"Bizi ani uğurlar maraqlandırmır"
HAFİZ MƏMMƏDOV:
"ÇEMPİONATDA MÜBARİZƏ BAŞA
ÇATMAMIŞ AVROKUBOKLARDAN DANIŞMAQ TEZDİR"
QARŞISINA ciddi məqsədlər qoyan "Bakı" komandası "Anderlext"lə əməkdaşlığa başlayıb. Belçika klubunun nümayəndəsi Bekir Tedik Azərbaycanda olub. Yaxınlarda hər iki klub prezidentinin görüşü nəzərdə tutulub. Həmçinin iki komanda arasında yoldaşlıq görüşünün keçirilməsi və futbolçu mübadiləsi də planlaşdırılıb. Aqil Məmmədov və Bəxtiyar Soltanov bu məqsədlə iki həftə belçikalıların düşərgəsində təlim keçib. Növbəti mövsümü yeni stadionda keçirmək niyyətində olan "Bakı"da işlər yaxşı gedir. Elə klubun prezidenti Hafiz Məmmədov da görülən işlərdən razıdır. İşinin çoxluğuna baxmayaraq, komandasını tək buraxmayan "Bakı"nın prezidenti "İnter"lə matçı da izləməyə gəlmişdi. Prinsipial rəqib üzərində qələbə qazandıqlarından, prezidenti kefi kök idi.
- Birinci yerdə olmaqdan məmnunam. Biz sadəcə lider olmaq istəmirik. Çempion olmalıyıq.
Bunun üçün komandanın
hər cür potensialı var. Birinci hissədəki oyunumuz daha çox xoşuma gəldi. İkinci hissədə isə futbolçularımız hesabı
qorumağa çalışırdılar.
Harahatçılıq üçün əsas yoxdur. Əsas qələbə idi, onu da qazandıq.
Xalidu Sissokonun bu qələbədə
böyük payı
var.
- Baş
məşqçi ilə
yeni müqavilə şərtləri razılaşdırılıb?
- Mən
sevinirəm ki, Azərbaycanda belə bir səviyyəli mütəxəssis çalışır.
Hacıyevski bacarıqlı, öz
işində məsuliyyətli
və çalışqan
insandır. İnanıram ki, onunla əməkdaşlığımız
uzunmüddətli olacaq.
Mən Hacıyevskiyə etibar edirəm. Bizdə onun işinə heç kim
qarışmır. Belə də
olması lazımdır.
İnanıram ki, biz onunla
həm ölkə daxilində, həm də beynəlxalq arenada uğur qazanacağıq. Liderliyə yüksəlmək
qürurvericidir. Ancaq bizi
ani uğurlar maraqlandırmır. Azərbaycanda hamıya örnək olacaq bir klub
yaratmaq istəyirik.
Yaxın
günlərdə klubun
təlim-məşq bazası
istifadəyə veriləcək.
Bu müasir kompleksdən
bütün yaşlar
üzrə uşaq komandaları, yeniyetmə və gənc futbolçularımız da
yararlanacaq. Hədəfimiz Avropa səviyyəli klub kimi formalaşmaqdır.
Bu istiqamətdə fəaliyyət bütün
sahələr üzrə
sürətlə davam
edir.
- Klubunuzda
türkiyəli mütəxəssislər
də çalışır...
- Onların
bizə faydası çox olacaq. Hamısı
Türkiyədə tanınmış,
nüfuz qazanmış
mütəxəssislərdir. Apardıqları fəaliyyətdən razıyam. "Bakı" peşəkarlıq
yolunda son illər mühüm işlər görüb. Bu istiqamətdə çalışmalarımızı
daha da artıracağıq.
Ölkə rəhbərliyi bütün
idman növlərinə
olduğu kimi, futbola da böyük
maraq və diqqət göstərir.
Biz iş adamlarının
da borcudur ki, bu siyasəti
dəstəkləsin və
futbolu inkişaf etdirsin. "Bakı"nın başlıca məqsədi də budur!
- "Xəzər-Lənkəran"ı
səfərdə 1:0 udmaq
"Bakı"nın
ölkə kubokunda yarımfinala çıxması
üçün ilk addım
oldu.
- İstər bu qələbə, istərsə
də "İnter"i
udmağımız bizi
hədəfimizə yaxınlaşdırdı. Bu il "qızıl dubl" eləmək fikrimiz var. Başqalarına
da nümunə olacaq bir komanda
yaratmaq fikrindəyik. Çempionatda mübarizə başa
çatmamış avrokuboklardan
danışmaq tezdir.
Mövsümü uğurla başa
vurmalıyıq. Məhz bundan
sonra qitə yarışlarına hansı
məqsədlə yollanacağımızı
müəyyənləşdirməliyik.
- Klubun hazırkı durumundan razısınız?
- "Bakı" gənc klubdur. Amma bu müddətdə az iş görməmişik. Ümid edirəm
ki, 2009-cu ildə qarşıya qoyulmuş məqsədlərin 70 faizinə
çatacağıq.
- "Bakı"nın bu mövsüm çempionluq
şansını necə
qiymətləndirirsiniz?
- Bu il
çempionatın səviyyəsi
xeyli artıb. Əgər əvvəllər
3-4 klub çemrionluq uğrunda mübarizə aparırdısa, bu il iddialıların
sayı 7-yə çatıb.
Birinci dövrədən sonra turnir cədvəlinə baxanda, görürük ki, 1 və 7-ci pillə arasında xal fərqi böyük deyil. Məncə,
bu, elə böyük üstünlük
deyil. Bu da çempionatın səviyyəsinin artmasından
xəbər verir.
Düşünürəm ki, qış
fasiləsində klublar
daha ciddi hazırlıq keçərək,
II dövrədə daha
maraqlı futbol nümayiş etdirəcəklər.
- Həmçinin
"Bakı"?
- "Bakı" həmişə iddialı olub. Bu mövsüm də istisna deyil. Amma bu il biz əsas komanda ilə yanaşı, uşaq futboluna da diqqəti artırmışıq. Gələcək qələbələrimizin əsasını indidən qoymuşuq.
- Eşitdiyimizə görə, klubunuzun büdcəsi 3 milyon manatdır. Bu, nə dərəcədə doğrudur?
- Konkret rəqəm açıqlamaq istəmirəm. Ancaq komandamızın büdcəsi dediyiniz məbləğdən çoxdur. Kluba ayrılan vəsaiti artıracağam. Çünki futbolun inkişafında maliyyənin rolu böyükdür.
- Bəllidir ki, "Bakı" yeni baza planı üzərində çalışır. İşlər nə yerdədir?
- Hazırda 2 yerdə tikinti aparırıq. Biləcəri qəsəbəsində yerləşən "Delfin" otelinin yanında klubun bazası tikilir. Biri süni örtüklü olmaqla, 2 standart meydança, bundan əlavə kiçik yaş qrupundan olan futbolçuların məşq etməsi üçün 1 süni örtüklü mini-futbol meydançası salınır. Həmçinin 8-ci kilometr adlanan ərazidə stadionun tikintisi aparılır və çalışırıq ki, bu tikintini qısa müddətdə tamamlayaq.
- Klub üçün başqa yerdə də torpaq sahəsi ayrılmışdı. Orada vəziyyət necədir?
- Azərbaycan Dövlət Neft
Şirkəti tərəfindən bizə daha bir torpaq sahəsi ayrılıb. Bu, "
- AFFA-nın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Çox şadam ki, Rövnəq Abdullayev AFFA prezidenti seçilib. O, həm mənim dostum, həm də həmkarımdır.
İnanıram ki, onun başçılığı altında dövlət proqramını icra etməklə Azərbaycanda
futbolunun səviyyəsini
qaldıracağıq. Əvvəllər federasiya rəhbəri
olmaq istəməyim barədə söz-söhbətlərin
gəzməsi heç
bir əsasa söykənmirdi. İstəyirəm ki, futbolun inkişafı
yolunda əlimdən gələni edim. İş qrafikimi elə qurmuşam ki, həm futbol, həm də biznes sahəsində eyni gücdə fəaliyyət göstərim.
Üç nöqtə.- 2009.- 3 mart.- S. 15.