Gürcüstanda azərbaycanlıların problemləri
həll edilmir
ƏLİBALA ƏSGƏROV: "RƏSMİLƏR
PROBLEMLƏRİ ETİRAF ETSƏLƏR DƏ, ONLARIN ARADAN
QALDIRILMASINA CƏHD GÖSTƏRMİRLƏR"
GÜRCÜSTANDA azərbaycanlılar yaşayan yer adlarının dəyişdirilməsi ilə bağlı problem artıq uzun müddətdir gündəmdədir. Azərbaycan xalqının tarixi, mili ənənələrini əks etdirən toponimlərin yenidən bərpa olunması bir qrup millət vəkilinin Gürcüstana səfəri çərçivəsində də qaldırılmışdı. O zaman Gürcüstan rəsmiləri məsələnin müsbət həll ediləcəyi ilə bağlı vəd vermişdilər. Soydaşlarımızı narahat edən bu kimi problemlərlə bağlı suallarımza "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
-Əlibala müəllim, Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərin əvvəlki adları bərpa edildimi?
- 1992-ci ildən etibarən Bolnisi rayonundakı Azərbaycan əsilli adların bir çoxu gürcü toponimlərilə əvəz edilib. Gürcüstan dövlətinin demokratik dəyərlərə söykənən bir dövlət olduğu bildirilsə də, azərbaycanlılar yaşayan bölgələrdə belə hərəkətlər insan hüquqlarının pozulmasıdır. Dəfələrlə müraciət etsək də, bu istiqamətdə Gürcüstan hökuməti heç bir addım atmayıb. Bu günlərdə Orconikidzenin adını daşıyan bir gürcü kəndinin adı dəyişdirildi. Amma yenə də başqa bir gürcü toponimi ilə əvəz edildi. Gürcüstan hökuməti əvvəlki problemlərlə bağlı toponimlərin dəyişdiriləcəyi barədə vəd verib.
- Azərbaycanlılar
yaşayan kəndlərdə
quraşdırılan xaçların
o ərazilərdən götürülməsi
ilə bağlı xəbərlər yayılsa
da, aldığımız
məlumata görə,
əvvəlcə quraşdırılan
xaçlar yerində qalır.
- Doğrudur, əvvəlcə quraşdırılan xaçlar yerində qalır. Kvemo-Kartli (Borçalı) vilayətindəki Bolnisi rayonunun, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Qoçulu və Kəpənəkçi kəndlərində 7-10 metr hündürlüyündə xaçlar hələ də əvvəlki yerindədir. Arıxlı kəndinin mərkəzində olan xaçlar da yerində qalır. Gürcüstan prezidentinin region üzrə səlahiyyətli nümayəndəsinin də problemdən xəbəri var. Qubernator xaçların quraşdırılmasını öz üzərindən atır. Rəsmi şəxslər bunu dini qurumların həyata keçirdiyini bildirirlər.
- Sizin azərbaycanlıların sosial problemlərinin həlli ilə bağlı hazırlayıb hökumətə təqdim etdiyiniz konsepsiyanın taleyi necə oldu?
- Həmin
konsepsiya ilə bağlı hökumətdən
bizə heç bir cavab verilmədi.
Bu günədək
orada göstərilən
problemlərin həlli
ilə bağlı konkret işlər də görülməyib.
Azərbaycanlılara məxsus
olan torpaqların 80 faizinin Tbilisidən olan gürcülərə
satılıb. Torpağın 1 sotunun 70 dollara təklif olunduğu halda gizli auksionda
qiymət 140 dollara qədər bahalaşır.
İmkanlı gürcülər
bundan yararlanırlar. Əvvəllər Gürcüstanda
167 Azərbaycan məktəbi
var idisə, indi bu təhsil
ocaqlarından yalnız
137-si qalıb. Gürcüstanda
70 minə qədər
abxaz yaşayır və abxaz dili
dövlət dilidir. Amma ölkədə 520 min azərbaycanlı yaşadığı halda
azəri türkcəsi
dövlət dili statusunu almayıb. Bütün bu problemlərdən bezən
azərbaycanlılar evlərini
kütləvi surətdə
tərk edirlər.
Xalid
Üç nöqtə.- 2009.- 5 mart.- S. 9.