Böhranın qarşısını almaq üçün Mərkəzi Banka əlavə səlahiyyətlər
verilir
ELMAN RÜSTƏMOV: "MƏRKƏZİ
BANK BANKLARA KREDİTLƏRİN VERİLMƏ MÜDDƏTİNİ
ÖZÜ MÜƏYYƏNLƏŞDİRƏCƏK"
DÜNYADAKI maliyyə böhranı ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri genişləndirilir. "Media forum" saytının məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında "Mərkəzi Bank haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.
Mərkəzi Bankın sədri Elman Rüstəmov
qeyd edib ki, hazırda bütün dünyada qlobal iqtisadi böhran yaşanmaqdadır:
"Bu böhranın Azərbaycana
da təsiri var. Azərbaycan dünyanın
böhrana ən davamlı ölkələrindən
biri olsa da, prosesin mənfi
təsirlərindən tam
qaça bilməyib. Buna görə də hökumət bir sıra məsələ
ilə bağlı qabaqlayıcı tədbirlər
görür. Böhran
şəraitində Mərkəzi
Bankın da daha çevik olmasına ehtiyac var. Bununla əlaqədar
qanuna bir sıra dəyişikliklər
təklif olunur. Məsələn, Mərkəzi
Banka səlahiyyətləri
çərçivəsində özəl banklara kreditlər vermək hüququ tanınır. Hazırda qüvvədə
olan qanunda da Mərkəzi Bank bu hüquqa
malikdir. Amma banklara verilən
kreditlər ən uzağı 6 ay müddətinə verilə
bilər və bu müddət bir dəfə 6 ay müddətinə uzadıla bilər. İndi isə Mərkəzi Bank banklara kreditlərin verilmə müddətini özü müəyyənləşdirəcək".
E.Rüstəmov deyib ki, kreditlərin 6 ay müddətində
verilməsi indiki şəraitdə olduqca azdır. O bildirib ki, qanuna edilən digər dəyişikliyə
əsasən? Mərkəzi
Bank real sektora maliyyə yardımı göstərmək
hüququ qazanır. Onun sözlərinə görə, böhran dövründə ölkədə
bir sıra sahələrə ciddi maliyyə dəstəyinin
verilməsinə ehtiyac
yaranıb: "Böhran
nəticəsində ölkənin
alüminium sənayesində
nəzərə çarpacaq
problemlər müşahidə
olunur. Vəziyyətdən
çıxmaq üçün
alüminium sənayesinə
böyük miqdarda maliyyə yardımı edilməsinə ehtiyac var. Amma indiki
şəraitdə ölkənin
özəl banklarının
bu həcmdə maliyyə ayırmaq imkanı yoxdur. Buna görə də təklif olunur ki, Mərkəzi
Banka bu cür situasiyalarda real sektora kreditlər
ayırmaq səlahiyyəti
verilsin. Lazım gəlsə, Mərkəzi
Bank bank sektoru vasitəsilə böyük müəssisələrə
maliyyə yardımları
edəcək. Bütövlükdə
qanuna təklif olunan dəyişikliklər
Mərkəzi Bankın
çevikliyinin artırılmasına
hesablanıb. Dəyişikliyin
digər məqsədi
böhran dövründə
lazımi addımların
atılması və ölkənin post-böhran
dövrünə hazırlanmasıdır".
Mərkəzi Bankın sədri vurğulayıb ki, Azərbaycanın 2010-cu il üçün iqtisadi proqnozları post-böhran dövrü şərtlərinə uyğun hazırlanacaq, görülən bütün tədbirlər iqtisadiyyatın böhrandan çıxarılmasına hesablanacaq: "Ölkənin gələn il üçün müəyyənləşdirilən pul-kredit siyasəti də məhz bu xarakterli olacaq. Artıq indidən bu dövrdə hansı addımların atılacağı dəqiqləşdirilir. Hökumət post-böhran dövründə pul-kredit siyasətinin əhəmiyyətli dərəcədə yumşaldılması siyasətini davam etdirəcək. Eyni zamanda, sahibkarlığa geniş şəkildə dəstək veriləcək. İxrac xarakterli qeyri-neft sektoruna diqqət artırılacaq".
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Üç nöqtə.-
2009.- 11 iyun.- S. 10.