NATO Azərbaycanın NABUCCO-da yer almasını
dəstəkləyir
MAYKL QAUL: "AZƏRBAYCANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN
QORUNMASINDA GÜCLÜ MÜDAFİƏ SİSTEMİ VAR"
"AZƏRBAYCANIN
enerji təhlükəsizliyinin
qorunmasında həddindən
artıq güclü müdafiə sistemi var. Bu
ölkə enerji hasilatçısı kimi
dünyada kifayət qədər mühüm rol oynayır. Biz də istərdik ki, bu məsələlər
ətrafında fikir mübadiləsini dərinləşdirək".
Bu açıqlama ilə
NATO-nun Müdafiə və
iqtisadi təhlükəsizlik
departamentinin direktoru Maykl Qaul çıxış
edib. M.Qaulun sözlərinə
görə, NATO-nun son iki
ildə keçirilən
sammitlərində enerji
təhlükəsizliyi istiqamətində
xeyli işlər görülüb: "Bu məsələ
ilə bağlı istər enerji istehlakçıları, istərsə
də istehsalçıları
ilə bilavasitə enerji tranzitı sayılan ölkələr
arasında əməkdaşlığın
gücləndirilməsi və
bununla bağlı müzakirələrin aparılması
vacibdir. Belə müzakirələrin Bakıda aparılması isə daha məqsədəuyğundur".
M.Qaul regional neft və qaz kəmərlərinin
təhlükəsizliyi baxımından
NATO-nun rolunun nədən
ibarət ola
bilməsinə də
aydınlıq gətirib:
"Bu, daxili infrastruktur
kimi qəbul edildiyindən regiondan, ölkə ərazilərindən
keçən neft və qaz kəmərlərinin
qorunması milli və daxili məsələ kimi prioritetdir. Amma bəzi istisnalar
da var. Məsələn,
əgər müraciət
edilərsə NATO öz
üzv dövlətlərinə
qaz kəmərlərinin
qorunmasında yardım
göstərə bilər".
NABUCCO-nun qorunmasına gəlincə
NATO təmsilçisi ilk öncə
bu kəmər ətrafında son razılıq
olmasını vacib sayıb: "Yəni
NABUCCO-nun maliyyələşdirilməsi istiqamətində də ölkələr ümumi
razılığa gəlməlidir.
Ona görə də hələlik NABUCCO-nun NATO tərəfindən
qorunması üçün
belə fikir və ideya yoxdur.
Alyans bu layihənin mühümlüyünü və
vacibliyni dərk edir. Ona görə də
Azərbaycanın bu layihədə yer almasını dəstəkləyir.
Amma ilk öncə kəmər ərazisindən keçəcək
ölkələr vahid
qərara gəlməlidirlər".
Xalid
Üç nöqtə.- 2009.- 11 iyun.- S. 5.