"Kosovo məsələsində
Azərbaycan bizə dəstək verdi"
SERBİYANIN XARİCİ İŞLƏR NAZİRİ VUK
YEREMİÇİN: "KOSOVO İLƏ BAĞLI MƏSƏLƏ
DÜNYA ÖLKƏLƏRİNİN ƏRAZİ
BÜTÖVLÜYÜ MƏSƏLƏSİNƏ FƏSADLAR
YARADA BİLƏR"
ELMAR MƏMMƏDYAROV:
"MÜNAQİŞƏLƏR BEYNƏLXALQ HÜQUQ NORMA VƏ
PRİNSİPLƏRİ ƏSASINDA HƏLL EDİLMƏLİDİR"
DÜNƏN Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
serbiyalı həmkarı
Vuk Yeremiçinlə
görüşüb. Görüşdən
sonra hər iki nazir birgə
mətbuat konfransı
keçirib. E.Məmmədyarov
bildirib ki, serbiyalı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşdə
ikitərəfli və
regional maraq doğuran bir sıra məsələlər
müzakirə edilib. Serbiyanın Azərbaycana səfər edən ilk xarici
işlər naziri olduğunu bildirən Vuk Yeremiçin bundan mənmun qaldığını vurğuladı.
E.Məmmədyarov Azərbaycan
və Serbiya arasında bir çox sahələr üzrə saziş və müqavilələrin
imzalanmasına ehtiyac olduğunu vurğuladı:
"Bu ilin sentyabrında Nyu-Yorkda həmkarımla paket tipli sazişlər imzalayacağıq. Buna hazırlıqla bağlı
nazirliklərin hüquq
departamentinə təlimat
verilib. Sazişlərin
digər hissəsi isə qarşıdakı
aylarda Azərbaycandan Serbiyaya ediləcək yüksək səviyyəli
səfərlər zamanı
baş tutacaq".
Daha sonra jurnalistlərin suallarını cavablandıran
nazirlər Qarabağ və Kosovo məsələsinin
nizamlanması barədə
aparılan müzakirələr
haqqında məlumat veriblər. E.Məmmədyarov deyib
ki, Kosovo və Qarabağ münaqişələri ətrafında
müzakirə apardıq.
"Hər iki ölkənin mövqeyi bundan ibarətdir ki, münaqişələr
beynəlxalq hüquq norma və prinsipləri
əsasında həll
edilməlidir".
Vuk Yeremiçin isə bildirib ki, Kosovo ilə bağlı məsələ
dünyada bütün
ölkələrin ərazi
bütövlüyü məsələsinə
fəsadlar yarada bilər: "Bu səbəbdən
də Serbiya beynəlxalq Haaqa Məhkəməsi qarşısında
bu məsələni qaldırıb. BMT-nin Baş Assambleyasında keçirilən
səsvermə zamanı
Azərbaycanın dəstəyi
nəticəsində bu
məsələdə qalib
gəlmişik. Məhkəmənin
qərarına gəlincə,
hesab edirik ki, birtərəfli şəkildə müstəqillik
elan edilə bilməz. Beynəlxalq hüquqda ərazi bütövlüyü toxunulmazdır.
Ona görə də məhkəmənin
ədalətli qərar
çıxaracağına inanırıq".
Xalid
Üç nöqtə.- 2009.- 24 iyun.- S. 4.