İKT işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasını tələb edir

 

İSESKO AZƏRBAYCANIN İŞĞAL ALTINDA OLAN TARİXİ ABİDƏLƏRİNİN DAĞIDILMASINI PİSLƏYİR

 

"İSLAM Konfransı Təşkilatının Parlament İttifaqı (İKT Pİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasından təəssüflənir". Bu fikir qurumun Nigerin Niamey şəhərində keçirilən 11-ci iclasında səslənib.

AzərTAc-ın məlumatına görə, İKT Parlament İttifaqının münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənəddə Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, bununla bağlı BMT qətnamələrinə beynəlxalq qurumların qəbul etdiyi qərarların yerinə yetirilməsi tələb olunub. İclasda Ermənistanın işğalçılıq siyasətinə son qoyması işğalçı qüvvələrin qısa zamanda Azərbaycan ərazilərindən çıxarılması fikri vurğulanıb.

İKT Pİ- Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib ki, İKT Parlament İttifaqı quruma üzv dövlətləri işğalçı Ermənistanla bütün əlaqələri kəsməyə çağırır. İclasda Xocalı faciəsi insanlığa qarşı törədilən cinayət kimi qiymətləndirilib.

İKT Pİ Ermənsitan Azərbaycan arasında beynəlxalq hüquqi norma prinsiplərə əsaslanan ədalətli sülh sazişinin bağlanmasına kömək məqsədi ilə dünya ölkələrinin parlament hökumətlərini səylərini artırmağa, habelə beynəlxalq təşkilatları azərbaycanlı qaçqın məcburi köçkünlərin həyat şəraitinə biganə qalmamağa çağırıb.

İSESKO isə Azərbaycanın işğal altında olan tarixi abidələrinin dağıdılmasını pisləyir. Bunu İslam Ölkələri Elm, Təhsil Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı mərasimindəki çıxışında söyləyib.

 

 

Elməddin

 

Üç nöqtə.- 2009.- 20 fevral.- S.6.