"Yeni tədris ilində məktəblərin mühafizəsi gücləndiriləcək"

 

MİSİR MƏRDANOV: "AÇIĞI dövlətin 4 min 500-dən çox məktəbin hamısının qorunması üçün maddi imkanı yoxdur"

 

 BU gün Azərbaycanın bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada imtahan keçiriləcək. Ötən imtahanlarda "qeyri-kafi" qiymət alan şagirdlər mərkəzləşdirilmiş qaydada keçirilən imtahanda iştirak etməyəcəklər. "2" qiyməti alan şagirdlər isə attestat ala bilməyəcəklər. Bu barədə ötən gün təhsil naziri Misir Mərdanov dərs ilinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirdi.

Nazir qeyd etdi ki, sabah (bu gün) 21 rayonda XI sinif şagirdləri "Ana dili", "Riyaziyyat", "Azərbaycan tarixi", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Xarici dil" fənlərindən buraxılış imtahanı verəcəklər. Onun sözlərinə görə, artıq Təhsil Nazirliyinin imtahanları təşkil edəcək nümayəndələri rayonlara ezam olunub. İyunun 8-də 17, iyunun 12-də 19 şəhər rayonda, iyunun 16-da isə Bakı Sumqayıt şəhərlərinin məktəblərində buraxılış imtahanı keçiriləcək.

Nazir onu da əlavə etdi ki, əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 saat ərzində iyunun 5-də, eksternat qaydasında əsas orta təhsil kursu üzrə buraxılış imtahanları isə iyunun 23-də saat 10.00-da Bakıdakı 202 saylı məktəbdə keçiriləcək. Məktəb direktorları qiymətləri şagirdlərin attestatlarında qeyd edəcəklər. Biz çalışacağıq ki, iyunun 28-də imtahanlardan uğurla keçən şagirdlər attestatlarını əldə etsinlər".

M.Mərdanov qeyd etdi ki, 2008-2009-cu dərs ilində buraxılış sinfi şagirdlərinin sayı 113 min 186 nəfərdir. Yeni dərs ilində orta ümumtəhsil məktəblərinin I sinfinə təxminən 125 min 114 şagird qəbulu proqnozlaşdırılır.

Jurnalistlərin suallarını cavablandıran nazir bildirdi ki, yeni dərs ilindən bütün universitetlərin böyük orta məktəblərin təhlükəsizliyi təmin olunacaq: "Azərbaycanın təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması ilə bağlı daxili işlər naziri baş prokurorla danışıqlar aparılıb. Artıq bu danışıqlar rəsmiləşmək ərəfəsindədir. Açığı, dövlətin 4 min 500-dən çox məktəbin hamısının qorunması üçün maddi imkanı yoxdur. Daxili İşlər Nazirliyi bununla bağlı müəyyən güzəştlər etməyə söz verib. Amma Bakıda rayonlarda məktəblərin əksəriyyəti dövlətin xüsusi mühafizə xidməti tərəfindən qorunacaq. Heç kəs, o cümlədən, Təhsil Nazirliyi istəməz ki, şagirdlərin tələbələrin təhlükəsizliyi ilə bağlı hər hansı problem olsun".

Nazir yeni tədris ilində müəllimlərin məvacibinin artırılacağını bildirdi hər il Azərbaycanda 10 minə yaxın müəllimin işdən azad olunduğunu dedi: "Hazırda ölkədə 170 mindən çox müəllim var. Təhsil Nazirliyinin rəyi olmadan orta məktəblərə yeni müəllim götürmək olmaz. Qüvvədə olan qaydalara görə, müəllimlərə minimum altı saat dərs verilməlidir. Gələn ildən bu saatların miqdarını qaldırmağı düşünürük. Hazırda müəllim hazırlığına ciddi diqqət yetirilir. Təhsil Problemləri İnstitutunda isə "Kurrikulum mərkəzi" fəaliyyətə başlayıb".

 

 

Afaq

 

Üç nöqtə.- 2009.- 3 iyun.- S. 8.