Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfər edib

 

DÖVLƏT BAŞÇISI BİR SIRA SOSİAL OBYEKTLƏRƏ BAŞ ÇƏKİB, GÖRÜLƏN İŞLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

 

 DÜNƏN Prezident İlham Əliyev regionlara səfəri çərçivəsində Yevlaxdan Mingəçevirə gedərkən Yuxarı Qarxun kəndi tərəfindən Yevlax şəhərinə girişdə aparılmış abadlıq yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, burada işlər daxili imkanlar hesabına görülüb. Daha sonra dövlət başçısı Mingəçevir şəhərinə səfər edib.

Prezident xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Həmin gün Mingəçevirdə Heydər Əliyev muzeyinin açılışı olub. Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Sonra dövlət başçısı muzeyin qarşısında şəhər ictimaiyyətinin nümayəndələrilə söhbət edib. Azərbaycanın digər bölgələri kimi Mingəçevirin sürətlə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev deyib ki, bu istiqamətdə işlər davam etdiriləcək.

Prezidenti İlham Əliyev daha sonra "KÜR" elektron avadanlıqları istehsalı MMC-nin fəaliyyəti ilə tanış olub. Mingəçevirin yeni istehsal müəssisələrindən olan "KÜR" elektron avadanlıqları istehsalı MMC regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində 2005-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Müəssisədə istehsal olunan məhsullar Mərkəzi Şərqi Avropa ölkələrinin təşkil etdiyi "Keyfiyyət turniri"nin qalibi olub. Müəssisə respublikada ümumtəhsil məktəblərinin kompüterləşdirilməsində aparıcı rol oynayıb. "KÜR" kompüterləri Moldova Gürcüstana da ixrac olunur, hazırda Türkmənistanla bu istiqamətdə danışıqlar aparılır.

Dövlət başçısı müəssisənin istehsalat sexi ilə tanış olub. Bildirilib ki, konveyerdə gün ərzində 140 kompüter avadanlığı yığılır. Prezident İlham Əliyev müəssisənin istehsal etdiyi məhsulların sərgisinə baxıb. Dövlət başçısına səyyar mobil texniki xidmət maşını haqqında məlumat verilib. Prezident müəssisənin işini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev dünən "Mingəçevir İZOLİT" ASC- olub. Mingəçevirdə son illər əsaslı şəkildə yenidən qurulmuş müəssisələrdən olan "Mingəçevir İZOLİT" ASC "Azərelektroizolit" zavodunun bazasında yaradılıb. 2008-ci ilin aprelindən tam özəlləşdirilən müəssisədə müxtəlif ölçülü şüşə-plastikdən ümumi təyinatlı borular, elektrotexnikada istifadə edilən xüsusi təyinatlı borular silindirlər, güc transformatorları üçün izolyatorlar, neft-qaz quyularının qazılmasında istismarında istifadə olunan müxtəlif təyinatlı borular digər məhsullar buraxılır. Prezident İlham Əliyev plastik boru istehsalı sexinin işə düşməsini bildirən düyməni basıb, müəssisənin sexlərində işin gedişini izləyib istehsal olunan məhsulların nümunələrinə baxıb. Dövlət başçısı regionlarda bu cür müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayaraq kollektivə uğurlar arzulayıb.

Prezident İlham Əliyev daha sonra "İnterenerji" MMC-nin fəaliyyəti ilə tanış olub. "Azerenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, MDB- analoqu olmayan bu müəssisə 2006- ildən işləyir. Prezident "River side" mehmanxanasının açılışında da iştirak edib. Daha sonra dövlət başçısı "Kür" olimpiya tədris-idman mərkəzinin tikintisi ilə tanış olub. Gənclər idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verib ki, inşaat işlərini nazirliyin sifarişi əsasında Serbiya-Azərbaycan birgə müəssisəsi olan "Serbaz layihə tikinti" MMC həyata keçirir. Burada Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılacaq. Layihəyə əsasən, burada inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan 6 mərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, qüllə, tennis kortu, qayıqların saxlanması üçün ellinq daxildir. Bununla da dövlət başçısı İlham Əliyevin Mingəçevirə səfəri başa çatıb.

 

   

Elməddin MURADLI

 

Üç nöqtə.- 2009.- 4 mart.- S. 3.