Ölkəmiz Dünya Kulinariya Kubokunu qazanıb
TAHİR ƏMİRASLANOV: "BU NAİLİYYƏTİN
QAZANILMASINDA "AZƏRSUN HOLDİNQ"İN ƏRZAQ MƏHSULLARI
BÖYÜK ROL OYNAYIB"
BU günlərdə Azərbaycan Milli Kulinariya Komandası (AMKK) Yunanıstanın Krit adasında keçirilən
"Həyatın Dadı"
Beynəlxalq Kulinariya Festivalında iştirak edib. Böyük nailiyyətlərlə
vətənə dönən
komanda üzvləri dünən "Azərsun
Holdinq" Mədəniyyət
Mərkəzində mətbuat
konfransı keçiriblər.
Milli Kulinariya Mərkəzinin direktoru, Azərbaycan Kulinariya Assosiasiyasının
prezidenti Tahir Əmiraslanov tədbirdə
bildirib ki, festivalda Azərbaycan, Ukrayna, Yunanıstan komandaları iştirak edib, Serbiya və
Rusiyaya dəvət göndərilsə də,
viza problemi səbəbindən onlar yarışdan kənarda qalıblar. Onun sözlərinə görə,
Azərbaycan komandasında
5 aşpaz çıxış
edib: "Birinci komanda" sinfində çıxış edən
AMKK 2 qızıl, 4 gümüş,
5 bürünc və
"Qara qutu" sinfində isə gümüş medal qazanıb".
Assosiasiya rəhbəri qeyd edib ki, bu müsabiqə ilə yanaşı 4 nəfərdən ibarət komandamız Belqradda Dünya Kulinariya Kuboku uğrunda keçirilən çempionatda iştirak edib. Bu müsabiqədə Balkan ölkələrinin Kulinariya Kuboku uğrunda çempionat da keçirilib: "Azərbaycanlı iştirakçı Orxan Muxtarov 3 sinif yarışda iştirak edib. Bu üç sinifdən SP3 (balıq xörəyi) sinfindən qızıl medal, SP4 (orijinal yemək) sinfindən isə 4-cü yer diplomu verilib. Əslində, SP4 sinfində də Orxan Muxtarov qızıl və ya gümüş medala layiq iş görmüşdü. Əsas odur ki, bu dəfə Dünya Kulinariya Kuboku Azərbaycana qismət olub. Bunu ölkəmizin çox böyük qələbəsi hesab etmək olar".
T.Əmiraslanov xörəklərin hazırlanmasında "Azərsun Holdinq"in məhsullarından istifadə edildiyini bildirib: "Bu nailiyyətlərin qazanılmasında, əlbəttə, "Azərsun Holdinq"in böyük rolu var. Biz rəhbərliyə öz təşəkkürümüzü bildiririk".
T.Əmiraslanov deyib ki, "Azərsun Holdinq"in yüksək keyfiyyətli bitki yağları yenə də diploma layiq görülüb.
Əfsun
Üç nöqtə.- 2009.- 3 iyun.- S. 10.