"İnformasiya cəmiyyətinin jurnalisti" layihəsi yekunlaşdı

 

JURNALİSTLƏR VƏ KİV MÜKAFATLANDIRILDI

 

ÖTƏN gün AzTelekom-da "İnformasiya cəmiyyətinin jurnalisti" layihəsinin yekununa həsr olunan təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirdi ki, layihə Rabitə İnformasiya Texnologiyaları Nazirliyi, AİF, HP ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşir: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, informasiya cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir". Layihə çərçivəsində keçirilən treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olundu. Tədbrdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir layihənin həyata keçirilməsinin təqdirəlayiq olduğunu bildirdi. Layihə çərçivəsində müsabiqədə ekspert kimi təqdim olunan Azər Həsrət isə müsabiqənin obyektiv qiymətləndirildiyini əminliklə dedi: "Həqiqətən , bizim xəbərimiz yox idi ki, hansı qəzet hansı juranlistin yazıları təqdim edilib. Münsifələrin qimyətləndirmə zamanı verdikləri ballar da böyük faizlə seçilmədi. Bu da obyektivlikdən xəbər verir". "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva isə bu layihənin Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirildiyini müsbət addım kimi qiymətləndirdi:. Təqdimat mərasimində "İnformasiya cəmiyyətinin jurnalisti" "İnformasiya cəmiyyətinin KİV-i" nominasiyaları üzrə keçirilən müsabiqənin qaliblərinə diplomlar hədiyyələr təqdim olundu. Qeyd edək ki mükafat alanlar sırasında "Üç nöqtə" var.

 

 

Afaq

 

Üç nöqtə.- 2009.- 20 fevral.- S. 4.