Dağlıq Qarabağ onun statusu

 

SƏRDAR CƏLALOĞLU: "AZƏRBAYCANDAN BAŞQA KİMSƏ DAĞLIQ QARABAĞIN TALEYİ İLƏ BAĞLI SÖZ SAHİBİ OLA BİLMƏZ"

 

"HƏR İKİ TƏRƏFİN QARŞILIQLI GÜZƏŞTƏ GETMƏYƏ VADAR EDİLMƏSİ BEYNƏLXALQ HÜQUQUN TƏLƏBLƏRİNƏ ZİDDİR"

 

 DAĞLIQ Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri danışıqlarda irəliləyişlərin olduğunu iddia etsə , ortada nəticə yoxdur. Faktlar danışıqlarda istifadə olunan Madrid prinsiplərinin mənasızlığını ortaya qoyur. Həmsədrlər isə yenə ümidverici çıxışlar edərək, yeni variantların üzərində işlədiklərini bildirirlər.

Artıq amerikalı həmsədr danışıqlarda əsas məsələnin statusla bağlı olduğunu önə çəkir. Maraqlıdır, bəs ölkənin siyasi düşərgəsində münaqişənin indiki həll prosesi necə dəyərləndirilir bu sahədə hansı perspektivlər görünür? Məsələ ilə bağlı suallarımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu maraqlı nüanslara toxundu. Onun fikrincə, hazırda danışıqlar siyasi müstəvidə gedir buna görə onun heç bir perspektivi olmayacaq:

- Danışıqların siyasi müstəvidə həlli qüsurlu təcrübədir. Yaxın Şərq, eləcə digər münaqişələrin təcrübəsi göstərir ki, münaqişələrin bu yolla həllinin perspektivi yoxdur. Münaqişə yalnız hüquqi müstəvidə həll oluna bilər. Birləşmiş Millətlər Təşkilatının işğal haqqında ümumi qətnaməsinə görə, işğalçı işğalın nəticəsindən mənəvi, maddi, başqa cəhətdən bəhərlənə bilməz. Bu baxımdan Dağlıq Qarabağa statusun verilməsi, ermənilərə müəyyən güzəştlərin edilməsi, Azərbaycanın ermənilərlə qarşılıqlı güzəştə getməyə vadar edilməsi beynəlxalq hüququn tələblərinə ziddir. Azərbaycan hökuməti BMT-nin işğal haqqındakı qətnaməsini rəhbər götürür. İşğal faktı baş verib buna görə Ermənistanın həmin ərazidən bəhərlənməsinə imkan verilməməlidir.

- Sərdar bəy, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Dağlıq Qarabağın statusunu danışıqların əsas məsələsi kimi önə çəkir...

- Əvvəla, bir şeyi unutmaq lazım deyil ki, vasitəçilərin missiyası tərəflərə hansısa iradə sırımaq deyil. İkincisi, Dağlıq Qarabağ Amerikanın hansısa bir ştatı deyil. Bu ərazilərin statusu yalnız Azərbaycanın iradəsi ilə dəyişdirilə bilər. Ona görə vasitəçilərin Azərbaycan əraziləri ilə bağlı fikir deməsi siyasi etikadan kənardır vasitəçilik missiyalarını ötüb keçən bir addımdır. Biz belə halları pisləyirik hesab edirik ki, vasitəçilik missiyasını yerinə yetirən dövlətlər tərəflərə heç bir şərt irəli sürə bilməzlər. Onlar beynəlxalq hüquqa riayət olunmasına əməl etməlidirlər. Biz Dağlıq Qarabağa statusun verilməsinin əleyhinə deyilik. Ancaq bu status Azərbaycan dövləti tərəfindən verilməlidir. Digər tərəfdən, həmsədrlər indiyə qədər Qarabağ danışıqları ilə bağlı çox bəyanatlar veriblər. Bunlar müəyyən etiraza səbəb olduğuna görə dərhal da təkzib edilib. Beynəlxalq hüquqda müvəqqəti, daimi statuslar yoxdur. Əgər beynəlxalq hüquq işğalçının işğal olunmuş ərazidən bəhərlənməsinə imkan vermirsə, həmsədrlərin müxtəlif bəyanatlarla çıxış etməsi beynəlxalq hüququn pozulması deməkdir. Bu, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər.

-Bu gün Dağlıq Qarabağ ermənilərinin yenidən danışıqlara cəlb edilməsi məsələsi gündəmə gətirilir. Amerikalı həmsədr Metyu Brayza "Dağlıq Qarabağ hakimiyyəti"nin danışıqlarda birbaşa iştirak etməsinə ehtiyacın olduğunu deyir. Onun fikrincə gec-tez onlar da danışıqlarda iştirak edəcəklər. Sizcə, bu mesaj bizə nələri vəd edir?

- Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə cəlb ediləcəksə, onda Ermənistan prosesdən çıxarılmalıdır. Azərbaycan eyni zamanda iki tərəflə danşıqlar apara bilməz. Həmsədrlər Dağlıq Qarabağ ermənilərini danışıqlara qoşmaqla ermənilərlə azərbaycanlılar arasında qeyri-bərabərlik yaradır. Amma hamı bilir ki, burda işğalçı tərəf Ermənistandır bu dövlət Rusiyanın əlində tərəf kimi istifadə olunan vasitədir. Eyni zamanda, həmsədrlərin belə bir variantı irəli sürməsi Dağlıq Qarabağın ayrıca hökumət kimi tanınması üçün heç bir imkan yarada bilməz. Hesab edirəm ki, bu cür çıxışlarla Dağlıq Qarabağı tanıtma cəhdlərinin heç bir perspektivi yoxdur.

Bizi maraqlandıran Dağlıq Qarabağ onun statusudr. Beynəlxalq hüquqda ayrı-ayrı subyektlər var. İndiki halda subyekt Dağlıq Qarabağ erməniləri yox, Azərbaycanın işğal altında olan ərazisidir. Bu gün bir şeyi anlamalıdırlar ki, danışıqlar Dağlıq Qaprabağda yaşayan ermənilərlə deyil, Dağlıq Qarabağ torpağı ilə bağlı aparılır. Belə mübahisələr ondan irəli gəlir ki, vasitəçilər özləri müstəqil çıxış edə bilmirlər belə mövqedən çıxış etməyə məcburdular. Bir şeyi unudurlar ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, mülkiyyət hüququ ona məxsusdur. Ona görə azərbaycanlılardan başqa kimsə Dağlıq Qarabağın taleyi ilə bağlı söz sahibi ola bilməz.

- Danışıqlarda müşahidə olunan nəticəsizliyə baxmayaraq, həmsədrlər indi də 2010-cu ilə qədər müəyyən bir sənədin imzalanacağına ümid edir.

- Hələ 2005-ci ildə Amerika belə bir bəyanat vermişdi ki, 2006-cı il Qarabağ probleminin həllində son il olacaq. Bu cür optimist bəyanatlar yalnız danışıqlar prosesinin uzadılmasına xidmət edir. Əslinə baxsan, heç bir getməyib. İndiyədək problemin həlli ilə bağlı irəliyə doğru addım atılmır. Çünki burada əsas rolu siyasət oynayır. Dünyada gedən siyasətdə isə konkretlik yoxdur. Neçə ki problem hüquqi müstəviyə çıxarılmayıb, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyənlik olmayacaq. Metyu Brayza gündə özü-özünü təkzib edən 4 fikir söyləyir. Hesab edirəm ki, 2010-cu ilə qədər hər hansı sənədin imzalanması mümkün görünmür. Çünki, dünya münaqişəni həll etmək istəyirsə, beynəlxalq hüququ təsdiq etməlidir. Beynəlxalq hüquq Dağlıq Qarabağ problemin necə həll etməyin yollarını göstərir. Bu gün dünyada bir çox münaqişələr var. Hər birinin həlli üçün ayrıca bir qanun verilib, prinsiplər qəbul olunacaqsa, onda beynəlxalq hüququn mənası qalmayacaq. Münaqişənin həllinin bir yolu var, o da beynəlxalq hüquqdur. Bu hüquqa görə Azərbaycan ərazisi işağl olunub, torpaqlar geri qaytarılmalıdır. Dağlıq Qarabağa müəyyən status verilə bilər. Bundan əlavə hər hansı güzəşt mümkün deyil.

 

 

Tahirə Qafarlı

 

Üç nöqtə.- 2009.- 28 iyul.- S. 4.