"Azərbaycan
islam həmrəyliyinin
daha da möhkəmlənməsinə
çalışır"
PREZİDENT İLHAM ƏLİYEV: "BİZ ERMƏNİSTANIN
TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ
İŞĞAL ALTINDA OLAN TARİXİ ABİDƏLƏRİMİZİ
BƏRPA EDƏCƏYİK"
"BİZ bütün tarixi abidələrimizi torpaqlarımız işğal altından çıxandan sonra bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, binaları tikəcəyik. Ancaq bunu etmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar".
Prezident İlham Əliyev bu bəyanatı "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılışı mərasimindəki nitqində səsləndirib. Dövlət başçısı Bakının və ölkənin digər bölgələrində çoxsaylı memarlıq, tarixi və dini abidələrin dövlət tərəfindən qorunduğunu vurğulayaraq deyib: "Biz Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal altında qalan torpaqlarda öz tarixi irsimizi qoruya bilmirik. Çünki torpaqlarımız erməni işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində ərazimizin 20 faizi işğal altına düşübdür və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Tarixi abidələrimiz, muzeylərimiz, dini məbədlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb". Dövlət başçısı diqqətə çatdırıb ki, bütün bu faktlar 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə göstərilib.
Prezident İlham Əliyev
onu da bəyan
edib ki, Azərbaycan öz tərəfindən bütün
islam ölkələrinin
maraqlarının qorunması
üçün öz
töhfəsini verməyə
hazırdır və bundan sonra da
öz siyasətində
bu prinsipləri rəhbər tutacaq. Dövlət
başçısı ötən
ilin martında Birləşmiş Millətlər
Təşkilatının Baş
Məclisində Azərbaycanın
işğal altında
olan torpaqlarının
azad edilməsi ilə əlaqədar qətnamənin qəbul edilməsinə səs verən bütün dövlətlərə, o
cümlədən
islam ölkələrinə
minnətdarlığını bildirib: "Baxmayaraq
ki, böyük dövlətlər, bu münaqişə ilə bilavasitə məşğul
olan ölkələr
qətnamənin qəbul
olunmasına problemlər
yaratmaq istəyib və əleyhinə səs veriblər, ancaq bu qətnamə
böyük səs çoxluğu ilə qəbul edilib. Qətnaməyə səs
verən 39 ölkə
arasında əksəriyyət
müsəlman ölkələridir.
Bunlar islam həmrəyliyinin, müştərək
siyasətimizin real nəticələridir". Azərbaycan
Prezidenti qeyd edib ki, ölkəmizdə
İslam Konfransı Təşkilatı, İSESKO və
Avropa strukturlarının
xətti ilə çoxsaylı tədbirlər
keçirilir. Bu, çox önəmlidir:
"Avropa ilə islam dünyası arasında olan münasibətlərin möhkəmlənməsi
maraqlarımıza cavab
verir. "Azərbaycan
müstəqil ölkə kimi öz siyasəti, praktiki işləri
ilə islam aləminin bir-birinə daha da yaxın olmasına,
islam həmrəyliyinin daha da möhkəmlənməsinə
çalışır", - deyən Prezident İlham Əliyev
vurğulayıb ki, buna böyük ehtiyac var və biz
bir-birimizi dəstəkləməli, iqtisadi, siyasi sahədə
sıx əməkdaşlıq etməliyik. İslam ölkələri
arasında qarşılıqlı ticarət
aparılmalıdır: "Siyasi müstəvidə, beynəlxalq
təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında
islam ölkələrinin birliyi, həmrəyliyi çox
böyük əhəmiyyət daşıyır. Bizim birgə
təşəbbüslərimiz bir məqsəd güdür:
dünyada sülh, təhlükəsizlik, əmin-amanlıq təmin
olunsun. Dünyada müharibələr olmasın və
sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəmlənsin
və onun daha da yaxşı nəticələri olsun. Azərbaycanın
bu işlərdə rolu getdikcə artmaqdadır".
Elməddin MURADLI
Üç nöqtə.- 2009.- 19 fevral.- S. 3.