Mən də belə yazdım...
PİFAQORUN "ƏDƏDİ
MİSTİKA"SINA UYĞUN "XOCALI" QİSASI
ARTIQ 17 ildir ki, Xocalı
soyqırımının acısı
içimizi göynədir.
Hamımız bilirik bu faciənin tarixini - 26 fevral 1992-ci il. Nədənsə, bu yazını yazarkən soyqırımının
törədildiyi 1992 ədədinin
rəqəmləri gözümün
önündə fərqli
mənzərə yaratdı.
İlk üç rəqəmi toplayaraq cəmdən sonuncu rəqəmi çıxdım və
17 alındı. Bəlkə
də sadəcə bir təsadüfdür... Amma filosofların təsadüflə
zərurətin nisbətini
müəyyənləşdirdiyi qanunauyğunluq yadıma düşdü.
1992-ci ilin martında Azərbaycan və Ermənistan Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinə
üzv olduqdan bəri adıçəkilən
qurum münaqişənin
çözülməsi istiqamətində
fəaliyyətə başlayıb. Amma yara
sağalmaq əvəzinə
irinləyib. 1997-ci ildən isə ABŞ, Fransa və Rusiyadan ibarət ATƏT-in
Minsk Qrupu adı altında problemin həlli üzrə daimi həmsədrlik institutu yaradılıb.
O vaxtdan bəri "üç müşketyor"
həmsədr gəlir-gedir,
münaqişəni "sülh
yolu" ilə tənzimləməyə çalışır...
Bu zaman çərçivəsində
Ermənistanın işğalında
olan və azərbaycanlıların qanına
bələnmiş Qarabağ
torpaqlarında doğulmuş
yeni bir nəsil yetişməkdədir.
Hadisələrin inkişafı göstərir
ki, Minsk Qrupunun Ermənistana "krişalıq"
edən həmsədrləri
münaqişənin həlli
ilə deyil, diplomatik təcrübələrini
artırmaq, dövlətlərinin
maraqlarını uzlaşdırmaqla
məşğuldurlar. Münaqişənin həlli üzrə
layihələr, təkliflər
irəli sürməyə
çalışırlar. Cənab diplomatlar, bəlkə ədaləti bərpa etmək, işğal rejiminə son qoyulması üçün Ermənistana
təzyiq göstərmək
haqqında fikirləşəsiniz?
Axı, beynəlxalq hüquqi sistemi sizin sələfləriniz,
ata-babalarınız yazıb.
Heç
olmasa, öz irsinizə hörmət edin. İşğalçını hüquqi kriterilərə
uyğun cəzalandırın.
Bağışlayın... Yadımdan çıxmışdı.
Ermənistanda neft, qaz yoxdur axı. Ermənilər heç müsəlman
da deyil. Böyük-böyük dini tolerantlıqdan
danışmayan. İslamafobiya sizin canınızdadır.
Günah
təkcə sizdə deyil. Sizi yetirən mühitdə,
təhsil sistemində,
sizi koordinasiya edən Qərbdəki mərkəzlərdədir. "Yuxarı"dan sizə deyirlər ki, bu münaqişəni
həll etmək Qafqazda güclü islam-türk respublikasının
yaranmasına gətirib
çıxaracaq. Odur ki, hələ başımızı
qatırsınız. Yəqin neftin
qurtarmasını gözləyirsiniz.
Gah bizə "paket" variantı, gah "mərhələli həll"
planı təqdim etmisiniz. İndi isə siyasətinizi yeni adla sırıyırsınız:
"Praqa prosesi". Bilirsiniz, sizdən hələ də yeni təkliflər
gözləyirəm. Sadəcə onun necə adlanacağını bilmirəm.
Siz formanı dəyişirsiniz,
məzmun isə qalır. Odur ki, sizin bütün bu təkliflərinizi mən
"karusel" variantı
adlandırıram. Nə qədər
fırlanacağımızdan asılı olmayaraq, sonda mindiyimiz yerdən düşəcəyik.
Fikrimcə, kifayətdir gözlədik.
Artıq
növbə Azərbaycan
xalqındadır. Artıq öz
taleyimizi özümüzdən
başqa həll edə biləcək başqasını görə
bilmirəm.
Bu inkarolunmaz
həqiqətdir ki, düz 17 il
əvvəl Xocalıda
dinc, silahsız, müqavimət göstərməyən
əhaliyə qarşı
soyqırımı cinayəti
tətbiq olunub. Müharibənin belə bir qanunu var:
mühasirədə olan
və silahlı müqavimət göstərməyən
əhali üçün
"çıxış qapısı"
açılır. Lakin ermənilər
MDB Silahlı Qüvvələrinin
360-cı motoatıcı alayı
ilə birlikdə Xocalı sakinlərinə
aman belə vermədilər. Xocalı
şəhərində törədilmiş
cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilən "Soyqırımı
cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında"
Konvensiyada ifadə olunan müddəalara tam uyğun gəldiyini sübut edir.
Türk tarixçilərinin
fikir aydınlarının
prinsipi var: çox ağlayıb-sıtqamaqla
milləti cılızlaşdırmaq
olmaz. Biz axı
erməni deyilik.
Silahımız, ruhumuz, qeyrətimiz
var. Bizə qələbə
lazımdır. Şəxsən
mən qələbənin
dadını bilmirəm,
amma
Türkün tökülən qanları
bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi
hədərmi?
Xeyr, hədər deyil. Mən əvvəldə
əbəs yerə Pifaqoru xatırlamadım.
Onun "Ədədi mistikası"na görə, rəqəmlərin
qanunauyğun düzülüşü
təsadüfi olmayıb,
həyatın nizamını
tənzimləyir. Məhz 1992 ədədindən
tapdığım 17 rəqəmi
Xocalı soyqırımının
17-ci ildönümünün qisas alacağımız tarix olacağına ümid edirəm. Fikirlərimin sonsuzluğunu
isə, sadəcə,
üç nöqtə
qoymaqla bildirirəm...
Sarvan BAYRAMOĞLU
Üç nöqtə.- 2009.- 26 fevral.- S. 6.