Bakıdan Tehrana jest

 

İRANIN NÜVƏ PROBLEMİ KƏSKİNLƏŞDİKCƏ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏYƏ ÇALIŞIR

 

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkaşlıq Təşkilatının (İƏT) Tehranda keçirilən 10-cu sammitində iştirak etmək üçün İrana səfər edib. Prezidentin İranın dövlət başçısı Mahmud Əhmədinejadla təkbətək görüşündən sonra iki ölkə arasında birgə əməkdaşlığa dair 7 sənəd imzalanıb. Lakin bunlar səfərin qapılar arxasında baş tutan danışıqların rəsmən bəyan olunan tərəfləridir. Qeyd edək ki, İƏT-in 2007-ci ilin mayında Bakıda keçirilən IX zirvə toplantısından sonra quruma rəhbərlik Azərbaycanda idi. Martın 11-də keçiriləcək Tehran sammitindən sonra quruma rəhbərliyin İrana təhvil veriləcəyi nəzərdə tutulub.

Ötən bir ildə quruma rəhbərliyin Azərbaycana nəsə verdiyini qədər inamla demək olar, bilmirəm. Səfər öncəsi prezident İranın siyasi rəhbərliyi ilə danışıqlarda ikitərəfli münasibətləri, regional əməkdaşlıq beynəlxalq aləmin aktual problemlərini müzakirə edəcəyini bildirmişdi. Sadalananlar ciddi məzmun daşımaqla, görüşlərdə müasir beynəlxalq problemlərin, o cümlədən Dağlıq Qarabağ məsələsinin müzakirə predmeti olacağını ehtimal etməyə əsas verirdi. Bidiyimiz kimi, İƏT daha çox iqtisadi qurum olmaqla, beynəlxalq siyasət məsələləri ilə ən azından nəzəri baxımdan məşğul olmamalıdır. Lakin xarici işlər nazirlərinin toplantısında Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iclasdakı çıxışında terrorçuluğun təcavüzkar separatizmin region ölkələrinin sosial-iqtisadi vəziyyətinə ciddi zərər vurduğunu, regional əməkdaşlığın inkişafına maneə olduğunu vurğulayıb. Martın 11-də Tehranda keçiriləcək X zirvə toplantısı ilə bağlı qəbul edilən bəyannaməyə isə Azərbaycan nümayəndə heyətinin təklifi ilə bölgə ölkələrindəki dondurulmuş münaqişələrin regional əməkdaşlığı əngəlləməsi bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü prinsipləri gözlənilməklə beynəlxalq hüquq normalarına uyğun həllinin zəruriliyinə aid maddə daxil edilib.

Bu, onu göstərir ki, İƏT Azərbaycan üçün siyasi problemlərin, konkret olaraq, Qarabağ münaqişəsinin həlli baxımdan maraqlı ola bilər. Məhz bu baxımdan Azərbaycanın qonşusu İrandan umacaqları vardır; rəsmi Tehran Ermənistanla əlaqələri zəiflədir, Azərbaycan isə ABŞ tərəfindən İrana planlaşdırılan yürüşdə öz ərazilərindən ona qarşı istifadə edilməyəcəyinə təminat verir. Təsadüfi deyil ki, İlham Əliyevlə Mahmud Əhmədinejad təkbətək görüşdən sonra ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə tərəfdar olduqlarını vurğulayıblar. Təbii ki, ABŞ İsrailin İrana raket hücumuna başlayacağı, Pentaqondan isə Azəbaycan ərazisindən İranın nüvə obyektlərini vurmaq üçün dayaq məntəqəsi kimi istifadə olunacağı barədə xəbərlərin açıq surətdə yayıldığı indiki məqamda İranın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqları başadüşüləndir. Azərbaycan İrana çox güzəşt edir. Cənubda yaşayan soydaşlarımız edam olunur, göz yumur, Ermənistana qaz, işıq verilir, geniş ticarət əlaqələri saxlanılır, Rusiya ilə birgə işğal altında olan Azərbaycan torpaqlarından silah-narkotik qaçaqmalçılığından milyonlar qazanılır, dinmir. Qarabağdan sonra Azərbaycanın ikinci yaralı yeni olan Xəzərin bölüşdürülməsi məsələsində İran konstruktiv mövqe tutmur, ipə-sapa yatmır. Rəsmi Bakı yenə səbrlə danışıqları davam etdirir. Təbii ki, "əl-əli yuyar, əl üzü" prinsipindən yanaşsaq, İranın regional oyun qaydaları düz deyil. Sadəcə, dildə, azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, deyib, faktiki surətdə Ermənistan üçün öz ərazisindən "həyat yolu" açmaq düzgün deyil, ağalar. İran 2009-cu ildə Ermənistana 300 kilometr uzunluğunda neft kəməri çəkməyi planlaşdırır. "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolu xəttinin çəkilməsi üzrə işləri isə illərdir ləngidir, başa çatdırmır. Azərbaycan İrana hələ bir neçə il öncə öz ərazisindən ona qarşı istifadə etməyəcəyi haqda sənəd imzalayıb. Ancaq Azərbaycan dəyişkən çevik siyasət yeridə bilər öz xarici siyasətinə düzəlişlər edər. Təbii ki, belə olan təqdirdə, Azərbaycana İran kimi tərəfdaş dərəcədə lazım olduğu sual altındadır.

   

 

Sarvan BAYRAMOĞLU

 

Üç nöqtə.- 2009.- 11 mart.- S. 7.