Ötən il ölkədə 52 turizm obyekti inşa olunub
Nargin adası turizm mərkəzinə çevriləcək
"NARGİN
adasının turizm mərkəzinə çevrilməsi
ideyası gerçəkləşəcək". Bu sözləri
jurnalistlərə açıqlamasında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin
açıqlamasına görə, Nargin adasının turizm
mərkəzinə çevrilməsi üçün bir
neçə layihə hazırlanıb: "Artıq Avstriya,
Türkiyə, İsveçrə, ABŞ və Almaniyadan olan
mütəxəssislər müxtəlif təkliflər
hazırlayaraq təqdim ediblər". Nazir Azərbaycanın
bu layihəyə dəstək verməsini istisna etməyib.
Azərbaycana turist
axınının ildən-ilə artdığını da
deyən nazir bildirdi ki, dövlətiimiz turizm sahəsində
inkişaf edən ölkələrin siyahısında
qabaqcıl yerlərdən birini tutur: "Dünyadakı
maliyyə böhranı ilə əlaqədar olaraq turistlərin
sayı 15-18 faiz azalıb, lakin buna baxmayaraq, Azərbaycanda
turistlərin sayında artım var". Hadisəni sevindirici
hal kimi qiymətləndirən nazir bunu, Azərbaycanda və əsasən
də paytaxtda gedən inkişafla əlaqələndirdi.
Əbülfəs Qarayev
2006-cı ildə Azərbaycana 1193 742 nəfər əcnəbi
vətəndaş gəldiyini, həmin əcnəbi vətəndaşların
903 889 nəfərinin turist olduğunu xatırladıb:
"2007-ci ildə Azərbaycana gələn 1332701 nəfərdən
110792 nəfəri turistdir. 2008-ci ildə isə 1 milyon 898 min 939 nəfər Azərbaycana gəlib və onlardan 1408908 nəfər turist hesab olunur. Ötən
il ərzində isə turistlərin sayında 39,4 faiz artım olub. 5-6 il ərzində turistlərin sayı 5-6 milyona çatacaq". Nazirin sözlərinə görə,
ötən il ölkədə 52 turizm obyekti inşa olunub. 2007-ci illə müqayisədə 2008-ci ildə
turistlərin sayında
artımın olması,
əsasən Amerika, Afrika, Ukrayna, Qazaxıstan, Qırğızıstan,
Belarus, İran, Bəhreyn, Birləşmiş
Ərəb Əmirlikləri,
İordaniya, Almaniya, Avstriya, Bosniya və Herseqovina, Finlandiya, Hindistan və digər ölkələrin hesabına
olub.
Simnarə
Üç nöqtə.- 2009.- 18 fevral.- S.9.