Media qanunları dəyişdirilir

 

NİZAMİ CƏFƏROV: "TELEVİZİYALAR BİR SAAT MÜDDƏTİNDƏ 12 DƏQİQƏDƏN ARTIQ REKLAM VERƏ BİLMƏZLƏR"

 

"TÜRK DİLİNDƏKİ VERİLİŞLƏRİN TƏRCÜMƏSİNƏ EHTİYAC YOXDUR"

 

 Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası dünən "Televiziya radio yayımı haqqında" "Kütləvi informasiya vasitələri haqqında" qanunlara əlavə dəyişikliklər layihəsini müzakirə edib. Komissiyanın sədri Nizami Cəfərov "Media forum" saytına bildirib ki, əlavə dəyişikliklər layihəsi Prezidentin İcra Aparatında hazırlanıb.

   Dəyişikliklərin təşəbbüskarı isə Mətbuat Şurası Milli Televiziya Radio Şurasıdır. N.Cəfərov deyib ki, "Televiziya radio yayımı haqqında" qanuna edilən dəyişikliklər reklamlarla bağlıdır: "Qanunun hazırda qüvvədə olan tələblərinə görə, televiziyalar gündəlik efir vaxtının 20 faizi həcmində reklam verə bilərlər. Təklif olunan dəyişikliyə əsasən, televiziyalar bir saat müddətində 12 dəqiqədən artıq reklam verə bilməzlər. Bu dəyişiklik özəl televiziyaların narazılığına səbəb olub. Çünki televiziyada hər dəqiqənin öz əhəmiyyəti var. Reklamların gecə saat 12-dən sonra verilməsi sifarişçiləri o qədər təmin etmir. Bunu səhər saatlarına da aid etmək olar. Günün reklam üçün daha əlverişli hesab olunan müəyyən vaxtları var. Reklamın həcminin saatlar üzrə bölünməsi müəyyən məhdudiyyətlər yaradır". Komissiyanın təklif olunan əlavə dəyişiklikləri təsdiqlədiyini deyən N.Cəfərov hesab edir ki, məsələ parlamentdə müzakirəyə çıxarılana qədər yenidən nəzərdən keçirilməlidir Prezidentin İcra Aparatı ilə məsləhətləşmələr aparılmalıdır. "Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, qəzetlərin baş redaktorları ali təhsilli olmalıdır. Bundan başqa, xarici ölkə vətəndaşlarının Azərbaycanda qəzet redaktoru olmalarına məhdudiyyətlər tətbiq olunacaq: "Xaricilər burada mətbuat orqanının baş redaktoru olmaq üçün mütləq icra hakimiyyəti orqanı - Ədliyyə Nazirliyindən icazə almalıdırlar". Komissiya sədri deyib ki, başqa bir dəyişikliyə əsasən, qəzetlər öz nüsxələrini vaxtlı-vaxtında Mətbuat Şurasının müəyyənləşdirdiyi ünvanlara çatdırmalıdırlar. Bura Mətbuat Şurası, kitabxanalar başqa yerlər daxildir. Komissiya televiziyalarda türk dilində verilişlərin yayımlanmasını da müzakirə edib: "Biz hesab edirik ki, verilişlər dövlət dilində yayımlanmalıdır. Ancaq türk dilindəki verilişlərin tərcüməsinə ehtiyac yoxdur. Bu məsələdə yalnız müəyyən limit tətbiq oluna bilər". 

 

 

    Üç nöqtə.- 2009.- 21 fevral.- S. 4.