MSK-nın referendumu təxirə salmaq səlahiyyəti yoxdur
ZAHİD ORUC: "REFERENDUMU HAZIRKİ DÖNƏMDƏ
HÜQUQİ BAXIMDAN TƏXİRƏ SALMAQ OLMAZ"
Bunu Mərkəzi Seçki
Komissiyasının katibi
Natiq Məmmədov Avropa Şurası Yerli Hakimiyyətlər Konqresi Bürosunun 18 mart referendumunu təxirə salmaq barədə çağırışına cavab olaraq bildirib.
18 mart referendumu
qabağı təşviqat
qruplarının fəal
iş apardığı
bir zamanda Avropa Şurası Yerli Hakimiyyətlər Konqresi Bürosunun referendumu təxirə salmaq barədə təklifinin reallaşdırılması
hakimiyyət ekspertləri
tərəfindən hüququ
baxımdan qeyri-mümkün
hal kimi dəyərləndirilir. Yeni Azərbaycan
təşviqat qrupunun
üzvü və referendumun keçirilməsinə
səs vermiş millət vəkili Zahid Orucun fikrincə,
referendumu hazırki dönəmdə hüquqi
baxımdan təxirə
salmaq olmaz. Zahid Oruc konkret
halda qanunvericilik təşəbbüsü hüququnun
subyekti dedikdə Yeni Azərbaycan partiyasını nəzərdə
tutuduğunu və bu qurumun belə
bir təkliflə Konstitusya Məhkəməsinə
müraciət etmək
niyyətində olmadığını
dedi. İREX mediaya
yardım təşkilatının
hüquqşünası Ələsgər
Məmmədli də Azərbaycan qanunvericiliyində
referendum kimi tədbirlərin
təxirə salınması
ilə bağlı maddənin olmadığını
bildirdi və söylədi ki, Avropa Şurası ekspertləri belə təkliflə çıxış
edəndə ən azı bunu nəzərə
almalı və tez tərpənməli idilər.
Bununla yanaşı,
hüquqşünas söylədi
ki, hər bir şeyin çarəsi olduğu kimi, yaranmış vəziyyətdən də
çıxış yolu
var. Belə ki, əgər referenduma çıxarılan hər
hansı müddəanın
beynəlxalq konvensiyalara
uyğunsuzluğu müəyyən
edilibsə, bu uyğunsuzluq həmin sahənin fəaliyyəti
ilə bağlı qəbul edilən qanunlara dəyişiklik edilməklə nizamlana bilər. Məsələn, konkret söhbət
bələdiyyələrin statusu ilə bağlı Konstitusiyaya ediləcək dəyişikliklərin
beynəlxalq xartiyaya uyğunsuzluğundan gedirsə,
bələdiyyələr haqqında
qanunda referendumdan sonra dəyişiklik edərkən bu, nəzərə alınmalıdır.
Emin
Üç nöqtə.- 2009.- 5 mart.- S. 4.