Müştərilər "Azərsun Holdinq"in diqqət mərkəzindədir
ŞİRKƏTİN MÜŞTƏRİ XİDMƏTLƏRİ
ÜÇRƏQƏMLİ "120" PREFİKS TELEFON
NÖMRƏSİNİ İSTEHLAKÇILARIN İSTİFADƏSİNƏ
VERDİ
DÜNƏN "Trend" Xəbərlər Şirkətinin mətbuat mərkəzində "Azərsun Holdinq" Şirkətlər Qrupu yeni müştəri xidmətinin təqdimat mərasimini keçirdi. Tədbiri giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin bölmə rəhbəri Afiq Səfərov dedi ki, 1991-ci ildən Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətdir.
"Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan şirkət, tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş ixracat şəbəkəsinə sahibdir. O, idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir".
Şirkətin müştəri xidmətləri şöbəsinin rəhbəri Şamil Kərimov isə bildirdi ki, Azərbaycanda əsas qida istehsalçısı olan "Azərsun Holdinq" həmişə müştərilərin maraqlarını gözləyir: "Bizə görə müştəri həmişə haqlıdır. Onların təklif və iradlarını hədiyyə kimi qəbul edib, dərhal da cavablandırırıq".
Xidmət rəhbəri qeyd etdi ki, təmsil olunduğu şirkət Müştəri Xidmətləri sahəsini daim təkmilləşdirməkdədir: "Əsas məqsədimiz xidmət standartlarını daha da artırmaq, Müştəri Xidmətləri mədəniyyətini inkişaf etdirmək, müştəriləri maraqlandıran sualları operativ və ətraflı cavablandırmaqdan ibarətdir".
O qeyd etdi ki, "Azərsun Holdinq", istehlakçıların istənilən səpkidə olan irad və təkliflərini asanlıqla şirkətə çatdıra bilməsi məqsədilə yeni üçrəqəmli "120" telefon nömrəsini istehlakçıların istifadəsinə təqdim edir: "Təkcə Bakıda deyil, Azərbaycanın hər yerindən müştəri sabit telefon xətlərindən pulsuz zəng edə biləcək. Məhz bu xidmətin digər bir vacib üstünlüyü də, Azərbaycanın bütün bölgələrindən sabit telefon xətlərindən gələcək zənglərin müştəri və istehlakçılar üçün pulsuz olmasıdır. Yalnız mobil telefonlardan daxil olan zənglər ödənişlidir".
Ş.Kərimov: "Daxil olan istənilən müraciət "Azərsun
Holdinq" Müştəri
Xidmətləri tərəfindən
ətraflı şəkildə
araşdırılacaq və
ən qısa zamanda cavablandırılacaq",
-dedi. Xidmət rəhbəri vurğuladı ki, mövcud vəziyyət barədə hazırlanan hesabatlar mütəmadi olaraq Şirkətlər Qrupunun aidiyyatı bölmələrinə təqdim
olunacaq: "Xidmətin
operativ işinin təşkili məqsədilə
texniki imkanlar genişləndirilib. Müştəri
Xidmətləri müasir
tələblərə uyğun
texniki avadanlıqlarla
tam təchiz edilib. Daxil olan
müraciətlərin müxtəlifliyini
nəzərə alaraq
Holdinqin bütün bölmələrindən məlumat
təmini həyata keçirilir".
Ş.Kərimov bildirdi ki, müştərilərinə yüksək xidmət göstərməyi qarşısına hədəf qoyan "Azərsun Holdinq", bundan sonra da Müştəri Xidmətlərinin təkmilləşməsini davam etdirəcək: "Məhsullarımızla bağlı hər növ məlumat, şikayət, təklif və suallarınızı Müştəri Xidmətlərinə bildirə bilərsiniz. Bizimlə əlaqə saxlamaq üçün heç tərəddüd etməyin. Bizim üçün Sizin fikirləriniz çox vacibdir. Hər bir müştərimiz bizim dostumuzdur və burada Sizinlə əsl dost kimi davranılacaqdır. Şirkətimizin mütəxəssisləri bütün suallarınıza ən qısa zamanda cavab verəcəkdir. Əgər ehtiyac yaranarsa, müraciətinizdən sonra nümayəndələrimiz sizi ziyarət edəcək".
Əfsun
Üç nöqtə.- 2009.- 4 iyun.- S. 10.