dövrdə ölkənin hərəkət sərbəstliyini
mümkün qədər qorumaq istəyini əks etdirirdi.
Bill Klinton
Üç nöqtə.-2009.-17 fevral.-S.14.