KİV qanununa dəyişiklik birmənalı qarşılanmır

 

ARİF ƏLİYEV: "HEÇ KOMMERSİYA MÜƏSSİSƏSİNİ QEYDİYYATDAN KEÇİRMƏK 1000 MANAT ETMİR"

 

AYDIN QULİYEV: "KİV-lərin QEYDİYYAT MƏSƏLƏSİNİN MÜRƏKKƏBLƏŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏN BU CÜR DƏYİŞİKLƏRİ DƏSTƏKLƏYİRƏM"

 

 MİLLİ Məclisin iyunun 19-da keçiriləcək iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanunun 14 19-cu maddələrinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Parlamentdə müzakirəsi təklif olunan bu dəyişikliklər heç birmənalı qarşılanmır. Məlumat üçün bildirək ki, qanunun 14-cü bəndinə təklif edilən dəyişikliklərə müvafiq olaraq məhkəmə tərəfindən təqsirləndirilən KİV təsisçisi üçün beş il müddətinə yenidən KİV təsis etmək qadağan ediləcək.

Müzakirə predmeti olan digər məqam isə "KİV haqqında" qanunla paralel "Dövlət rüsumu haqqında" qanuna nəzərdə tutulan dəyişiklikdir. Bu qanuna edilən təklifdə media yaratmaq üçün dövlət rüsumu kimi 1000 manat təklif olunur. Bir sıra KİV təmsilçiləri hesab edirlər ki, dəyişikliklərin bir neçəsi söz azadlığını məhdudlaşdırmaq KİV üzərində hökumət nəzarətini gücləndirmək niyyəti ilə təklif edilib. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, bu, KİV-lərə qarşı məhdudiyyətlərin qoyulmasıdır: "Mənə elə gəlir bu çox yanlış yoldur problemlərin həllinə yox, dərinləşməsinə aparır. Son bir neçə ayda artıq neçənci dəfədir ki, "KİV haqqında qanuna" dəyişikliklər etməyə cəhd göstərilir. Digər tərəfdən qanundan kimlərin KİV təsis edə bilməsi siyahısı çıxarılır. İlk baxışdan bu, heç heç nəyi məhdudlaşdırmır. Amma təcrübədə bu, o deməkdir ki, hər bir KİV təsis etmək istəyən hüquqi şəxs gələcəkdə potensial olaraq ciddi problemlə üzləşəcək. İndi gəl sübut elə ki, sənin qəzet təsis etmək hüququn var. Məhz buna görə, 90- illərin sonunda bu qanun layihəsi hazırlananda qəbul olunanda bu məqam ora salınmışdı ki, daha hər dəfə qeydiyyat orqanları hüquqi şəxsləri gözümçıxdıya salmasın. Pulla əlaqədar məsələ olduqca ağır bir şərtdir. Heç kommersiya müəssisəsini qeydiyyatdan keçirmək 1000 manat etmir. Nəhayət, bir maddə var, diqqətdən bir qədər yayınır. 19-cu maddədə yazılırdı ki, əgər qəzet bir il ərzində üç dəfə cəzalandırılıbsa, onu bağlamaq olar. İndi təklif edilib ki, iki il ərzində üç dəfə cəzalandırılıbsa, onu bağlasınlar. "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə dəyişikliklərlə bağlı təklifin konkret hansısa orqan ya instansiya tərəfindən təqdim edildiyini bilmədiyini dedi: "Mətbuat Şurasının bu məsələdə dərəcədə iştirakçı olduğunu da mən bilmirəm. Amma onu deyim ki, təklif olunan dəyişikliklər ümumi şəkildə, detallara varmadan qəzetlərin qeydiyyat proosedurunun bir qədər mürəkkəbləşdirilməsi məqsədinə xidmət edir. Ölkədə "reket" qəzetlərlə mübarizə məsələsi aktuallığı ilə qarşımızda dayandığı bir məqamda KİV-lərin qeydiyyat məsələsinin mürəkkəbləşdirilməsinə xidmət edən bu cür dəyişiklikləri mən dəstəkləyirəm. Hesab edirəm ki, bunlar düzgün yanaşmadır. Çünki təcrübədə görmüşük ki, bir dəfə qəzetlərinin adları siyahıya düşən adamlar, başqa mətbu orqanlar təsis edirlər yenidən başlayırlar köhnə işlərlə məşğul olmağa. Ona görə təklif olunan dəyişikliklərlə bağlı tam təfsilatı ilə məlumatım olmasa da, amma KİV-lərin qeydiyyat proseduru ilə bağlı dəyişikliklər üzərində mənə elə gəlir ki, düşünmək onların qəbul olunması üçün çalışmaq lazımdır".

 

 

Afaq

 

Üç nöqtə.- 2009.- 17 iyun.- S. 5.