"Azərsun Holdinq"in
məhsulları "Brand Award
ŞİRKƏTLƏR QRUPUNUN QAFQAZ KONSERV ZAVODU
QRAN-PRİ, "BİZİM TARLA" VƏ "PASHA"
BRENDLƏRİ İSƏ "İLİN BRENDİ"
MÜKAFATINA LAYİQ GÖRÜLÜB
19 may 2008-ci ildən
5 yanvar 2009-cu ilədək
Xəzər İnteqrasiya
İşgüzar Klubu
tərəfindən www.brandaward.az
rəsmi internet saytında
keçirilmiş "Brand Award
Qeyd edək ki, ölkəmizin
qida sektorunda "Azərsun Holdinq"in qurduğu konserv zavodları inkişaf etməklə yanaşı,
məhsul çeşidlərini
də artırmaqdadır. Şirkətin konserv zavodlarında 750 nəfərdən çox
insan daimi işlə təmin olunub. Müəssisələrin illik istehsal
gücü 20 min tondur.
İstehsal olunan müxtəlif ət konservləri, tuşonka, tomat pastaları, mürəbbələr, müxtəlif
turşular və hazır ət xörəkləri "Bizim
tarla", "Bostan",
"Final", "SuperSun", "Blendo" markaları kimi tanınıb. Bu markalar region ölkələrinə
ixrac edilir. Məhz
"PASHA" brendinin yüksək
mükafata layiq görülməsi də çəkilən zəhmətlərin
nəticəsidir. Onu da qeyd edək ki, Azərbaycanın çay mədəniyyətini
yaşadan və inkişaf etdirən "Azərsun Holdinq" ölkənin çayçılıq
sektorunda önəmli
addımlar atıb.
Lənkəran və Astarada
qurulmuş ilkin çay emalı müəssisələri yüksək
istehsal potensialına malikdir. Müəssisələrin yaşıl çay
yarpağı ilə təmin edilməsi çətin olduğundan
bu problemi həll etmək üçün bölgədə
bağça bərpası
işləri aparılıb,
yeni şitilliklər salınıb. Bu sahədə Almaniya və Şri-Lanka mütəxəssisləri ilə
əməkdaşlıq davam
etməkdədir.
"Azərsun Holdinq"in
mətbuat xidməti
Üç nöqtə.- 2009.- 20 fevral.- S. 10.