"Azərsun
Holdinq" yeni idman kompleksini əməkdaşlarının istifadəsinə
verdi
ŞİRKƏTLƏR QRUPUNUN PREZİDENTİ
ABDULBARİ GÖZƏL ÖLKƏDƏ KEÇİRİLƏN
MÖTƏBƏR YARIŞLARDA "AZƏRSUN" AİLƏSİNİN
DƏ ÜZVLƏRİNİN İŞTİRAKINI ARZULADI
ÖLKƏDƏ keçirilən müxtəlif idman tədbirlərinin daimi dəstəkçisi olan "Azərsun Holdinq" inşa etdirdiyi növbəti idman kompleksini əməkdaşlarının istifadəsinə verdi. Daim əməkdaşlarının rifahını düşünən "Azərsun Holdinq" onların asudə vaxtının səmərəli təşkilinə də böyük diqqətlə yanaşır.
Bu məqsədlə, holdinqin ərazisində müasir üslubda inşa edilmiş idman kompleksi müasirliyi ilə yanaşı, xarici görünüşüylə də göz oxşamaqdadır. İdman kompleksi mini futbol sahəsi, voleybol meydançası, paltardəyişmə otaqları və duş kabinələrindən ibarətdir. İnşası başa çatmış idman kompleksinin qırmızı lenti "Azərsun Holdinq"in prezidenti cənab Abdulbari Gözəl tərəfindən kəsildi.
Açılış mərasimində çııxış edən Abdulbari bəy "Azərsun Holdinq" Şirkətlər Qrupunda çalışan minlərlə əməkdaşın maddi təminatının yaxşılaşmasını ölkə rəhbərliyinin vətəndaşların əməyinə verdiyi yüksək qiymətin yeni bir təzahürü kimi dəyərləndirdi. Kompleksin inşasında başlıca məqsədin zəhmətkeşlərin maddi rifah halının yaxşılaşması ilə yanaşı, sağlamlıqlarının da qeydinə qalmaları olduğunu bildirən Abdulbari Gözəl, ölkədə keçirilən mötəbər yarışlarda "Azərsun" ailəsinin də üzvlərinin iştirakını arzuladı.
"Azərsun Holdinq"in
mətbuat xidməti
Üç nöqtə.- 2009.- 4 mart.- S. 8.