Gürcüstanın Diasporla İş üzrə dövlət naziri Bakıdadır

 

YULON QAQOŞİDZE: "ORADAKI AZƏRBAYCANLILARIN ƏSAS PROBLEMİ ONLARIN BÖYÜK HİSSƏSİNİN GÜRCÜ DİLİNİ ZƏİF BİLMƏSİDİR"

 

ÖTƏN gündən Gürcüstanın Diasporla İş üzrə dövlət naziri Yulon Qaqoşidzenin Azərbaycana səfəri başlayıb. Qaqoşidzenin səfəri Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun dəvəti ilə baş tutub. Gürcüstanın dövlət naziri jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda yaşayan gürcülər özlərini evlərindəki kimi hiss edirlər.

"Azərbaycan - gürcülər üçün ən dost ölkədir. Biz həmişə dost kimi yaşamışıq, bizim prezidentlərimiz dostluq edirlər bu həmişəlik davam edəcək", - deyə Qaqoşidze bildirib. Yulon Qaqoşidze onu da deyib ki, Gürcüstandakı Azərbaycan diasporu ölkənin bir hissəsidir. "Azərbaycanlılar Gürcüstanda qədimdən öz torpaqlarında yaşayırlar. Azərbaycanın diaspor təşkilatları ilə şəxsən tanışam onlarla əlaqə saxlayram" deyən nazir əlavə edib ki, Gürcüstandakı azərbaycanlıların əsas problemi onların böyük bir hissəsinin dövlət dilini - gürcü dilini zəif bilməsidir ki, bunun da həlli istiqamətində konkret işlər görülür". N.İbrahimov isə bildirib ki, Gürcüstan Azərbaycanlılarının cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin sentyabr ayında Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50- gürcü dili kursları açılıb bu dilin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla "Gürcü dilini öyrənənlər üçün dərslik", "Gürcücə-azərbaycanca danışıq lüğəti", "Gürcü dilinin qrammatikası" kitabları, həmçinin gürcü dilinin qrammatikasına dair (hər birində 44 ədəd olmaqla) 300 dəst cədvəl hazırlanaraq azərbaycandilli məktəblərə gürcü dili kurslarına təqdim edilib. Nazim İbrahimov əlavə edib ki, ötən ilin sonunda 20 min sözdən ibarət iki cildlik "Azərbaycanca-gürcücə" lüğət nəşr edilib. Nəşr edilmiş lüğət "Gürcü dilinin tədrisi" kurslarına Azərbaycan məktəblərinə paylanılacaq. Görüşün sonunda gürcüstanlı nazir "Mən Azərbaycana səfərimdən xeyli razıyam", deyib. Yulon Qaqoşidze Nazim İbrahimovu Gürcüstana səfərə dəvət edib. Yulon Qaqoşidze mədəniyyət turizm naziri Əbülfəs Qarayev təhsil naziri Misir Mərdanovla da görüşüb. Yulon Qaqoşidzenin Qax, Zaqatala Balakən rayonlarına səfəri, bu bölgələrdə yerli dövlət orqanlarının gürcü diasporunun üzvləri ilə görüşləri planlaşdırılıb. Səfər martın 7-dək davam edəcək.

 

 

Afaq.

 

Üç nöqtə.- 2009.- 6 mart.- S. 6.