Maliyyə böhranı
xarici ticarət dövriyyəsinə də
təsir edib
NAZİM MƏMMƏDOV: "İSTEHSALÇI OLARAQ
MARAQLIYIQ Kİ, NEFTİN QİYMƏTİ SABİT VƏ
RENTABELLİLİK SƏVİYYƏSİNDƏ OLSUN"
AZƏRBAYCAN 2009-cu ilin yanvar-may
aylarında dünyanın 120 ölkəsi ilə 6,8 milyard
dollarlıq ticarət əməliyyatı aparıb. Dövlət
Gömrük Komitəsinin məlumatına görə, ötən
ilin müvafiq dövrü ilə müqayisədə xarici
ticarət dövriyyəsi 60,5 faiz azalıb. Xarici ticarət
dövriyyəsinin həcminin azalmasını neft amili ilə əlaqələndirən
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü
Nazim Məmmədov bildirdi ki, ötən ildən başlayaraq
neftin qiymətinin kəskin aşağı düşməsi
bütün sahələrdə mənfi rolunu oynayıb.
- Ötən
il orta hesabla
neftin bir barrelinin qiyməti 90-96
dollar olub. Bu il orta qiymətin 55-60 dollar təşkil edəcəyi
gözlənilir. Hələ
qabaqda yay və payız ayları var. İqtisadi fəallıq kifayət qədər arta bilər. Xarici ölkələrin yerinə
yetirdiyi antiböhran proqramları, xüsusən,
ABŞ-ın ölkə
iqtisadiyyatına maliyyə
yardımı paketi nəticəsini verəcək.
Ümid edirik ki, həm dövlət
sifarişi ilə görülən işlər,
həm də ayrı-ayrı avtomobil nəhənglərinə verilən
vəsaitlər bu ölkənin iqtisadiyyatının
canlanmasına səbəb
olacaq. Biz təbii ki, neft istehsalçısı
olaraq maraqlıyıq
ki, neftin qiyməti sabit və rentabellilik səviyyəsində olsun.
Elə qiymət ki, ondan gələn
gəlirlər gələcək
investisiya layihələrinə
vəsait qoymağa imkan versin. Əlbəttə,
bu gedişlə neft hasilatına investisiya qoyulmazsa, gələcəkdə böhranın
daha neqativ təsirləri ortaya çıxa bilər. İqtisadiyyat üçün
tarazlı siyasət aparmaq lazımdır. Bu nöqteyi-nəzərdən hesab
edirəm ki, ticarət dövriyyəsinin
aşağı düşməsilə
bağlı məlumat
ixrac olunan neft və neft
məhsulları qiymətinin
kəskin aşağı
düşməsinə hesablanıb.
- Ticarət dövriyyəsinin
həcminin azalması böhranın təsiri kimi səciyyələndirilirsə,
bu sahədə daha neqativ halların yaranmaması
üçün hansı qabaqlayıcı tədbirlər
görülməlidir?
- Hazırda
Azərbaycan dünyanın
əksər ölkələri
ilə mütəmadi
olaraq ticarət dövriyyəsi həyata keçirir. Bu ölkələrə
əsasən neft və neft məhsulları
ixrac edilir. Hesab edirəm ki, bundan böyük
faciə qurmaq lazım deyil. Sadəcə olaraq, iqtisadiyyatımızı daha
da diversifikasiya etmək yönündə
işlərimizi davam etdirməliyik. Söhbət
qeyri-neft sektorunun inkişafı, real sektora maliyyə yardımlarının
artırılmasından gedir.
Bunun həyata keçməsinə real əsas
yaranıb. Bu yaxınlarda
Mərkəzi Bankın
səlahiyyətlərinə bəzi dəyişikliklərin
edilməsi, əsasən
də Mərkəzi
Banka iqtisadiyyata vəsait
verməsi üçün
məhdudiyyətin aradan
qaldırılması çox
şeydən xəbər
verir.
- Neftin qiymətinin hansı səviyyədə olması
qənaətbəxşdir və
sizin bu haqda proqnozlarınız varmı?
- Proqnoz vermək əlbəttə
çətin məsələdir.
Beynəlxalq maliyyə
qurumlarının hesabatına
görə, neftin bir barrelinin yaxın aylar üçün qiyməti
70 dollar civarında olacaq.
Bu belə proqnozlaşdırılır.
Bir neçə il bundan öncə
isə ədalətli
qiymətin 100 dollar olması
gündəmə gəlmişdi.
Hər halda qiymət müəyyənləşdirilərkən
neft hasilatına çəkilən maya dəyəri nəzərə
alınmalıdır. Əgər
maya dəyəri 40 dollardırsa, deməli, ondan yuxarı qiymət bizi qane edir. Əgər
bu qiymət 50 dollar olarsa, onda biz nefti bu qiymətdən
yuxarı satmalıyıq.
Neftin qiymətinin kəskin qalxması və düşməsi də gözlənilmir. 70
dollar məqbul sayılmalıdır.
İndi biz çalışmalıyıq
ki, neft hasilatı ilə məşğul olan şirkətlərin sosial
yükünü azaldaq
və beynəlxalq mühasibatı tətbiq etməkdə şəffaflığı
yüksəldək. Yalnız
bu yolla neftin maya dəyərini
aşağı sala bilərik. Bu, həm Neft Fonduna yığılan
vəsaitlərin həcmini,
həm də vergi ödəyicisi neft şirkətinin gəlirlərini artırar.
- Nazim müəllim, ölkə
iqtisadiyyatının neftdən
asılılığının azaldılması istiqamətində
görülən işləri
qənaətbəxş hesab
etmək olarmı?
- Ölkə
iqtisadiyyatının neftdən
asılılığı istiqamətdə görülən
işlərin dinamikası
məni qane etsə də, onların icra vəziyyəti qane etmir. Bu da müxtəlif
obyektiv və sübyektiv amillərlə
bağlıdır. Hesab
edirəm ki, ölkə başçısının
strateji məqamları
hədəfə alaraq
hazırladığı proqramlar
çox məqsədəuyğundur.
Ölkə iqtisadiyyatının
yaxın illər üçün dinamik inkişafına hesablanan strateji hədəfləri
məlumdur. Ancaq bu hədəflərə çatmaq üçün
bəzi aidiyyatı qurumların, nazirlik, idarə və təşkilatların neftdən
asılılığın azaldılması istiqamətində
gördüyü işlər
məqbul səviyyədə
deyil. Hökumət daha effektli işləməlidir.
Ayrı-ayrı dövlət
strukturları dövlətin
məsuliyyətini öz
üzərində hiss etməlidir.
Yaxşı işin nəticəsi böhran şəraitində özünü
göstərir. Başqa
sözlə, yaxşı
idarəetmə böhrana
davamlılıq zamanı
büruzə verir. Fəaliyyəti qənaətbəxş
olmayan konkret hansısa qurumun adını çəkməkdən
çəkinmirik. Biz bunu
o zaman çəkəcəyik
ki, həmin nazirlik və komitənin böhran şəraitində üzərinə
düşdüyü vəzifəni
necə yerinə yetirdiyi məlum olsun.
Əfsun
Üç
nöqtə.- 2009.- 25 iyun.- S. 10.