Futbolu təhsilə
dəyişən millət
vəkili
Fazil Mustafa: "AFFA prezidenti
bizə dedi ki, Milli Məclisin
komandası millidən yaxşı oynayır"
"RƏSMİLƏR
futbol barədə"
rubrikasının növbəti
qonağı Milli Məclisin deputatı, hüquqşünas Fazil Mustafadır. O, millət vəkillərindən qurulmuş
futbol komandasının
aparıcı üzvlərindən
biridir. "Neftçi"
veteranları ilə keçirdikləri yoldaşlıq
görüşlərinin bir
neçəsinə baxmışıq,
Fazil bəyin hücumçu keyfiyyətləri
millimizin bəzi oyunçularından daha üstündür. İdmanın
"şah"ına bağlılığı
uzun illərdir. Bütün uşaqlar kimi, o da yetikinlik
çağına çatanadək
top arxasınca qaçıb.
"Neftçi"yə azarkeşlik
edib, özü də böyük futbolçu ola bilərdi. Sadəcə, elmi ona qurban
verməyib. Ali təhsil
arxasınca gedib, bu səviyyəyə çatsa da, futbol aşiqliyi qəlbində əbədi
taxt qurub.
- Futbolla nə vaxtdan maraqlanırsız?
- Özümü dərk edəndən futbola maraq göstərmişəm.
Orta məktəbin ilk
illərindən "futbolun
xəstəsi" sayıla
bilərəm. Günün
12 saatını futbol
oynayardım. Yorğunluq
nədir, bilmirdim. Ovaxtkı həvəs elə indiyə qədər canımda qalıb. Nəinki tələbəlik illərində,
hətta hərbi xidmətdə olanda, daxili qoşunların komandasının heyətində
Ukraynanın Kiyev vilayətinin çempionatında
oynamışam. Komandamızda
Kiyev "Dinamo"sunun
əvəzedici heyətində
çıxış edən
tanınmış futbolçular
vardı. Finalda 3:1 hesabı ilə qələbə qazanıb,
yarışın qalibi
olduq. Qolların hər üçünü
də mən vurmuşdum. Tələbəlik
illərində də
unversitet komandasının
5 il əvəzedilməz
hücumçusu olmuşam.
Unversitetlər arasında
tələbəlrin respublika
birinciliyində komandamız
həmişə ikinci
yeri tutub. Finalda Bədən Tərbiyəsi komandasına
uduzmuşuq.
- Bəs futbolun arxasınca niyə getmədiz?
- Hərdən o illəri xatırlayıram. Bugünkü
günlə o vaxtı
müqayisə edəndə,
görürəm ki, şərtlər tam fərqlidir.
Bunu normal stadionun və məşqlər keçmək üçün
meydançaların olmaması
ilə bağlayıram.
Onda toz-torpaqda, asfaltın üstündə
yıxıla-yıxıla, ayaqlar qan çində
ola-ola oynayırdıq.
Belə olan halda futbolu uzun
müddət davam etdirmək olmazdı. İkincisi də, valideynlərimin münasibəti
həlledici rol oynadı. Elmə marağım çox idi deyə, futbolçu olmağı özümdə stimullaşdıra
bilmədim. Valideynlərimi
də inandıra bilməzdim ki, futbola həvəsim daha çoxdur. Peşəkar kimi futbolun arxasınca getməsəm də, həvəskar olaraq yarışlarda iştirak
etmişəm. 1980-cı ildə
Moskvada Olimpiada keçirildi. Məhz Yay Olimpiya Oyunlarına
görə komandamızın
adını "Moskva-80" qoymuşduq. "Dəri
top" kuboku uğrunda
yarışlarda qol da vurmuşam. Valideynlərim meyl göstərmədi ki, bu kursu davam
etdirim.
- Övladınız futbolçu
olmaq istəsə, buna razılıq verərsiz?
- Əlbəttə. Təki
onun istəyi və marağı olsun. Əgər övladım peşəkar
futbolu seçərsə,
onun qarşısını
almaq qüvvəsində
deyiləm. Valeybol, basketbol və ya futbola maraq
göstərərsə, maneçilik
törətmərəm. Açığı,
mən bir hüquqşünas olaraq,
insanın azad seçim etməsinə müsbət baxıram.
- Bir azarkeş kimi Azərbaycan çempionatının səviyyəsi
sizi qane edır?
- Rəqabət elə də güclü deyil. 3-4 komandanın çempionluq uğrunda mübarizə aparması çempionatın səviyyəsinin
aşağı olmasını
göstərir. Maliyyəsi
yüksək olmayan ortabab komandalar güclülərlə ayaqlaşa
bilmir. Premyer Liqanı izləyirəm. Düzü, maraqlı oyunları barmaqla saymaq olar. Bəzən
iddialı komandaların
da qarşılaşmasında
sönük oyun görürük. Adətən
"Neftçi" və
"Xəzər-Lənkəran" qarşılaşması ölkə
çempionatına rəng
qatır. Burada da azarkeş faktoru böyük rol oynayır. Hər iki klubun
matçdan əvvəl
tamaşaçı baxımından
yaxşı təşkilatlanmaları
və ciddi hazırlaşması oyunun
gərginliyini daha da artırır. Pis odur ki,
belə oyunlara nadir hallarda rast gəlinir.
Azərbaycanda çempion
olmaq və kuboku qazanmaq hələ hər şey demək deyil. Çempionatın səviyyəsi və klublarımızın əsl
gücü beynəlxalq
yarışlarda ortaya
çıxır. Nəticələr
də göz qabağındadır. Ölkədə
çempion olmaqla görüntü xarakteri yaratmaq futbolumuzun inkişafı demək deyil. Bu, klubları daha da uçuruma
aparır.
- Gələn mövsüm elitada 12 komanda mübarizə aparacaq. İştirakçılarının sayının azalmasına
necə baxırsız?
- Bunun haradasa xeyiri dəyə bilər. Bir neçə komandanı çıxmaq şərtiylə,
digərləri maliyyə
baxımından çətinlik
çəkir. Hətta
bildiyimə görə,
bəzi komandalar futbolçuların əməkhaqqlarını
vaxtında ödəyə
bilmirlər. Belə klubların yüksək dəstədə nə işi var? Əgər
bir komanda ki, futbolçunun meydanda çəkdiyi əziyyətin qarşılığını
verə bilmir, ondan nə oyun
gözləyəsən? Və
ya hansı rəqabətdən söhbət
gedə bilər? Premyer Liqada 8 və ya 10 komanda
mübarizə aparmaq iqtidarındadırsa, maliyyə
imkanları olmayan klubların elitada iştirak etməsi, sadəcə say çoxluğu
ilə görüntü
yaratmaqdan başqa bir şey deyil.
- Çempionatda iştirak edən komandaların əksəriyyəti paytaxtı
təmsil edir. Sizə elə gəlmirmi ki, futbolu regionlara daşımaq lazımdır?
- Sözsüz ki, futbolun inkişafı yolu bölgələrdən
başlayır. Bu gün
respublikamızın aparıcı
regionları - Gəncə,
Sumqayıt, Mingəçevir
və Şəmkir futbolsuz qalıb. Güclülər dəstəsində
bu rayonların komandaları qalmayıb.
"Qarabağ"ın Quzanlıda
oynaması çox müsbət addımdır.
Futbolu bölgələrə
daşımaq vacibdir.
Hər kəs daxildən gələn istəyini ortaya qoymasa, futbol inkişaf etməyəcək.
Yerli iş adamlarına işləməyə
imkan verilməlidir.
- Fazil müəllim, imkanınız olsaydı,
klub yaradardız?
- Xeyr. Çünki bizdə kənardan təzyiqlər olur. Digər sahələrdə
olduğu kimi, futbolda da bu
sahəyə kömək
etmək istəyən
şəxslərin qarşısını
yerli icra orqanları almağa çalışır.
- Berti Foqtsun gəlişi
mllli komandada heç nəyi dəyişmədi. Əksinə,
komandamız seçmə
mərhələdə uğursuz
çıxış edir.
Belədə alman mütəxəssisə nə
ehtiyac vardı?
- İndiki halda yığmadan uğur gözləmək tezdir. Berti Foqts təcrübəli
mütəxəssisdir, onu
bütün dünyada
yaxşı tanıyırlar.
Almaniya yığmasını
Avropa çempionu edib. Sözsüz ki, onda almanların
güclü heyəti
vardı. Amma məşqçi işi də öz sözünü dedi. Ona vaxt vermək
lazımdır. Məni
bir azarkeş kimi bu narahat
etmir. Yığma komandada legionerlərə üstünlük verilməsinin
əleyhinəyəm. Onsuz
da qol vura
bilmirik. Düzdür?
- Düzdür.
- Bəs belədirsə, nəyə görə legionerlər milliyə cəlb olunmaldır? Ən yaxşısı odur ki. yerli
oyunçular oynasın.
- AFFA prezidenti Rövnəq Abdullayev də millət vəkilidir. Futbolun inkişaf strategiyası ilə bağlı onunla söhbətiniz olub?
- Milli məclisin komandası var. Futbolla maraqlanan həmkarlarım bu komandada yer
alırlar. Adətən
olmasa da, vaxt tapanda, yığışıb
futbol oynayıırıq.
Bəzən Rövnəq
Abdullayev də oyunlarımızı izləyir.
Belə yığıncaqlarda
futbolla bağlı müzakirələrimiz olur.
O da istəyir ki, futbolumuz inkişaf etsin. Yığma komanda və klublarımızın
beynəlxalq arenada yüksək nəticələr
göstərməsi üçün
federasiya rəhbəri
əlindən gələni
etməyə hazırdır.
Amma uğura bir-iki nəfərin istəyi ilə çatmaq çətindir.
Bunu birlikdə həyata keçirməliyik.
İlk növbədə
uşaq futboluna investisiya qoyulmalıdır.
Yığma komandamızın
gələcəkdə uğurlu
nəticə göstərməsi
yeni nəsilin yetişməsindən asılıdır.
- Milli Məclisin komandası ilə yığmanı necə müqayisə edərdiz?
- Bizim komandada legioner yoxdur. "Neftçi"nin veteran oyunçularından
bir neçəsi də bizim komandaya
kömək edir. Rövnəq Abdullayev komandamızın oyunundan razıdır. Yeri gəlmişkən, o, onda
belə bir söz dedi ki,
yığma komandaya baxanda, biz daha yaxşı oynayırıq.
Bizim komanda beynəlxalq arenaya çıxsa, bəlkə
də ən yaxşı nəticələrdən
birini göstərərdi.
Üç nöqtə.-
2009.- 10 iyul.- S. 15.