Həqiqi hərbi xidmətə
çağırış sistemində islahatlar
davamlı olmalıdır
İldırım
Məmmədov: "Orduya çağırılan gənclərin yaş həddinin bir qədər artırılması vacibdir"
Hərbi hissələrdə mülki şəxslərin
işə cəlb olunmasına ehtiyac var
Respublikamızda həqiqi hərbi
xidmətə növbəti
çağırışın başlanmasına iki həftədən artıq
vaxt qalır. Gənc əsgərin
ordu haqqında ilk təsəvvürləri hərbi
komissarlıqdan başlasa da,
orta məktəblərdə keçirilən
hərbi dərslərin də böyük
önəmi var. Lakin gənclərin hərbi
xidmətə çağırışa qədərki
dövrdə əsas hazırlığının bir mərhələsi hesab olunan orta
məktəblərdə hərbi dərslərin
tədrisi səviyyəsi o qədər də qənaətbəxş
deyil. Bəzən
adi taktiki hərəkətləri icra
etməyi bacarmayan çağırışçı
ordu sıralarına daxil
olduğu ilk aylarda bunları öyrənmək məcburiyyətində
qalır. Bununla da ev şəraitindən yenicə ayrılaraq ümumi rejimdə yaşayan gənc müəyyən problemlə
üzləşir. Hərbi hissələrə yeni
gələnlərlə işin
lazımi səviyyədə aparılmaması səbəbindən
orduda qulluq etdiyi ilk aylarda
gənc əsgərin rastlaşdığı
problem onda depressiya hallarının yaranmasına gətirib
çıxarır. Bu isə
sonradan intihar, fərarilik,
digər nizamnamədən kənar hərəkətlərin
artmasına rəvac verir. Son
bir neçə ay ərzində əsgərlərin
öz yoldaşlarını
güllələməsi, hətta komandirlərinə atəş
açması kimi hadisələr
çağırışçılar
arasında olan yaş
fərqi ilə izah edilir.
İslahat effekt verməlidir
Son illər həqiqi hərbi çağırışla
bağlı xeyli islahat həyata keçirilib. Əvvəllər Azərbaycanda hərbi
xidmətə çağırış zamanı gənclərin
hərbi hissələrə yola salınması bir mərkəzdən
idarə olunurdu. Sonradan
Respublika Hərbi
Komissarlığının nümayəndələri
Türkiyədə təkmilləşmə kursu
keçdikdən sonra
bu sistemdə müəyyən dəyişikliklər edildi. Bundan sonra
çağırışçılar hərbi hissələrə
Biləcəri toplanış məntəqəsindən yox, rayon hərbi
komissarlıqlarından yola salınmağa başladı. Lakin
bütün bunlar kosmetik xarakterli dəyişikliklər oldu.
Əvvəllər Biləcəri
toplanış məntəqəsində gedən proseslər sonradan rayon hərbi komissarlıqlarında davam etməyə
başladı. Bu ilin birinci rübündən başlayaraq
çağırışçıların
hərbi hissələrə
paylanılması hərbi komissarlıqlardan alınaraq
Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat
Səfərbərlik İdarəsinə (TSİ) verildi. Həqiqi hərbi xidmətə
çağırışı həyata keçirəcək
Respublika Çağırış
Komissiyasının tərkibi isə dəyişdirildi.
Lakin hərbi ekspertlər bütün bunların da yetərli
olmadığı qənaətindədirlər.
Hərbi ekspert
Yaşar Cəfərli
həqiqə hərbi
xidmətə çağırış
sistemində islahatların
davam etdirilməsinin tərəfdarıdır: "Azərbaycan
müstəqillik əldə
etdikdən sonra həqiqi hərbi xidmətə çağırış
sahəsində ciddi islahatlar aparılmayıb.
Amma çağırışçıların paylanmasının Baş Qərargahın nəzdində
başqa bir quruma verilməsi məqbul variantdır. Hesab edirəm ki, yeni sistemə
keçid həm də rüşvət və
korrupsiyaya qarşı
mübarizə üçün
atılan bir
addımdır. Əgər işlər düzgün
qurulsa islahat effekt verəcək".
Orduya çağırış
yaşı artırılmalıdır
Son illərdə ordu sıralarında dünyasını
dəyişən gənclərin
ölüm səbəblərinə
nəzər salsaq, onların əksəriyyətinin
gənc əsgərlər
olduğunun şahidi olarıq. Bunların da çox hissəsi yay və qış
çağırışlarında ordu sıralarına çağırılan
gənclərdir. İlk təlimləri
yayın istisində və
qışın şaxtasında keçmək gənc əsgər
üçün hədsiz
çətindir. Bu mənada, həqiqi hərbi
xidmətə çağırış sistemində ciddi islahatların aparılmasına ehtiyac var. Bu həm
çağırış qaydaları, həm
çağırış yaşı, həm də
çağırışın il ərzində neçə
dəfə keçirilməsi ilə bağlı
olmalıdır. Sovet dönəmində
hərbi çağırışın
ildə iki dəfə
keçirilməsi də əsgərlərin
mühitə uyğunlaşmasına hesablanmışdı.
Hərbi ekspert
İldırım Məmmədov
hesab edir ki, orduya çağırış
yaşı artırılmalıdır:
"Gənclərin 18 yaşında
həqiqi hərbi xidmətə cəlb edilməsi düzgün deyil. Bu yaşda
orduya çağırılan
şəxs onun qarşısına
qoyulan hansısa təlim və
tapşırıqları yerinə yetirə bilməz. Ölkədə
işsizlik, əyalətlərdə
qida problemi, müxtəlif xəstəliklər, ümmunitetin zəifliyi həmin yaşda olan şəxslərin orduda qulluq etməsini
mümkünsüz edir. Məhz bunlar nəzərə
alınaraq orduya çağırılan gənclərin
yaş həddinin bir qədər artırılması vacibdir. Əgər həmin gənclər 20-21 yaşlarında orduya çağırılsa, artıq orqanizm formalaşmış
olar".
Millət vəkıli
İqbal Ağazadə
ordu sıralarındakı
bu problemlərin səbəbini 35 yaşına
çatan şəxslərlə
18-20 yaşlı gənclərin
bir yerdə qulluq etməsində görür: "Hazırda
çağırışçılar arasında az qala iki dəfə
yaş fərqi var. Bu da
əlavə psixoloji problemlərə yol
açır. Hesab edırəm
ki, bunu aradan qaldırmaq üçün hərbi xidmət üçün
35 yaş həddi 27 yaşa
kimi, çağırış ildə 4
dəfədən 2 dəfəyə endirilməlidir. Magistrlərin
də hərbi qulluğa çağırılması
yanlışdır. Digər tərəfdən, ordu hissələrinin mütəmadi dislokasıyası həyata
keçirilməlidir".
Çağırışın
ildə iki dəfə
aparılması
müsbət nəticə verər
Həqiqi hərbi xidmətə çağırış zamanı
yaranan bir sıra problemlərin aradan qaldırılması
üçün çağırışın
ildə iki dəfə aparılması
məqbul variantdır. Artıq həm
cəmiyyətdə, həm də yuxarı dairələrdə
həqiqi hərbi xidmətə
çağırışın 3 aydan 6 aya qaldırılması ilə bağlı təkliflə
çıxış edirlər. Bu təklif müəllifləri
fikirlərini ildə dörd dəfə çağırış
aparılarkən əsgərlərin ilkin
hərbi təlimləri
tam öyrənə bilməməsi ilə də izah
edirlər. Hərbi ekspertlər də hazırkı məqamda
həqiqi hərbi xidmətə
çağırışın il ərzində iki dəfə
keçirilməsini məqbul sayır. Belə ki,
Qarabağ müharibəsi
zamanı mövcud şərait
çağırışın ildə dörd dəfə aparılmasını tələb edirdi. Hazırda isə ildə iki dəfə çağırış
aparılması istənilən halda müsbət nəticə
verə bilər. Bu həm
ordu sıralarına
çağırılan gənclərin
hazırlığının yüksəlməsinə, həm
də itkilərin azalmasına səbəb olar.
"Vaxtında xidmətə getsinlər, 35 yaşa qalmasınlar"
Milli Məclisin
birinci vitse-spikeri, Təhlükəsizlik və
müdafiə məsələləri
komitəsinin sədri
Zıyafət Əsgərov
çağırış yaşının azaldılmasını
məqbul saymır:
"Hərbi çağırışın
əsasları" haqqında
qanuna əlavə və dəyışikliklər
parlamentdə müzakirə
olunarkən müdafiə
nazirinin müavini, general Çingiz Məmmədov da parlamentə dəvət edildi. Nazir müavini çağırış
yaşının 27-dən 35-ə qaldırılmasına, nə
üçün il ərzində 4 dəfə
çağırışın olmasına aydınlıq gətırib.
Məsələ ondadır ki, həmin dönəmdə
müəyyən insanların 27 yaşına qədər hərbi
xidmətdən müəyyən bəhanələrlə
yayınmaları müşahidə olunub.
Buna görə də
son hədd kımi 35 yaş müəyyənləşdirilib.
Bu, Vətən, millət
qarşısında bir borcdur,
vaxtında hərbi xidmətə getsinlər, 35 yaşa qalmasınlar. Digər tərəfdən,
müharibə vəziyyətində olduğumuz
üçün il ərzində
4 dəfə çağırış həyata keçirilir".
Müdafiə Nazirliyi
mətbuat xidmətinin
rəhbəri polkovnik-leytenant
Eldar Sabiroğlu həqiqi hərbi xidmətə çağırışla
bağlı ciddi dəyişikliklərə nail olunduğunu
bildirdi: "Həqiqi
hərbi xidmətə
çağırışda dəyişiklik edilməsində
əsas məqsəd Prezidentin hərbi çağırışla bağlı
fərmanlarının lazımi
tərzdə icrasına
nail olmaqdır. Müdafiə Nazirliyi
çalışır ki,
fərmandan irəli gələn tələblər yüksək
səviyyədə həyata keçsin, komplektləşdirmədə qüsurlara
yol verilməsin. Həqiqi hərbi
çağırışla bağlı təkmilləşdirmə
işi artıq öz səmərəsini verir.
Amma bundan sonra da çağırışçıların
tibbi komissiyadan keçməsinin
siyahılaşdırılması yenə də hərbi
komissarlıqlar tərəfindən aparılacaq. Bundan sonra siyahılar
Müdafiə Nazirliyinə göndəriləcək.
Müdafiə Nazirliyi isə
komplekləşdirməni və
paylaşdırmanı aparır".
Bəzi işlərə mülki şəxslər
cəlb edilməlidir
Hazırda dünyanın əksər
ölkələrində çağırış
prosesi fərqli qaydalarla həyata keçirilir. Bir çox ölkələrdə
isə gənclərin hərbi hissələrə
çağırılması ilə mülki
şəxslər məşğul
olur. ABŞ-da bu prosesi bələdiyyələr
həyata keçirir.
Bəzi ölkələrdə
isə professional hərbi
qulluğa çağırışı
həyata keçirmək üçün
xüsusi məntəqələr
yaradılır. Bu barədə
elanlar bütün informasiya vasitələrində
yayılır.
Hərbi ekspertlərin qənaətinə
görə, çağırış
prosesində neqativ halların aradan qaldırılması üçün
ilk növbədə aşkarlıq
təmin olunmalıdır. Digər məsələ
isə mülki şəxslərin müqavilə
əsasında hərbi hissədə əsgərin yerinə
yetirməsi düzgün olmayan
işlərə cəlb edilməsidir. Ordu sıralarında gənc əsgərlərin incidilməsi də
məhz buradan qaynaqlanır. Gənc əsgər
hərbi hissəyə düşdüyü
andan özündən
çox xidmət edən əsgərlər tərəfindən
təzyiqlərə məruz qalır. Məhz bunun
nəticəsidir ki,
hazırda Azərbaycanda ordu və türmədən qorxurlar.
Professional
orduda isə belə hallar olmur. Əsgəri alçaldan amillər
professional orduda ola bilməz. Professional orduda mətbəxdə
işləmək, kazarmada
təmizlik, kanalizasiya
təmizləmək kimi
işlər mülki vətəndaşlar tərəfindən
görülür. Həmin şəxslər
isə yüksək məvaciblə təmin edilir. Buna görə
də gənc əsgərlərin incidilməsinə
rəvac verən amil olmur. Artıq respublikamızda da Ali Hərbi Məktəbdə
yeməkxana və digər məişət xidmətləri professional şəxslər
tərəfindən görülür.
Kursant sadəcə yeməkxanada
yeməyini yeyib gedir.
Xalid Vahidoğlu
Üç
nöqtə.- 2009.- 13 iyun.- S. 7.