Sülh danışıqlarına
əngəl olan məqamlar var
ARAZ ƏLİZADƏ: "ERMƏNİSTAN
STATUS MƏSƏLƏSİNİ ORTAYA ATMAQLA SÜLH
SAZİŞİNDƏN İMTİNA ETDİYİNİ
GÖSTƏRİR"
CÜMŞÜD NURİYEV: "HƏR
HANSI STATUSUN VERİLMƏSİ AZƏRBAYCANIN İŞĞALI
DEMƏKDİR"
AZƏRBAYCAN və Ermənistan prezidentlərinin Moskva görüşü ətrafında gedən müzakirələr səngimir. İndi proseslərdə əsas vasitəçi missiyası ilə seçilən Rusiya tərəfi Dağlıq Qarabağda keçiriləcək səsvermənin prosedurunun və səsverməyə qədər bölgəyə aralıq statusunun verilməsi ilə bağlı detalların araşdırıldığını, münaqişənin nizamlanmasına dair konstruktiv müzakirələrin aparıldığını bəyan edir.
Ermənistan prezidenti Serj Sarqsyan da Yerevanda
Avropa Birliyi "üçlüyünü" qəbul edərkən danışıqlarda əsas
vəzifənin Dağlıq
Qarabağın statusun
müəyyənləşdirmək olduğunu bəyan edib. Moskva görüşü ətrafında ortaya çıxan bu cür detallar Ermənistanla Rusiyanın mövqelərinin eyni olduğunu büruzə verir. Bu arada
payıza qədər
ATƏT-in
Tarixçi alim, professor Musa Qasımlı Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı səylərin
artırılmasını müsbət
dəyərləndirdi. Professor belə bir
vaxtda Rusiyanın fəallığını diqqətçəkən
saydı və bunun səbəbsiz olmadığını vurğuladı:
"Moskva danışıqlarından
sonra Ermənistan tərəfi "
Politoloq Cümşüd Nuriyev isə Rusiyanın aktivlik göstərməsinə baxmayaraq, münaqişənin nizamlanmasında maraqlı olmadığını önə çəkdi. Onun sözlərinə görə, Rusiya Azərbaycanı öz nüfuz dairəsindən çıxarmaq istəmir. Politoloq hesab edir ki, Ermənistan prezidentinin status məsələsi ilə bağlı çıxışı da Rusiyanın ssenarisi ilə baş verir: "Çünki Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı mövqe bildirməkdə müstəqil deyil. Birdən-birə Sarqsyanın belə bəyanatlar verməsinin arxasında Rusiya və onun siyasi oyunları durur. Statusla bağlı hər hansı qərarın verilməsi Azərbaycanın işğalı deməkdir. Bu cür çıxışlarla Azərbaycana qarşı ciddi tor hazırlanır".
O ki qaldı aralıq
statusu məsələsinin
ortaya atılmasına,
politoloq bunun Azərbaycanın siyasi cəhətdən aldadılmasına
yönəldiyini dedi:
"
Statusun müəyyənləşdirilməsində
ortaq formulun tapılması məsələsinə
gəlincə, politoloq
belə bir modelin Aland adalarında tətbiq edildiyini dedi. Onun fikrincə,
indi Dağlıq Qarabağı həmin
formula uyğunlaşdırmaq istəyirlər: "Bu gün
ermənilərin verdiyi
bəyanatlar isə daha çox təxribat xarakterlidir. Burda əsas məqsəd qarşıdurmanı gücləndirməkdir.
Azərbaycan tərəfi də
beynəlxalq hüquq normalarına əməl edərək, bütün
kartları açmır.
Amma Azərbaycan Prezidentinin qəti iradəsi onu göstərir ki, "
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları alqışladı. Amma bunun hər hansı nəticə verəcəyinə inanmadığını söylədi: "Ölkə Prezidentinin münaqişənin sülh yolu ilə həllinə yönələn cəhdlərini başa duşürəm. Amma bir şeyi də anlayıram ki, heç kəs sülh danışıqları yolu ilə Qarabağı bizə qaytarmayacaq. Çünki tarixdə də işğal olunmuş torpaqların sülh yolu ilə qaytarılması faktı yoxdur. Qarabağın qaytarılmasının yeganə yolu Azərbaycanda peşəkar ordunun yaradılması və müharibə yolu ilə torpaqların azad edilməsidir".
A.Əlizadə Ermənistan tərəfindən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinin ortaya atılmasının münaqişənin uzanmasına xidmət etdiyini bəyan etdi. Onun fikrincə, Ermənistan status məsələsini ortaya atmaqla sülh sazişindən imtina etdiyini göstərir: "Danışıqlar vasitəsilə münaqişəni nizama salmaq istəyən qüvvələrin hamısı Ermənistanın tərəfdaşlarıdır. Bunlar hər vasitə ilə münaqişənin sülh yolu ilə nizamlanması prosesini Ermənistanın xeyrinə qurtarmağa çalışırlar.
Azərbaycan iqtisadi cəhətdən inkişaf etsə də, get-gedə imkanlarımız daralır. Dünyada münaqişə bölgələrinin müstəqil dövlətlər kimi tanınması prosesi gedir. Qorxuram ki, bir gün Azərbaycan da belə bir faktla qarşılaşsın".
Tahirə QAFARLI
Üç nöqtə.- 2009.- 22 iyul.- S. 3.