ASB "Uğur" mükafatına layiq görüldü

 

AZƏRBAYCAN Sənaye Bankı ötən həftə "İlin inkişaf bankı" nominasiyası üzrə "Uğur" Milli Mükafatına layiq görülüb. "Uğur" Milli Mükafatı biznes iqtisadiyyat sahəsindəki uğurlara görə verilir. Azərbaycanın ən fəal banklarından olan ASB, 2008-ci ildə həyata keçirilmiş məqsədyönlü strateji taktiki planlar nəticəsində Bakıda bölgələrdə tanınan banklardan biri olub. Bütün bunları nəzərə alaraq, ASB bu fəaliyyətləri ilə "Uğur" Milli Mükafatının Təşkilat Komitəsinin diqqətindən yayınmadı. Gülüstan sarayında keçirilən təqdimetmə mərasimində mükafatı ASB İdarə Heyətinin sədr müavini Həsən Bədəlov qəbul edib.

Öz yeni şüarı ilə zənginliyə əldə olunan zənginliyi qoruyub artırmağa çağırış edən ASB, yarandığı tarixdən - 13 il ərzində bank daim inkişaf yolunu tutub, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, servis xidmətləri keyfiyyət baxımından artıb. Azərbaycanın maliyyə bazarında fiziki hüquqi şəxslərə yüksək keyfiyyətli, müasir bank xidmətləri göstərərək, biznesi hərtərəfli inkişaf etdirən, müştərilərin rifahı üçün çalışan, onlar üçün bir bank olan ASB - bundan belə , uğurlarına uğur qataraq, "Biz işləyirik, Siz qazanırsınız" cizgisində əmin addımlarla irəliləməyə, ölkənin ayrı-ayrılıqda vətəndaşların rifahına öz töhfəsini verməyə qərarlıdır.

 

 

Üç nöqtə.- 2009.- 3 mart.- S. 10